Bir rayonun baş həkimi dövlətin pullarını necə dövriyyəyə buraxıb... - Cəsur Paşayevin cəsarətli maliyyə maxinasiyaları...
Tarix: 1-12-2014, 10:30 |
Çap et
Adı kimi cəsur olan, Cəsur Paşayevdən xəbər var.
İmişli rayonunun səhiyyə işçilərindən infom.az-ın aran bürosuna maraqlı məlumat daxil olub.
Məlumatda qeyd olunur ki, rayon mərkəzi xəstəxanasının baş həkimi Cəsur Paşayev iş adamlarının birindən dövlətin büccə vəsaiti hesabına aptek alıb.
Atekin adı sənədlərdə “Beyləqan 478” olaraq qeyd olunr.
Tərəflər arasında öncədən baş tutan razılaşmaya əsasən aptekin sahibinin bank hesabına 50-min manat pul vəsaiti köçürülüb ki, guya bu aptekdən mərkəzi xəstəxana üçün dərman perepartları alınacaq.
Işin maraqlı tərəflərindən biri də budur ki, əksər rayonlarda xəstəxanalar dərmanlarını apteklərdə satdırdıqları halda, nədənsə Cəsur müəllim xəstələri müalicə etmək üçün aptekdən dərman almaq qərarına gəlib.
Üstəlik heç kəsə də sirr deyil ki, ölkə ərazisində bir mənalı olaraq, səhiyyə sahəsini (xəstəxanaları) dərmanla təmin edən Avromed, Riyad farm və bunlar kimi digər sanballı müəsisələr var.
Amma Cəsur məllim həqiqətən də, cəsur adam imiş. O hətda dərman biznesi ilə məşqul olan iri şirkət sahiblərindəndə imtina edərək, onlardan dərman almağa yox deyib.
Beləcə də, baş həkim kimdən nə vaxt neçiyə nə alacaqını özü müəyyənləşdirərək, məqsədini istədiyi formada həyata keçirir.