HAKİMİYYƏT İÇİNDƏ YENİ GƏRİLMƏ OCAQLARI
Tarix: 16-08-2012, 11:24 | Çap et
2013-CÜ İL SEÇKİLƏRİ İÇ QRUPLAŞMALARI HƏRƏKƏTƏ KEÇMƏYƏ VADAR EDİB
DİA.AZ: - Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkilərin ədalətli və yaxud da ədalətsiz olmasından asılı olmayaraq, istənilən halda 2013-cü il Azərbaycan üçün dəyişikliklər ili kimi xarakterizə olunmaqdadır. Artıq bu yöndə bir sıra qərbli analitiklərin bir-birinin ardından açıqlamalar verməsi və proqnozlarında daha çox hakim düşərgənin daxilində məxməri inqilabın baş verəcəyini anons etmələri də göstərir ki, bu ilin dekabrın 31-dən sonrakı müddət gərginlik dolu müstəvidə cərəyan edən olaylarla zəngin olacaq.
Elə əslində iqtidar daxilində indidən müşahidə olunan təlaşdan da bunu hiss etmək mümkündür. DİA.AZ-a daxil olan informasiyalar da təsdiqləyir ki, qarşıdan gələn prezident seçkilərilə əlaqədar xüsusi olaraq fəallaşan hakimiyyətdaxili qruplaşmalar 2013-cü ildə ya az itki verməyi, ya da ümumiyyətlə itki verməməyi planlaşdırırlar.
Kimdir onlar? Məlumatlı mənbənin iddialarından belə aydın olur ki, seçki ilinə xüsusi tədarük görən 4 əsas qruplaşma var. Həmin qruplaşmalardan birinə təbii ki, zaman-zaman «hakimiyyətin ən səlahiyyətli fiquru» kimi təqdim olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dayanmaqdadır. PA rəhbərinin qruplaşmasında isə çox ciddi iqtidar simaları təmsil olunsa da, bu daxili ittifaq digərləri ilə müqayisədə bir sıra məqamlarda geridə qalırlar.
Məsələn, bu gün ümumiqtidar maraqlarına aid layihələrin eskizi PA-da cızılsa da, bu eskizi «canlandıran» maliyyə digər qruplaşmaların nəzarəti altında olan ümumi maliyyə qaynaqları hesabına təmin olunur. Yəni kəsə dillə desək, pul Ramiz Mehdiyevdən daha çox, rəqiblərinin nəzarəti altındadır.
Mehdiyevlə və onun tifaqı ilə müqayisədə böyük maddi imkanlara malik olan Kəmaləddin Heydərovun çetesi və həmçinin özlərini «prezident komandası» kimi təqdim edən «Rövnəq Abdullayev-Eldar Mahmudov-Oqtay Əsədov üçlüyünün birliyi hadisələrə təsir imkanı baxımından bu günə kimi daha çox proseslərin ardından gəlməli olublar.
Amma gələnilki seçkilərdə vəziyyət tamam fərqli bir xarakter ala bilər. Ən azından ona görə ki, Ramiz Mehdiyevin şəbəkəsi son bir il ərzində çox ciddi zərbə aldı. Hakimiyyət içindəki mənbəmizin iddialarına görə, hətta bu ilin 1 mart tarixində Qubada icra başçısına qarşı baş qaldıran üsyan da PA-nın aktivinə mənfi mahiyyətlə yazılan bir hadisə kimi qeyd olunmaqdadır: «Hər halda, PA bu gün yerlərdəki ictimai-siyasi vəziyyətə nəzarət edən əsas qurumdur. Hətta hər hansı bir oliqarx-məmurun məlum proseslərə müdaxiləsi belə PA-nın Qubadakı gərginlikdə iştiraksızlığını və bununla da üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməməsini ortaya qoymuş oldu. Bu səbəbdən hətta Quba olaylarında PA-nın özünün maraqlı olması fikri də səsləndi».
Məhz bu və digər səbəblərdən Mehdiyev qruplaşmasının ciddi mövqe sarsıntısına uğradığını bildirən mənbəmizin sözlərindən belə aydın olur ki, 2013-cü ildə sözügedən qruplaşma ən çox itkiyə məruz qalanı olacaq. Amma onlar bununla barışacaqmı və yaxud da bu aqibətin baş verməsini susaraq gözləyəcəklərmi? Hər halda, indidən seziləni odur ki, XEYR! Bu isə gələn ilin sözün əsl mənasında gərgin keçəcəyindən xəbər verir. Hətta ümumiqtidar düşərgəsinin ümumi alternativi kimi özünü təqdim edən siyasi müxalifətin əl-qolunu yanına salacağı şəraitdə belə…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
|