Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                     Heydər Əsədovun səlahiyyətlərini kim icra edir? .....                     İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq .....                     İrandan Ermənistana daha bir jest: .....                     Yaxın Şərq böhranı: .....                     İran böyük müharibəyə başlayır? .....                     İcra Hakimiyyəti üç sanitar qovşağı .....                     Bu deputatlar mandatlarından məhrum edilə bilərlər .....                     Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” .....                     Fazil Mustafa onun da ömürlük həbsini istəyir .....                     Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu .....                     Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” .....                     Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir? .....                     İran hakimiyyəti adamlarını qoruya bilmir .....                     “Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” .....                     Laçın və İrpen qardaşlaşmış şəhərlər olub .....                     Nazim Bəydəmirliyə hökm oxunub .....                     MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: .....                     Prezident bir qrup prokurorluq işçisini təltif edib .....                     “İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... .....                     İranda həbsdə olan Fəridin anası danışdı: .....                     Gözlənilən əməliyyat və məntiqi nəticə: .....                     Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı .....                     İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı .....                     "Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA .....                     Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi .....                     Xalq artistindən illər sonra ETİRAF: .....                     Əvəz Zeynallının şikayətinə .....                     Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ... .....                 

Ziya Məmmədovun çoxmilyonluq mülkləri ilə bağlı maraqlı faktlar - Nazirin villasına qiymət qoyuldu
Tarix: 14-11-2014, 15:39 | Çap et
Ziya Məmmədovun çoxmilyonluq mülkləri ilə bağlı maraqlı faktlar
Ziya Məmmədovun rəhbəri olduğu Nəqliyyat Nazirliyi (NN) dövlət büdcəsindən ən çox pay alan strukturdur. Məsələn, 2014-cü il üçün NN-ə büdcədən 1,3 milyard manat vəsait ayrılıb.

Mətbuat uzun müddətdir davamlı şəkildə yazır ki, hər il büdcədən böyük məbləğdə vəsaitlər almasına baxmayaraq, bu qurumun gördüyü işlər daha yarıtmaz və keyfiyyətsizdir. Ölkə boyu çəkilən yolların, dəmir yol xətlərinin durumu buna əyani sübutdur. İnsanların ən çox şikayət etdiyi problemlərdən biri də yolların yöndəmsiz inşa olunması, qısa müddətdə sıradan çıxması ilə bağlıdır.

"Bahalı yollar" -
korrupsiyanın nişanəsi

Azərbaycanda "yol korrupsiyası"nın ən əsas nişanəsi yolların çəkilməsinin və təmirinin həddən artıq baha başa gəlməsidir. Bu məqsədlə çəkilən xərclərə göz gəzdirdikdə rəqəmlərin əksər dünya ölkələri ilə müqayisədə "göz qamaşdırdığını" görmək mümkündür. Üstəlik, kefiyyət məsələsi də yuxarıda vurğulandığı kimi, ciddi problemə çevrilib.
Qeyd edək ki, hələ ötən il Ziya Məmmədov mediaya açıqlamasında Azərbaycanda yolların baha qiymətə tikilməsini öz aləmində təkzib etməyə çalışmışdı və mediada belə fikirlər səsləndirilir ki, Azərbaycanda yolların tikintisi baha başa gəlir. Guya Azərbaycanda yollar dünyada ən baha başa gələn yollardandır. Əslində bu belə deyil. Reallıqda ən ucuz yollar Azərbaycanda tikilir.
Nazirin arqumentinə görə, qiymətlərin artması yol layihələri çərçivəsində həddindən artıq köçürmələrlə bağlıdır: "Yolların çəkilməsi üçün fərdi evlər, digər obyektlər, kommunikasiya xətləri köçürülür. Bunların da hamısı nəqliyyat layihəsinə daxil olduğu üçün bəzən ilk baxışda qiymət yüksək görünür. Ancaq araşdırdıqda görürsən ki, ümumilikdə sərf edilən vəsaitin daxilində yolun qiyməti çox münasib və ədalətli bir şəkildə öz təsvirini tapıb".
Əgər sovet dövrü və ölkə təcrid olunmuş səviyyədə olsaydı nazirin fikirləri ilə razılaşmaq olardı. Ancaq indi internet əsridir və dünya iqtisadiyyatında gedən tendensiyalardan xəbər tutmaq üçün kompüter qarşısında bircə saat oturmaq kifayətdir ki, alternativ informasiya qaynaqlarına çıxış əldə edəsən və Z.Məmmədovun doğru danışmadığına heç bir şübhən qalmasın. Necə ki, yuxarıda biz kifayət qədər belə fakt sadaladıq (xarici ölkələrin təcrübəsindən!) və həmin faktlardan da aydın görünürdü ki, Azərbaycanda yol tikintisi hədsiz dərəcədə baha qiymətə başa gəlir, bu isə sonucda yolların təmir və tikintisini ciddi korrupsiya mənbəyinə çevirib.
Əgər həmin faktlar kifayət deyilsə, iqtisadçıların başqa bir hesablamasını diqqətə çatdırmaqla yazıya nöqtə qoyaq.
Bakı-Ələt avtomobil yolunun 2-4 km hissəsinin, yəni cəmi 2 kilometrinin (Bayıl qəsəbəsi, Dövlət Bayraq Meydanının yaxınlığı) əsaslı təmirinə dövlət büdcəsindən 65 milyon manat (82 milyon dollar) ayrılmışdı - bir kilometrə 32,5 milyon manat (42 milyon dollar). Halbuki 82 milyon dollara Qazaxıstanda 50, Finlandiyada 25 km yolu sıfır variantından tikib təhvil vermək olardı.
Bakı-Astara yolunun 4-7 kilometrliyində (Bibiheybət məscidi ilə Bayıl bazarı arasında olan hissə) yolun genişləndirilməsi üçün dövlət büdcəsindən 85 milyon manat (109 milyon dollar) pul xərclənib. Yəqin ki, izafi şərhə ehtiyac yoxdur - 1 kilometrə 37 milyon dollar. Və yaxud da uzunluğu 21 km olan Bakı dairəvi yolunun tikintisinə 114 milyon manat (146 milyon dollar) xərclənib - 1 kilometrə 7 milyon dollar.
Şərhə ehtiyac qalmır.

"Yol korrupsiyası"nın
rəsmi təsdiqi

Ziya Məmmədovun nazirliyinin yol infrastrukturunun yenilənməsi və yaxşılaşdırılması üçün aldığı milyardlarla manat büdcə pulunun korrupsiya predmetinə çevrildiyini yalnız mətbuat və müstəqil ekspertlər iddia etmir. Elə zaman-zaman rəsmi qurumlardan da həmin iddiaları dolayısı ilə təsdiqləyən məlumatlar yayılır.
Məsələn, bu ilin may ayında Hesablama Palatası NN-in yol verdiyi korrupsiya faktları barədə açıqlama vermişdi. Qurumun auditi zamanı bir sıra avtomobil yollarının üzərində tikilən körpülərin tikintisində ciddi qanun pozuntuları aşkarlanmışdı. Belə ki, Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən və qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulmasına, habelə Siyəzən və Qusar yol istismar idarələrinə ayrılan vəsaitin auditi aparılmış, bildirilmişdi ki, həmin körpünün təmirinə 4 milyon manat investisiya nəzərdə tutulubmuş. Yoxlamalar zamanı görüləcək işlərin siyahısı tutulmadan podratçı şirkətlərə pul ayrıldığı üzə çıxmış, bununla da dövlət büdcəsinə dəyən zərərin 120 min manata yaxın olduğu müəyyənləşmişdi.
Siyəzən 4 saylı Yol İstismar İdarəsinə və Qusar 7 saylı Yol İstismar İdarəsinə avtomobil yollarının cari təmiri üçün nəzərdə tutulan 32,8 min manat vəsaitin mənimsənildiyi açıqlanmışdı.
Bundan başqa, Ziya Məmmədovun nazirliyinin tabeliyindəki "Azərbaycan Dəmir Yolları" QSC-nin icrasını həyata keçirdiyi Saloğlu-Poylu mənzilinin 73-cü kilometrliyində Kür çayı üzərində II dəmir yolu körpüsünün tikintisi, Biləcəri stansiyası ərazisindən suötürücü qurğuların rekonstruksiyası və lokomotivlərin təmiri, dəmir yolunun Sarvan-Çarxı mənzilində Vəlvələ çayı üzərindəki qəza vəziyyətində olan körpüdə əsaslı təmir işləri üçün ayrılan vəsaitlərin istifadəsinin auditi aparılmış, məlum olmuşdu ki, layihələr üzə tender keçirilməyib, layihə-smeta sənədləri qanunsuz olaraq podratçı təşkilatlar tərəfindən hazırlanıb və layihənin dəyəri şişirdilib.
Əslində bunlar nə birinci, nə sonuncu faktlardır; obyektiv araşdırmalar ölkədəki "yol korrupsiyası"nın miqyasının təsəvvür edildiyindən qat-qat böyük olduğunu ortaya çıxara bilər.

Teymur Əliyev küçəsinə yatırılan büdcə milyonları

Əslində Bakının Nərimanov rayonu ərazisində yerləşən bu mərkəzi küçəsinin geniş təqdimata bir o qədər də ehtiyacı yoxdur. Buranı "varlılar məhəlləsi" adlandırırlar və orada ölkənin bir çox zənginlərinin dəyəri milyonlarla manatla ölçülən dəbdəbəli villaları mövcuddur.
Elə nəqliyyat naziri Ziya Məmmədov da bu sırada istisna deyil. Belə ki, onun bu küçədə kifayət qədər təmtəraqlı villaları var.
"Varlılar məhəlləsi"ndə torpağın "qara bazar" qiyməti ilə bir sotunun 300-400 min manata olduğu bildirilir. Nəqliyyat nazirinin gözqamaşdıran imarətlərinin isə torpaq sahəsi ilə birlikdə dəyərinin təxminən 20 milyon manat civarında olduğu dəqiqdir. Bir neçə il əvvəl Məmmədovun oradakı iqamətinin həyətinə qiyməti 15 min manat olan palma ağacları gətirdiyi barədə məlumatlar yayılmışdı.
2012-ci ildə isə nəqliyyat nazirinin həmin dəbdəbəli mülkü ilə bağlı mətbuatda yer alan məlumatda oxuyuruq: "Ziya Məmmədovun imarəti tikiləndən sonra həyətində yeraltı bunker də inşa olunub. Sakinlər bunkerin təyinatı barədə dəqiq bir söz söyləmədilər".
Bir sözlə, "yol korrupsiyası"nın qurbanı olan büdcə vəsaitlərinin bir hissəsini məhz Teymur Əliyev küçəsində - nazirin buradakı imarətlərində axtarmaq lazımdır.

Göyçayda 3-4 milyon manatlıq villa

Nəqliyyat nazirinin imarətləri yalnız paytaxt Bakı ilə yekunlaşmır. Hələ ötən il KİV-də belə məlumat yayılmışdı (sonradan isə nə təsdiq, nə də təkzib edilmişdi) Göyçayda - Höngütlü kəndində Ziya Məmmədov üçün dəyəri milyon manatlarla ölçülən təmtəraqlı villa tikilib. Bildirilirdi ki, Ziya Məmmədov həmin ərazidə 50 hektarlıq süni göl yaradıb və gölün ortasında dəyəri 4-5 milyon manat olan villa tikdirib. Tikintini Mənsur Məmmədova yaxın olan "ATF" şirkəti həyata keçirib.

Nazirin Qəçreşdəki villası

Ziya Məmmədovun kurasiyasında olan Quba rayonunun səfalı yerlərinin bir çoxunda da nəqliyyat nazirinin villasının olduğu uzun müddətdən bəridir deyilir, yazılır. Hələ bir neçə il əvvəl bildirilirdi ki, Qəçreşdə yuva salan oliqarxlardan ən təmtəraqlı villa vzop Ziya Məmmədova məxsus olub. Nazirin villasının yaxınlığında nazirliyin daha bir neçə "dişli sima"sının villaları olsa da, onlar Ziya müəllimin iqamətgahının kölgəsində qalıblar.
Amma 2009-cu ilin yayında vəziyyət dəyişib. "Azərenerji" prezidenti Etibar Pirverdiyev inşasına 1 il əvvəldən başladığı və böyük bir inşaat briqadasını cəlb etdiyi villasının tikintisini tamamlayıb. Həmin villa Ziya Məmmmədovun iqamətgahını da "vurub-keçib". Artıq o vaxtdan bəri Qəçreşdə nazirlər bir-biri ilə ən böyük villa yarışına giriblər.
Hazırda burada mövcud olan məmur villalarından ən dəbdəbəlisinin yenə məhz nəqliyyat nazirinə məxsus olduğu məlumdur. Qubanın mənzərəli, istirahət baxımından cəlbedici digər bir neçə ünvanında da nazirin imarətlərinin olduğu bildirilir.
Bundan başqa, Ziya Məmmədovun Şamaxının füsunkar yerlərindən birində də özünə villa tikdirdiyinə dair iddialar var.
Sonda:
Göründüyü kimi, zaman-zaman KİV-də yer alan, amma nə təsdiq, nə də təkzib edilməyən məlumatlar Ziya Məmmədovun çoxsaylı mülklərinin olduğunu düşünmək üçün ciddi əsaslar yaradır. Həmin mülklərin üst-üstə dəyərinin isə sadə vətəndaş və hətta ortabab iş adamı üçün fantastik rəqəmlərlə müşaiyət olunması da şübhəsizdir.
Belədə, Azərbaycan büdcəsindən hər il yol infrastrukturunun yenilənməsi, müasirləşdirilməsi istiqamətində ayrılan pulların əsl təyinatının hara olduğunu bilmək, təxmin etmək də çətin deyil.
Ayrılan büdcə milyonlarından bizə qısa vaxtda dağılan yollar, nazirə isə gözqamaşdıran villalar qalır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Bu gün, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Bu gün, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Bu gün, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Bu gün, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Bu gün, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Bu gün, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Bu gün, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Bu gün, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Bu gün, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Bu gün, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Bu gün, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Bu gün, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Bu gün, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Bu gün, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Bu gün, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Bu gün, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Bu gün, 16:18
Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - FOTO
Bu gün, 16:11
Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” - BU NƏDİ BELƏ?!
Bu gün, 16:09
Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?
Bu gün, 16:05
İran hakimiyyəti adamlarını qoruya bilmir – onlar satılırlar?
Bu gün, 16:01
“Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Xaçikyandan SƏRT ÇIXIŞ
Bu gün, 16:00
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub - FOTO
Bu gün, 15:58
Nazim Bəydəmirliyə hökm oxunub - DETALLAR
Bu gün, 15:55
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Bu gün, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Bu gün, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:10
İranda həbsdə olan Fəridin anası danışdı: - “Sağlığı ilə bağlı...”
Bu gün, 14:02
Gözlənilən əməliyyat və məntiqi nəticə: - İsrail dayanmaq fikrində deyil
Bu gün, 14:00
Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı - TƏFƏRRÜAT
Bu gün, 13:56
İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı
Bu gün, 13:09
"Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" - Ekspert
Bu gün, 13:07
Mülayim cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:04
Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA – İkili vətəndaşlıq ləğv olunsa, NƏ DƏYİŞƏCƏK?
Bu gün, 13:02
Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi - Elçin Alıoğlu yazır...
Bu gün, 12:59
Xalq artistindən illər sonra ETİRAF: - “Bunu bacarmadım”
Bu gün, 12:45
Əvəz Zeynallının şikayətinə bu tarixdə BAXILACAQ
Bu gün, 12:40
Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:38
"Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim"
Bu gün, 12:33
İsrail “cin ordusu”ndan istifadə edir – Molla
Bu gün, 12:27
Bakının kirayə bazarında vəziyyət dəyişir: Bu tarixdən... - AÇIQLAMA
Bu gün, 12:19
Suriya Prezidentinin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb - KİV
Bu gün, 12:16
"Bu 6 ayda elə bir gün olmadı ki, burada olduğuma görə şükür etməyim"
Bu gün, 12:15
“Azercell” bu nömrəni 75 min manata satışa çıxarıb - SİYAHI
Bu gün, 12:11
2 yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi - DETALLAR
Bu gün, 12:09
"İşin baxışına 2023-cü ilin yanvar ayından başlansa da..." - HƏBSXANADAN MƏKTUB
Bu gün, 12:04
“89-cu yerdən 95-ci yerə enməyimiz təəssüf doğurur” - Osman Gündüz
Bu gün, 11:59
Fars-molla rejimi Azərbaycanlı tələbəyə BELƏ TORBA TİKİB... - hər şey QURAMA İMİŞ...
Bu gün, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru