MORNİNQSTAR BAKIDA NƏ EDƏCƏK?
Tarix: 29-08-2012, 12:09 |
Çap et
ABŞ AZƏRBAYCAN SİYASƏTİNİ DƏYİŞİRMİ?
ABŞ-ın yeni səfiri Riçard Morninqstar avqustun 28-də axşam özünün diplomatik vəzifəsini və prezident Obama tərəfindən üzərinə qoyulan başqa missiyanı həyata keçirmək üçün Bakıya gəlib.
Bu ilin aprelində Morninqstar səfir vəzifəsinə irəli sürüləndən sonra Turan agentliyi ABŞ administrasiyasının yeni təmsilçisinin missiyasının məqsəd və vəzifələri bartədə analitik arayış vermişdi. Dörd ayda Amerikanın prioritetlərində az şey dəyişib, Fars körfəzindən Avrasiya ənginliklərinə kimi olan regionda siyasi mozaika isə daha da yenilənib. Bu isə təcrübəli dövlət xadimi Morninqstarın missiyasına əlavə elementlər gətirir, onun üçün dar olan Azərbaycan çərçivəsini regional səviyyəyə genişləndirir.
Bu yaxınlarda Morninqstarın missiyasının məqsədi barədə fikir mübadiləsi zamanı Azərbaycan, Ermənistan və Gürcüstan ekspertləri vahid fikrə gəliblər ki, yeni səfirə ABŞ prezidentinin Cənubi Qafqazda diplomatik missiyalarını koordinasiya edən xüsusi təmsilçisi rolu daha uyğun gəlir. Region hazırda Azərbaycan, Ermənistan və Gürcüstanda üç prezident və həm də parlament seçkiləri mərhələsinə daxil olur.
Morninqstarın rolu ustad senator, 2004-cü ilin dekabrında Ukrayna üçün dönüş nöqtəsi olan prezident seçkilərində vacib missiya həyata keçirən Luqarın rolu ilə müqayisə edilə bilər. Bu seçkilər Viktor Yuşşenkonun və Kiyevin Qərbyönlü kursunun qələbəsi ilə nəticələndi.
Turan Analitik Xidməti