Oktyabrın 28-də Masallı rayonunda bir nəfər narkotik vasitənin təsirindən ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, rayon sakini Mahir Babayev qəbul etdiyi narkotik vasitənin təsirindən Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.