"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." .....                     Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… .....                     Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? .....                     Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... .....                     Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... .....                     Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar .....                     Gəncədəki klinikanın rəhbərindən ETİRAZ .....                     Naxçıvanın KÖNTÖY MƏMURLARI .....                     Zibilliyə atılan NEMƏT... .....                     Mənsum İbrahimova qarşı saxtakarlıq .....                     Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət .....                     İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... .....                     Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil .....                     İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI .....                     “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam” .....                     “Ərəb küçəsi”nin qəhrəmanı .....                     Maaş və pensiya artımı gözləntisi .....                     Prokurorluq orqanlarının yaranmasından .....                     Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir .....                     Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat .....                     İran "səssiz qaldı": .....                     “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” .....                     Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib .....                     “Şapka Mamed”in agentliyi məhkəməlik oldu .....                     Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... .....                     Ermənistanda revanşizm güclənir: .....                     Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın .....                     İsrail “Hizbullah” liderini necə məhv edə bildi? .....                     “Sizi dörd şeyə görə qısqanırlar” .....                     ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: .....                     Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                 

Fındıqçının qırbasanlığı - Bəhramtəpə-Biləsuvar magistral yolunun yenidən qurulmağı kimə həvalə olunub?
Tarix: 18-12-2015, 11:22 | Çap et
Fındıqçının qırbasanlığı
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın gətirdiyi uğurlardan biri, bəlkə də elə birincisi ölkə infrastrukturunun yenidən, müasir dövrün tələblərinə uyğun olaraq qurulmasıdır. Son vaxtlar hətta yerli əhəmiyyətli, kənddaxili yollar belə asfaltlanır, ən ucqar yaşayış məntəqələrinə rahat gediş-gəliş təmin olunur. Amma bircə Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun yenidən qurulması işi sanki tilsimə düşüb.

Azərbaycanda avtomobil yollarının ümumi uzunluğu 18 946 kilometrdir. Onun 1 915 kilometri beynəlxalq, 2 716 kilometri respublika əhəmiyyətli magistral, qalan 14 315 kilometri isə yerli əhəmiyyətlidir. Nəqliyyat Nazirliyi hələ 2012-ci ildə bəyan etmişdi ki, həmin ilin sonunadək magistral yolların tikintisi və yenidən qurulması işləri tam başa çatdırılacaq. O zaman yol-nəqliyyat kompleksi üzrə tədbirlərin icrasına ümumilikdə 8,2 milyard manat vəsait sərf olunduğu da açıqlanmışdı. Ondan sonra çox milyardlar “əriyib”, çox hesabatlar olub, amma bu yolun çəkilişi tam başa çatmaq bilmir ki, bilmir.

Bəhramtəpə-Biləsuvar magistral avtomobil yolu ölkənin Cənub bölgəsini Mərkəzi Aran rayonları, Gəncə, Bakı, Mingəçevir və digər iri şəhərlərlə birləşdirən, Azərbaycanın İranla sərhəd-keçid məntəqələrindən birinə çıxışı təmin edən əsas avtomobil yollarındandır. Yolun kənarında Cəbrayıl rayonundan olan 18 262 nəfər məcburi köçkün üçün 11 qəsəbə salınıb.

Ətraf yerlərdən “Azersun holding”in Biləsuvar rayonu ərazisində yerləşən kənd təsərrüfatı müəssisəsi və konserv zavodunda işləyən minlərlə adam bu yolla işə gedib-gəlir. Hər gün sərnişin daşıyan şəhərlərarası marşrut avtobusları da daxil yüzlərlə nəqliyyat vasitəsi, aralarında xarici ölkə vətəndaşları da olan minlərlə adam bu yoldan keçib gedir. Amma necə?

İsti və quraqlıq vaxtlarda havaya toz dumanı qalxır, yağıntılı günlərdə yol üstündə gölməçələr yaranır. “Sinəsindəki” dağılmış asfalt örtüyünü, batıq və qabarıqları görəndə adama elə gəlir ki, sanki bu ərazidən ağır hərbi texnikalar keçib, bombalar, minalar partlayıb. Lap İraq, Suriya, Əfqanıstan yollarında olduğu kimi..

2011-ci ilin sentyabrında güclü yağışdan sonra bu yolun 28-ci kilometrliyində 500-dən çox avtomobil palçıqda batıb qalmışdı. Həmin maşınların böyuk hissəsi Cəbrayıl və Biləsuvar rayonlarının yol istismar idarələri, habelə yolun təmirinə məsul “Azərstar” Məhdud Məsuliyətli Cəmiyyətə məxsus texnikaların köməyi ilə yedəyə alınaraq çıxarılmışdı. Xilasetmə (əgər belə demək mümkündürsə) işləri bir sutkadan artıq vaxt aparmışdı. Olduqca utanverici, eyni zamanda, cavabdeh qurumların məsuliyyətsiz hərəkətini göstərən bir vəziyyət idi: yolu hərəkət üçün açıq saxla, bu qədər maşın əkin üçün şumlanmış sahədəki kimi batsın, içərisində uşaq, ahıl yaşlı, xəstə olan mindən çox adam saatlarla çöllü-biyabanda qalsın!..

O zaman “Azərstar” MMC-nin iş icraçısı İlham Məmmədov yolun avtomobillərin hərəkəti uçun tam yararsız vəziyyətdə olduğunu bildirmiş və təmirə başlamaq üçün bu hərəkətin dayandırılmasını vacib sayırdı: “Yol kəsilməsə, bu yolu işləmək mümkun deyil. Çunki qıraq da bataqlıqdır, sudur.”

Amma o vaxtdan bəri bu yolda nə hərəkət dayandırılıb, nə də təmir-bərpa işləri başa çatdırılıb. Ötən illər ərzində yol tikintisi və bərpasına müxtəlif şirkətlər cəlb edildiyindən, hazırkı vaxtda bu işlərin kimin öhdəsində olmağı da məlum deyil. Ən pisi odur ki, bəzən bu işlər yol tikintisi üzrə ixtisaslaşmamış müəssisələrə tapşırılıb. İnternetdə verdiyimiz axtarışdan sonra bizə məlum oldu ki, elə bir az əvvəl adını çəkdiyimiz “Azərstar” MMC Zaqatala şəhərində yerləşir və fındıq ləpəsi istehsalı ilə məşğuldur. Çox fikirləşdik, nə Zaqatala ilə Biləsuvar arasında bir yaxınlıq, nə də asfaltla fındığın uyğunluğunu tapa bildik...

Böyük layihələrin icrasında obyektiv səbəblər üzündən ləngimə yaranması başadüşüləndir. Bəzən ortaya əvvəlcədən nəzərdə tutulmayan işlər də çıxır- bunu da bilirik. Amma Bəhrəmtəpə-Biləsuvar yolunun yenidən qurulması ilə bağlı ən şübhəli məqam dövlət orqanlarının hesabatlarında ziddiyyətli və yalan məlumatların yer almağıdır. Bu məlumatlar nəinki reallıqla, heç bir-birləri ilə də uzlaşmır.

2012-ci il üzrə dövlət əsaslı vəsait qoyuluşunun bölgüsündə sözügedən yola 5 milyon manat ayrılması nəzərdə tutulmuşdu. Amma bir il sonra məlum olur ki, bu vəsait ya ayrılmayıb, ya da təyinatı üzrə xərclənməyib. İmişli rayonunun Aranlı kəndinin bir qrup sakininin şikayətinə 2013-cü ilin sentyabrında “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev bu məzmunda cavab verib: “Məlumat üçün bildiririk ki, uzunluğu 62 kilometr olan respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanır. Eyni zamanda, tikinti işləri və maliyyə vəsaitinin ayrılması ilə əlaqədar beynəlxalq qurumlarla razılaşma işləri aparılır”.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda (2009-2013-cü illər üzrə) ölkə əhəmiyyətli rayonlararası avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulmuşdu. Sənəddəki tədbirlərin icra vəziyyəti barədə Biləsuvar rayon İcra Hakimiyyəti belə bir məlumat yayıb: “2013-cü ildə Bəhramtəpə-Biləsuvar magistral avtomobil yolunda 30 km tikinti işləri aparılıb və asfaltlaşdırılıb. Hazırda yol-tikinti işləri davam etdirilir”.

Bu iki açıqlamanı özünüz müqayisə edin: “Azəryolservis” deyir ki, yolun heç layihəsi hazır deyil və maliyyə mənbəyi yoxdur, Biləsuvar RİH isə həmin vaxt yolun təxminən yarısını asfaltladığını bildirir. Yazının əvvəlində isə qeyd etmişdik ki, Nəqliyyat Nazirliyi 2012-ci ilin sonunadək magistral yollarda tikinti və yenidənqurma işlərinin tam başa çatdırılacağını açıqlamışdı. Bundan sonra dövlət başçısının iştirakı ilə keçirilən müşavirədə nəqliyyat naziri Ziya Məmmədov Bəhrəmtəpə-Biləsuvar yolunun müasir tələblər səviyəsində yenidən qurulduğunu səsləndirmişdi. Adam az qala şübhəyə düşür: bəlkə Bəhrəmtəpədən Biləsuvara yeni avtomobil yolu çəkilib, bundan heç kəs xəbər tutmayıb?!..

Ümid edirik ki, əlaqədar təşkilatlar nəhayət bu yol barədə ciddi düşünəcəklər. Ola bilsin ki, kimsə bu işi yarıtmaz yerinə yetirib, mərkəzi icra hakimiyyəti orqanlarını aldadıb. Amma ortaya çıxan yalançı hesabatlar dövlət orqanlarına ictimai etimadı azaldır. Biz öz qeydlərimizi və bu yoldan çəkdiyimiz bir neçə fotoşəkli təqdim edirik. Tam “mənzərəni” müşahidə etmək üçün gərək bu yoldan keçib-gedəsən... infom.az


Fındıqçının qırbasanlığı
Fındıqçının qırbasanlığı








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
Bu gün, 07:33
Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… - AXI NİYƏ?..
Bu gün, 07:29
Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... - DİQQƏT
Bu gün, 07:22
Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... - AÇIQLAMA
Bu gün, 07:19
Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar
Bu gün, 07:05
Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."
Bu gün, 07:02
Naxçıvanın KÖNTÖY MƏMURLARI - vətəndaşı ÇİLƏDƏN ÇIXARIB...
Bu gün, 06:57
Zibilliyə atılan NEMƏT... - Qarşısını ala bilməyəcəyik...
Bu gün, 06:52
Mənsum İbrahimova qarşı saxtakarlıq - FOTO
Bu gün, 06:48
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Bu gün, 01:04
İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI -"İclasdayam"
Bu gün, 00:50
“Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”
Bu gün, 00:46
“Ərəb küçəsi”nin qəhrəmanı – Həsən Nəsrullah kim idi?
Bu gün, 00:41
Maaş və pensiya artımı gözləntisi - “Söhbət elə bir məbləğdən gedir ki...”
Bu gün, 00:38
Prokurorluq orqanlarının yaranmasından 106 il ötür
Bu gün, 00:35
Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir
Bu gün, 00:05
Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:02
İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Dünən, 19:02
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Dünən, 19:00
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Dünən, 18:24
“Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Dünən, 18:21
Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Dünən, 18:15
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Dünən, 18:07
Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Dünən, 18:00
Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Dünən, 17:58
İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Dünən, 17:43
“Sizi dörd şeyə görə qısqanırlar”
Dünən, 17:39
ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Dünən, 17:37
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Dünən, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Dünən, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Dünən, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Dünən, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Dünən, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Dünən, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Dünən, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Dünən, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Dünən, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Dünən, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Dünən, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Dünən, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Dünən, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Dünən, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Dünən, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Dünən, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Dünən, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru