Abdulla Abdullayev azadlığının müqabilində “AMAY”ın binasından vaz keçməli olacaq – Sövdələşmə xəbəri yayıldı
Tarix: 16-04-2014, 12:58 |
Çap et
DİA.AZ: - Məşhur iş adamı, «A.M.A.Y.» şirkətlər qrupunun prezidenti Abdulla Abdullayev həbs olunsa da, hələ də eyni adlı Ticarət Mərkəzi fəaliyyətini davam etdirir. Amma bu damüvəqqətidir və yaxın günlərdə “AMAY”ın binası satışa çıxarılacaq. Qeyd edək ki, bu ilginc məlumatı DİA.AZ-a mötəbər mənbələr verib.
Xəbəri çatdıran qaynağın iddialarına görə, bir zamanlar bir sıra iqtisadi çevrələrin hədəfində olan Abdulla Abdullayevin həbsi də təsadüfi deyildi: “Abdulla Abdullayev “vuruldu”. Indi isə sıra onun əlində olanlara çatıb. Artıq “AMAY” prezidentinə binanın satışı ilə bağlı müvafiq sənədlərin imzalanması üçün müraciət edilib”.
Qeyd edək ki, “AMAY” Ticraət Mərkəzinin binası xarici görünüşünə görə bir o qədər də zövqlü hesab olunmasa da, Bakıda ən bahalı binalardan biri kimi diqqətə gəlməkdədir. Binada quraşdırılan xüsusi havalandırma sisteminin isə keçmiş SSRİ məkanında tək anoloqu var ki, o da Kremldə quraşdırılıb.
Binanın qiymətinə gəlinsə isə, iki il əvvəl Avropa şirkətlərindən birinin binaya 950 milyon ABŞ dolları verməyə hazır olması haqda informasiya yayılmışdı.
Amma indi görünəni odur ki, Abdulla Abdullayev bu bahalı binanı azadlığının müqabilində güzəştə getməli olacaq.