İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                     “Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək .....                     Bayraq meydanında bayrağımız yenidən dalğalanır .....                     Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: .....                     Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? .....                     “Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” .....                     Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb .....                     İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? .....                     "Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim" .....                     Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı .....                     Elarizin nəvəsi ilə “dueti” .....                     Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? .....                     ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir .....                     Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib .....                     Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi .....                     Paşinyan açıqladı .....                     ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib .....                     "Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, .....                     Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər .....                     Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir .....                 

ƏDLİYYƏ «MAFİYASI»NININ QURBANI DAD DEYİR
Tarix: 29-07-2012, 12:44 | Çap et
ƏDLİYYƏ «MAFİYASI»NININ QURBANI DAD DEYİR

5 İL QANUNSUZ OLARAQ HƏBSDƏ SAXLANILAN VƏTƏNDAŞIN ŞOK HEKAYƏTİ

DİA.AZ: - Saxta hökm, saxta qərarla 14 saylı CÇM-də əsir saxlanılan Salmanov Eyyub Salman oğlu tərəfindən DİA.AZ-a şikayət məktubu daxil olub. Bildirək ki, məktub prezidet İlham Əliyevə ünvanlanıb və narazı vətəndaşın iddialarını olduğu kimi diqqətinizə çatdırırıq:

«Hörmətli prezident! Yazıb Sizə məlum edirəm ki, mən 28.06.2006-cı il tarixdə Kiev-Bakı aviareysi ilə Bakıya gəldim. Məni orada tutdular ki, guya mən axtarışda olmuşam və məni oradan gətirdilər Qarabağ RPİ-nin baş müstəntiqi Arif Zahidovun yanına. Mən ondan soruşdum ki, bəs mənə sanksiyanı göstərin, nəyə görə mən həbs olunmuşam. O, isə əvəzində mənə protokola imza atmağı dedi və mənə nə sanksiya göstərdi nə də ki, məndən izahat aldı və saat təxminən 22:10-da məni göndərdi Yasamal İ.V.S-ə. Orada növbətçi zabit sənədlərə baxıb dedi ki, bu kişinin tutulmasına sanksiya yoxdur. Biz bunu qəbul edə bilmərik. Məni gətirənlər zabitə dedilər ki, qoy qalsın, səhər 9:00-a qədər biz sanksiya gətirəcəyik əgər gətirməsək, onda buraxarsız.

Hörmətli Prezident, indi Siz özünüz fikirləşin ki, hansı ölkədə, gecə saat 22:10-dan səhər 9:00-a kimi hansı məhkəmə və prokuror orqanı işləyir? Sonra məni göndərdilər 1 saylı Bayıl Təcridxanasına. Orada mən oktyabr ayına kimi qaldım. 11 oktyabr 2006-cı il tarixində məni Qaradağ rayon Məhkəməsinə apardılar. İşə sədrliyi Məhərrəmova Xuraman, katibliyi isə Samir Abdullayev edirdi. Məhkəmə istintaqı zamanı məni heç danışmağa da qoymadılar. Prokuror 5 il həbs cəzası istəyib, məhkəmə zalından çıxıb getdi. Hakim X.Məhərrəmova isə müşavirə otağına getməyi elan edib, zaldan çıxdı və bir daha məhkəmə zalına qayıtmadı. Nə hakim Məhərrəmova, nə də katib Abdullayev mənə hökm oxumadı. Mən isə təqribən 19:30-a kimi məhkəmə zalında qaldım.

Sonra isə konvoylar məni yenidən Bayıl təcridxanasına apardılar. Mən orada öyrəndim ki, guya Qaradağ rayon məhkəməsi mənə 5 il həbs cəzası verib. Mən oradan 3-cü korpus 85-ci kameradan 35 nəfər məhkum var idi. Kamerada kim ki, Apelyasiya məhkəməsinə ərizə yazmışdı. Hamısı çıxdı tək məndən başqa. Məni Apelyasiya məhkəməsinə aparmadılar? Və mən burada 12.02.2007-ci il tarixinədək qaldım, sonra məni bu tarixdə 14 saylı cəzaçəkmə müəssisəsinə etap göndərdilər. Mən Qaradağ rayon məhkəməsinin hökmün surəti ilə Bakı Apelyasiya məhkəməsinin qərarının surətini 14 saylı cəzaçəkmə müəssisəsinin qəbul bölməsinin rəisi ədliyyə mayoru Ələddin Hacıyevdən aldım.

Hörmətli prezident!

Sizdən xahiş edirəm, diqqətlə baxın, guya 12.12.2006-cı il tarixdə mənim apelyasiya şikayətimə baxılıb və 1-ci instansiya məhkəməsinin qərarı qalıb öz qüvvəsində. İşə sədrlik edib guya hakim Şahin Yusifov, amma qərarın sonunda imza atıb hakim Mübariz Zeynalov. Bu da bir saxtalıqdır?

Mən buradan başladım yazmağa bu ünvanlara: Azərbaycan Respublikası Baş prokuroru Zakir Qaralov cənablarına, Milli Təhlükəsizlik nazirinə, Azərbaycan Respublikası Ədliyyə naziri, Məhkəmə hüquq şurasının sədri F.Məmmədov cənabına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri F.Abdullayevə, Azərbaycan Respublikası Prezident Admnistrasiyasının rəhbəri cənab R.Mehdiyevə…

Amma bu ərizələrdən bir xəbər gəlmədi. Mən ərizə verəndə «zampalit» Ədliyyə mayoru idi. Natiq Hacıyevə, qəbul bölməsinin rəisi Ələddin Hacıyevə və müəssisənin rəisi Ədliyyə Polkovnik-leytenantı Ərşad Həsənova - Bu adamlar mənim şərəfimi təhqir edib və hətta məni öldürməklə hədələyiblər ki, get otur yerində sakit, bu ərizələri göndərsək, bizi həbs edəcəklər ki, niyə bu vaxta kimi yuxarılara xəbər verməmisiniz? Bu bir! İkinci saxta hökm və saxta qərarla niyə biz səni qəbul etmişik müəssisəyə, başa düşdün? Get otur yerində, səs salma, elə eləmə ki, səni öldürək!

Nəyahət 2008-ci ildə «zampalit» Ədliyy mayoru idi. N.Hacıyev məni çağırdı yanına ki, bəs sənə Ali Məhkəmədən cavab gəlib, qol çək ki, tanış oldun. Ali Məhkəmə guya 1-ci və 2-ci İnstansiya məhkəmələrinin saxta hökm və qərarları öz qüvvəsində saxlayıb. Mənə 2008-ci il tarixdə «zampalit» Ali Məhkəməyə yazmağı dedi ki, yaz 2 nüsxə. 1-ni göndərəcəm Ali Məhkəməyə 2-sini qoyaram şəxsi işinin içinə qalsın. Nəticədə mən yazan 2 nüsxə ərizə 1-ni qoyur şəxsi işimin içinə ki, gələn yoxlamaya gözdən pərdə asmaq üçün. 2-ci ərizəni - mən yazanı cırıb atır, özü istədiyi kimi mənim adımdan yazıb Ali Məhkəməyə göndərir.

Xahiş edirəm ki, yoxlayın Ali Məhkəmədə hamı mən yazan ərizəni və mənim adımdan yazılan ərizəni kim yazıb? Mən düz 2007-ci ildən yazıram yuxarıda göstərilən ünvanlara ki, «zampolit» indi polkovnik-leytenant rütbəsi daşıyan N.Hacıyev qəbul bölməsinin rəisi Ədliyyə mayoru Ələddin Hacıyev və müəssisənin rəisi indi Ədliyyə polkovniki olan Ərşad Həsənov mənim ərizələrimi göndərin bu ünvanlara onların cavabı bir olub həmişə: «Sən bizi yığmısan boğaza! Rədd ol burdan»

Hər dəfəsində də ərizəmi götürüb saxlayıblar. Nəhayət mən yenə ərizə ilə gəldim bu adamların yanına. 2011-ci il mart ayında bu ünvanda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev cənablarına və 14 saylı Cəzaçəkmə müəssisəsinin rəisinin adına telefonla danışmaq üçün qaynar xəttə №161-ə…

Həmin anda rəis havalandı və mənə dedi ki, sən bizi tutdurmaq istəyirsən. Başladı yenə təhqir etməyə və açıq-aşkar məni öldürməklə hədələməyə ki, sənin yanına illərlə gələn yoxdur, kimdi səni itirib-axtaran? Aldı ərizələri cırıb atdı. Get indi kimə deyirsən de.

Mən dedim ki, hörmətli Prezidentimiz fərman verib, Korrupsiyaya Qarşı Mübarizə idarəsi var. Rəis isə əvəzində güldü, - guya sənin Prezidentinin bundan xəbəri yoxdur? Mən bilmirəm belə yaramaza nankor demək olar, ya vətən xaini? Biri polkovnik-leytenant, o biri isə polkovnik rütbəsi alır və mənə gülürlər. Gördün, biz pulumuzu verib rütbə alırıq. Sən axmaq qanundan danışırsan. Sənin nə evin var, nə pulun, adını da qoyublar dələduz. Dələduz, qanun bizik. Bizə qanun tətbiq edən yoxdur. Biz isə kimə istəyirsən, yapışdırırıq ona qanunu.

Nəhayət 31 mart 2011-ci il tarixdə 1-ci dəstənin komendantı - soyadı yadımda deyil, adı Əvəzdir. Özü də əvvəllər də neçə dəfələrlə məhkum olub - başladı mənim üstümə əl-qol atmağa, təhqiredici söyüşlər söyməyə. Mən soruşdum: - Əvəz, sən niyə belə edirsən? O, gülüb mənə dedi: ay axmaq, mən kiməm ki, özbaşına belə hərəkətlər edəm. Mənə rəis Ərşad müəllim tapşırıb. Qorxma, durmuşam dalında. Sonra 01.04.2011-ci il tarixdə Novruzəliyev Mikayıl adlı məhkum başladı mənə qarşı açıq-aşkar hərəkətlər etməyə və öldürəcəyini dedi, hətta bildirdi ki, rəis söz verib ona (Mikayıla) səni buraxacam vaxtından əvvəl. Şərti 400 min pul, Bakıda ev və xarici maşın verərəm. Tez elə Eyyub kişini öldür. Vaxtına az qalıb, çıxıb bizi tutduracaq.

Mən dərhal rəisin yanına gəldim, şikayət ərizəsiylə. Sizə yazdığım kimi rəis, mən qorxuram ki, mənə sui-qəsd ola. O, yenə gülüb dedi: - düz otur, bəs nə bilirsən, yazırsan hara gəldi? Bilmirsən ki, axırı belə olar?! Mən ərizədə yazmışdım rəisin adına ki, Novruzəliyev Mikayıl mənimlə bir barakda qalır. Onun yerini dəyişdirmədi, axıra kimi. Mən 1 ərizədə yazmışdım Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi K.Əliyevin adına ki, hörmətli rəis, bəs mənim həyatım təhlükə altındadı, kömək edin və qaynar xəttə zəng etmək istədim, rəis qoymadı.

Ancaq gözdən pərdə asmaq üçün qaynar xətt telefon nömrəsini yapışdırıb qapının ağzına ki, görürsüz, qaynar xətt var, zəng edən yoxdur. Yoxlamalar gələndə rəis tərəfindən öyrədilmiş məhkumlar başlayırlar bəy tərifinə. Rəis çağırtdırır onları, onlar da rəis deyənləri deyirlər. Yoxlama gələndə məhkumları yığırlar kluba və qorxmayın deyin kimin şikayəti var, görün nələr baş verir.

Yenə Novruzəliyev Mikayıl mənə hədə-qorxu etməyə başladı: - kişi, sən görmürsən mən bu zonda müalicədə idim. Oradan məni rəis gətizdirdi? Mikayıldan başqa gələn bütün məhkumlar 15 gün karantində qalırlar. Amma Mikayıl gələn günü rəisin sürücüsü onu gətirdi düz rəisin yanına və gəldi baraka. Bunları 5-6 məhkumun içində Novruzəliyev danışırdı. Mən bizim dəstə rəisi ədliyyə mayoru Ehtiram Həsənova danışmışam və olan əhvalatları şifahi və yazılı surətdə də ərizələr vermişəm ki, Ehtiram müəllim, sizin vəzifə borcunuzdu bu ərizələri göndərmək. O isə əvəzində mən qorxuram, rəis məni danlayar - dedi.

Bir dəfə 2010-cu ildə mən və dəstə rəisi ərizələrlə girdik rəisin qəbuluna ki, göndər bu kişinin ərizələrini. Rəis isə yenə - «yox, olmaz» deyə, rəis az qala dəstə rəisiylə əlbəyaxa çıxa. Rəis yenə ərizələri göndərmədi. Ehtiram müəllim də ərizələri özündə maddi sübut kimi saxlayıb. Nə qədər yoxlama gəlib, məni çağırmayıblar. Nə izahat, nə də ərizə alıblar məndən.

Hörmətli Prezident!

Yazıb Sizdən xahiş edirəm ki, bu Ədliyyə işçiləri barəsində ARCM-nin 313, 320, 312 və sair maddələri ilə cinayət işi açasınız. Mən bu adamların ucbatından 5 il qaldım ölümlə üzbəüz. Əsəblərim pozuldu, ləyaqətimi alçaldı, ailəmdən ayrı qaldım, qanunsuz olaraq 5 il həbsxanada saxlanıldım. Onlar mənə vurduqları maddi və mənəvi ziyan üçün 100.000 (yüz min) manat pul tələb edirəm və bu ərizənin surətləri Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev cənablarına, Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri E.Mahmudov cənabına, Azərbaycan Respublikası Ədliyyə naziri, Məhkəmə Hüquq şurasının sədri F.Məmmədov cənabına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri F.Abdullayevə, Azərbaycan Respublikası Prezident Admnistrasiyası Aparatının rəhbəri cənab R.Mehdiyevə müraciət ünvanlayaraq dəfələrlə ədalətin bərpasını istəmişəm.

Hörmətli Prezident!

Mən ümidvaram ki, bu özbaşınalıq edən Ədliyyə işçiləri barəsində bir ölçü götürəsiniz. Xahiş edirəm, mənə kömək edin. 1 oğlum ön cəbhədə hərbi xidmətdə, o biri oğlum hərbi qulluqdadır. Həyat yoldaşım 2 dəfə əməliyyat olub, xəstədir. Öz evim yoxdur, kirayədə qalırıq. Ona görə ünvan yazmadıq. Əlaqə tel: (055) 319-03-44

Bütün bu saxta hökm və saxta qərarları maddi sübut kimi onları yazan adamların əl izləri üstündə olmaq şərti ilə mən saxlamışam. Bu yaxınlarda eşitmişəm ki, hakim X.Məhərrəmova, katib S.Abdullayev və rəis Ə.Həsənov işdən çıxarılıblar. Amma mənə bu günə kimi nə xəbər verilməyib, nə də maddi və mənəvi ziyan ödənilməyib. Qalan yaramaz v nankor işçilər öz işində və yenə saxtakarlıq və özbaşınalıq edirlər. Dövlətimizin və Prezidentimizin adına ləkə salırlar. Mən və mənim oğlanlarım hər an hazırıq və Prezidentimizin əmrini gözləyirik ki, ana torpaqlarımızı azad edək. Amma yuxarıda adları çəkilən ədliyyə işçiləri isə işə qəbul olanda and içirlər ki, biz dövlətə, xalqa canla-başla qulluq edirik və edəcəyik. Ancaq bu adları çəkilən ədliyyə işçiləri özbaşınalıq, vəzifə həddini aşmaq, saxtakarlıq və dövlətə yalan məlumat verməklə məşğuldurlar. Bu adamlar Ədliyyə orqanında qala bilməzlər.

Hörmətli Prezident, Sizdən artıq dərəcədə xahiş edirəs ki, yuxarıda adları çəkilən ədliyyə işçilərindən mənə vurulmuş maddi və mənəvi ziyanı 100.000 (yüz min) manat pulu almaqda mənə kömək edəsiniz».

Adları çəkilən bütün şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Bu gün, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Bu gün, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Dünən, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Dünən, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Dünən, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Dünən, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Dünən, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Dünən, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Dünən, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Dünən, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Dünən, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Dünən, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Dünən, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Dünən, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Dünən, 14:01
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
Dünən, 14:00
Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər - GƏLİŞMƏ
Dünən, 13:59
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir - MƏQALƏ
Dünən, 13:54
Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Dünən, 13:29
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Dünən, 13:27
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Dünən, 13:23
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Dünən, 13:14
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Dünən, 13:09
“AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Dünən, 12:48
Bərdə probasiya şöbəsində nə baş verir? - TƏFƏRRÜAT
Dünən, 12:44
Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER NƏTİCƏSİ
Dünən, 12:40
AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR - Biz arxasızıq deyə bunu edirlər
Dünən, 12:28
İran İsraillə birbaşa qarşıdurmaya girir? - AÇIQLAMA
Dünən, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru