GƏNCƏDƏ DƏHŞƏTLİ STATİSTİKA
Tarix: 26-07-2012, 13:05 | Çap et
YENİ EVLƏNƏN HƏR 4 CÜTLÜKDƏN 1-İ BOŞANIR
28 yaşlı Sevinc (ad şərtidir) 4 il əvvəl qonşuluqda yaşayan oğlanla ailə qurub. Deməsinə görə, söz-söhbətli keçən bu dövrdə qayınanası ilə dəfələrlə mübahisə edib. Nəhayət 6 ay əvvəl izdivaclarına son veriblər. Ancaq bu hadisə digər dağılan ailələrə nümunə deyil. Boşanmaların səbəbləri müxtəlifdir. BİRİNCİ SƏBƏB İŞSİZLİKDİR... Gəncə şəhər Statistika İdarəsinin verdiyi məlumatda deyilir ki, son 6 ay ərzində Gəncədə qurulan hər 4 ailədən biri dağılır. Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsinin mütəxəssisi Gülnarə Adıgözəlova da deyir ki, bu ilin 6 ayı ərzində 416 nəfərin ailə qurması qeydə alınıb. Onlardan 145-i boşanıb. Gülnarə Adıgözəlovadan boşanma üçün müraciət ərizələrində daha çox hansı səbəblərin göstərildiyini soruşuruq. Deyir ki, ilkin səbəb işsizlik göstərilir: «Vətəndaşlar evlənib ailə qururlar. Rusiyaya gedirlər, qadın qalır burada təkcə. Yoxsulluq, işsizliklə bağlı olur. Adətən ailəyə baxmırlar. 6 ay ərzində 145 nəfər boşanıb. Ailə quranlar da 416 nəfər olub. Birinci işsizlikdir. Tüfeyli həyatdır. Ailədə ziddiyyət yaranır». Gülnarə Adıgözəlova onu da əlavə edir ki, qeydiyyatı aparılmayan erkən nigahları və nigaha girməyənlər də nəzərə alınsa reallıqda boşananların sayı daha çoxdur.
«NİGAH MÜQAVİLƏSİ MƏCBURİ OLMALIDIR...» Regional Qadın Mərkəzinin rəhbəri Məleykə Əlizadənin sözlərinə görə, təşkilatın araşdırmaları da təsdiqləyir ki, boşanmaların sayı çoxalıb. Bununla belə o da qeyd edir ki, bu rəqəm reallıqda dəfələrlə çoxdur: «İnsanlar iqtisadi cəhətdən ailə qurmağa hazır olmurlar. Bizim təşkilatın apardığı sorğu və tədqiqatlar nəticəsində bu onu göstərir ki, insanlar hazır olmadan ailə qururlar. Mənəvi cəhətdən də hazır olmurlar. Məsuliyyətlərin bilmirlər. Ailə institutu möhkəmləndirmək lazımdır. Bu adət-ənənəyə söykənən institut olub. Bunun üçün orta məktəbdə bir fənn tədris etmək lazımdır. İnsanlar arasında maarifləndirmə aparılmır. Psixoloji yardım mərkəzləri olmalıdır. Nigah müqaviləsi mütləq olmalıdır. Məcburi olmalıdır. Nigah müqaviləsində şərtlər ki, qoyulur kişi qadına nələr ödəməlidir. Onda bu boşanmaların qarşısı alınacaq. Boşanmalar zamanı indi qadınlar ancaq yaşayış hüququ alır, aliment çox azdır. Uşaqların tələblərin ödəmək qeyri mümkündür». «XANIMI GÜCLÜ MÖVQEDƏ GÖRMƏYƏ HAZIR DEYİLİK» Psixoloq Səbinə Həsənova isə deyir ki, hazırda cəmiyyətdə köklü dəyişikliklər gedir və bu gənclərin psixoloji durumuna ciddi təsir edir: «Ailələrdə artıq mövqe dəyişilib. Bizim cəmiyyətdə kişilərin iş tapmaq problemi qabarıqdır. Təsir edir, ailələrdə boşanmaların sayı artır. İlk növbədə işsizlikdir, sonra cəmiyyətdə qadınlarla kişilərin rolunun dəyişməsidir. Bizim cəmiyyət hələ buna hazır deyil. Xanımı güclü mövqedə görməyə hazır deyilik. Hər bir məqam ola bilər. İlk uşaq anadan olanda xanım əsas vaxtını körpəyə həsr edir. Öz yoldaşına vaxt az ayırır. Qlobal mövzudur. Müxtəlif səbəblər var. Ən çox boşanma güzəştə gedilmədiyinə görə olur». Psixoloq Səbinə Həsənova da deyir ki, ailələr üçün psixoloji yardım mərkəzləri açılmalı və hər ailənin öz psixoloqu onlarla yaxından maraqlanmalıdır. \ Azadlıq Radiosu \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|