Ali Hərbi Məktəbdə kursantların “sələmlə pul” oyunu… - Biabırçılıq
Tarix: 6-04-2015, 14:51 |
Çap et
Bir zamanlar əsasən rayonlarda insanların sələmlə pul götürməsi adi hala çevrilmişdi. Bir az dara düşən şəxs dərhal sələmlə pul verəni axtarır və problemlərini həll etməyə çalışırdı. Bu isə, sonrada ciddi problemlər yaradır, hətta ailə dağılmaları, qətllər və həbslərə qədər gətirib çıxarırdı.
Bizimxeber.az-a daxil olan məlumata görə, sələm oyunu indi Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirilir. Redaksiyaya daxil olan məlumata görə, yuxarı kurslarda oxuyan kursantlar oz yaxın qohumlarının adına banklardan pul götürüb aşağı kursdakı kursantlara sələmlə pul verir. Ən qəribəsi odur ki, bu pul 10 deyil, 40 faizlə verilir. Yəni, sələmlə 1000 manat pul götürən kursant - ay ərzində 40 manat faizi mütləq qaytarmalıdır. Üstəlik pulu yarı-yarı qaytarmaq qadağandır. 1000 manatı qaytaran zaman isə mütləq üzərində 400 manat da olmalidir. Bir sözlə,
Hər hansısa problemini həll etmək üçün bu pulu almağa məcbur olan kursantlar sonrada ciddi təzyiq və problemlər qarşısında qalırlar.
Məlumatda qeyd olunur ki, Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəhbərliyinin baş verənlərdən xəbərsiz olmaya bilməz. Ehtimal ki, müəyyən şəxslər sələmlə pul verən kursantları tanıyır və onlara müəyyən faiz müqabilində göz yumurlar.
Mövzunu araşdırmaqda davam edirik…