Hafiz Məmmədovun oğlu üçün yeni aldığı ev bank tərəfindən boşaldılır - Polis və məhkəmə icraçıları oliqarxın qapısını sındırırlar
Tarix: 30-09-2014, 14:22 |
Çap et
Azərbaycanda “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun oğlu üçün aldığı yeni ev polis tərəfindən boşaldılır.
DİA.AZ bildirir ki, bu barədə SalamNews-a “Nikoyl” bankın İdarə heyətinin üzvü Zaur Abdıyev məlumat verib.
Onun sözlərinə görə, Hafiz Məmmədov oğlu üçün yeni aldığı ev bankda digər müştəri tərəfindən girovda olub: "Hafiz Məmmədov da, evi məhz ondan alıb lakin nə bankın borcunu ödəyib, nə də bankın pulun bağlayıb. Hal- hazırda Nərimanov rayon məhkəmə icraçıları ilə birlikdə, evi boşaltmağa çalışırlar. Üzümüzə qapı açan yoxdur və məhkəmə işçilərini təhdid edirlər. Hadisə yerinə polis də cəlb olunub".
Qeyd edək ki, bəzi iddialara görə, “Baghlan Group”un adına banklardan külli miqdarda vəsait alınaraq başqa istiqamətlərə xərclənib. Məlumatda o da qeyd olunur ki, “Hafka” Beynəlxalq Bankdan da götürdüyü külli miqdarda krediti vaxtından xeyli müddət keçməsinə baxmayaraq geri qaytarmayıb. Bu iş də məhkəmə çəkişməsinə çevrilib.
Dəqiq rəqəm bilinməsə də, söhbətin bir neçə 100 milyon manatdan getdiyi bildirilir. Bankın dəfələrlə xəbərdarlığına baxmayaraq, Hafiz Məmmədov nə əsas kredit borcunu, nə də faizlərə görə yığılıb qalan vəsaiti geri qaytarmayıb.