Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi .....                     İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... .....                     Regionda tam yeni reallıq yaradan Bəyanat .....                     Yeni müharibə riski: Bütün Avropa buna məcbur ediləcək .....                     Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib .....                     Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi .....                     "Bu gün də dünya hərbi ekspertləri Şuşa əməliyyatını araşdırırlar" .....                     Sorosun gənc “kuklası” Tiflisdən Bakının əleyhinə danışdı .....                     Ermənistanın xarici siyasəti yenə iflas etdi .....                     İrəvan Ankaradan hansı cavabı gözləyirdi ki... .....                     Türkiyəli fermerdən Zəfər Günümüzə İLGİNC JEST .....                     Rəfiyev jurnalistlərlə AÇIQ ƏDAVƏTDƏ... .....                     8 milyona satılan restoran hansı keçmiş məmurundur? .....                     «BANK OF BAKU»da inanılmaz kredit qalmaqalı .....                     Bakının bu ərazilərində kirayə mənzil tapmaq mümkün olmayacaq .....                     Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi .....                     Ömürlük əlillik pensiyası almaq üçün 6 min rüşvət... .....                     “Deluxe Electric Azerbaijan”la ŞÜBHƏLİ İŞBİRLİYİ .....                     Rektor öz təsərrüfatına texnika alır... xərci universitetə yükləyir... .....                     “Azəravtoyol”a məxsus şirkət Gömrükdə "ilişdi" .....                     “Veysəloğlu”nun mətbuatla bağlı layihələri olacaq .....                     Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir .....                     Bayden Çinin şirkətlərinə ABŞ-yə sərmayə yatırmaq qadağasını bir il uzadıb .....                     “Puta-Nəqliyyat-2” ASC ləğv olunur .....                     Tarixi Zəfər: .....                     Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? .....                     Rayon rəhbəri Azad Qaraqoyunlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     ABŞ siyasətində YENİ DÖNƏM .....                     Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib .....                     Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb .....                     Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub .....                     Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymurlar .....                     Sabahdan məktəblilərin 17 günlük tətili başlayır .....                     "Qara siyahı"-nın ləğv olunması absurddur .....                     İrəvan Bakı ilə intensiv əlaqələrin tərəfdarıdır .....                     Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Aşağı Qapanlı kəndində keçirilib .....                     Makron hakimiyyətinin rəzaləti .....                     Azərbaycana qarşı iddia geri götürülür? .....                     İri holdinqin rəhbəri dəyişdirilib .....                     Natəvan Əmirova sertifikatsız çalışırmış .....                 

Jurnalistlərdən qaçan mətbuat katibləri - Danışmaq qadağası rəhbərlikdən GƏLİR
Tarix: 14-10-2024, 18:04 | Çap et
Jurnalistlərdən qaçan mətbuat katibləri
Dövlət orqanlarının jurnalistə ən əlçatan işçisi mətbuat katibi olmalıdır desək, yəqin ki, bütün həmkarlarımız bizimlə razılaşar. Təəssüf ki, reallıq bunu əks etdirmir. Bəzi mətbuat katibləri sadəcə sözdə o vəzifəni icra edir, əməldə isə əksi müşahidə olunur.
Son vaxtlar müxtəlif qurumların mətbuat katibləri bir çox hallarda mediaya açıqlama verməkdən boyun qaçırırlar.
Bəzi məlumatlara görə, mətbuat katiblərinə danışmaq qadağası nazirlik, komitə, agentlik və digər rəsmi qurumların rəhbərliyinə təyinat alan məmurlardan gəlir...

Modern.az saytı mövzu ilə bağlı jurnalistlərin fikirlərini öyrənib.

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, qurumların mətbuat katiblərinin media ilə sıx əməkdaşlığı və mətbuatı qanunlar çərçivəsində obyektiv şəkildə məlumatlandırması onların vəzifə borcudur. Baş redaktorun sözlərinə görə, mətbuat katiblərinin KİV-in suallarını cavablandırması Azərbaycanda dövlət idarəçilik sisteminin ən vacib elementlərindən biridir:

“Bunu tənzimləyən xüsusi qanun normaları da var. Çünki müxtəlif qurumların fəaliyyəti ilə bağlı obyektiv informasiyalar olmayan yerdə ən müxtəlif şayiələr, informasiya təxribatlarının yayılması üçün geniş imkan yaranır. Bunun qarşısını almaq üçün qanun qəbul edilib ki, hər bir mətbuat xidməti media ilə açıq, şəffaf və işgüzar əməkdaşlıq etsin. Amma çox təəssüf ki, hamısı bunu etmir. Məlumatlara görə, bəzi qurum rəhbərləri mətbuat xidməti rəhbərlərinin media ilə açıq əməkdaşlığına müəyyən məhdudiyyətlər qoyur. Belə olan təqdirdə ya həmin qurumun mətbuat xidmətinin media ilə əlaqələri tamamilə kəsilir, ya da həmin mətbuat xidmətinin rəhbəri media ilə anonim şəkildə münasibət saxlamaq məcburiyyətində qalır. Bunun hər ikisi anormal nəticədir. Bütün hallarda məsuliyyətin daha çoxunu mətbuat xidmətlərinin rəhbərləri yox, birbaşa həmin qurumların rəhbərləri daşıyır. Çünki qurum rəhbəri rəhbərlik etdiyi təşkilatın media ilə əməkdaşlığında nə qədər maraqlı olursa, mətbuat xidmətinin rəhbəri də bu istiqamətdə tam işgüzarlıqla fəaliyyət göstərmək məcburiyyətində qalır, yaxud həvəslə bu işi yerinə yetirir. Amma qurumun özü media ilə əlaqələrdən qaçırsa, belə şəraitdə mətbuat xidmətinin rəhbərindən nə ummaq olar?!
Ölkədə müəyyən qurumlar var ki, onun mətbuat xidmətinin rəhbərinin adı media qurumlarına bəlli deyil. Amma elə təşkilatlar da var ki, onların nəinki mətbuat xidmətinin rəhbəri, ən azı bir neçə əməkdaşının adını ictimaiyyət və media yaxşı bilir. Başqalarının qısqanclığına səbəb olmasın, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin nəinki rəhbərinin, media ilə əməkdaşlıq edən, müəyyən müəllif yazıları ilə çıxış edən ən azı 7-8 əməkdaşının adını əzbər bilirəm. Ona görə ki, fəal şəkildə işləyirlər. Qurum rəhbərliyi də maraqlıdır ki, onların gördüyü iş ölkə ictimaiyyətinə daha operativ şəkildə çatdırılsın, müxtəlif şayiə və dezinformasiyalar baş qaldırmasın. Ona görə də mətbuat katiblərinin media ilə işgüzar əməkdaşlığı dövlət idarəçiliyi üçün daha səmərəli şəraitin yaranması, qurumun media ilə əməkdaşlığının genişlənməsi, ictimaiyyətin informasiyanı istədiyi zaman almaq imkanı ilə təmin olunması deməkdir. Mən gözləyirəm ki, mətbuat katibləri onların mətbuata çıxışını məhdudlaşdıran qurum rəhbərlərinə açıq şəkildə mövqelərini bildirsinlər. Axı mətbuat katibləri də işlədiyi qurumun əməkdaşı olmaqla yanaşı, həm də medianın da təmsilçisidirlər. Mətbuat xidməti rəhbərləri media və qurum arasında balans yaratmağı bacarmalıdır. Əks halda, işgüzar nəticələr əldə etmək olmaz".

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət də bildirib ki, bəzi dövlət qurumlarında mətbuat xidmətlərinin media ilə əlaqələrini məhz rəhbərlik əngəlləyir:

“Belə bir durumu biz bilirik, şəxsən məndə bununla bağlı informasiyalar da var. Yəni mətbuat xidmətinin daha açıq, şəffaf faəliyyət göstərməsinə məhz rəhbərlik tərəfindən əngəl yaradılır.
Bununla yanaşı, bəzi qurumların mətbuat katibləri də bir sıra hallarda özünü həmin qurumun rəhbərindən də üstün tutur, yəni dağ başına qoyur. Sanki həddən artıq böyük bir vəzifə sahibidir, yersiz lovğalıq onu boğur. O mətbuat katibləri mətbuata çıxmır, çıxsa da bunu seçərək edir. Bəzi qurumların mətbuat xidmətləri əlindəki informasiyanı rəsmi dövlət agentliyinə göndərir, digər jurnalistlərə isə bildirir ki, oradan götürsünlər. Bu isə çox böyük ədəbsizlikdir. Bəzi mətbuat xidmətləri var ki, dövlət media qurumlarına xəbəri göndərir, digər media qurumlarına göndərmir və yalnız bir neçə saat sonra başqalarına da yayırlar. Yəni ayrı-seçkiliyə yol verirlər. Bu cür halların yaşanması ilə bağlı əlimizdə faktlar var, havadan danışmırıq. Ümumilikdə götürdükdə yaxşı mətbuat xidmətləri də var, amma bəziləri həqiqətən də yarıtmaz fəaliyyət göstərirlər.
Yarıtmaz işləyənlərin bir qisminə rəhbərlik əngəl olur, digər qisminə isə özlərinin lovğalığı, jurnalistlərə yuxarıdan aşağı baxması maneçilik törədir.
Əslində mətbuat xidmətinin rəhbəri onun çalışdığı qurumun siması deməkdir. Sən nə qədər şəffaf, əlçatan olsan, o qurum haqqında da yaxşı ictimai rəy formalaşacaq. Yox, bağlı qapılar arxasında öz bildiyin işlə məşğul olacaqsansa, yalan informasiyalar, şayiələr, hətta bəzən böhtanlar da ayaq tutub yeriyəcək”.

Yenisabah.az saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadənin sözlərinə görə, jurnalist işlədiyi zaman peşəkar olanlar mətbuat xidmətində işlədikləri zaman da bu ənənəni davam etdirirlər:

“Qeyri-peşəkar mətbuat xidmətləri ilə yanaşı peşəkar olanlar da var. Biz Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin keçmiş mətbuat katibi Anar Cəbrayıllının timsalında bunun şahidi olmuşuq. Hesab edirəm ki, onun xələfi Ceyhun Musaoğlu da mətbuatla sıx işləməkdə maraqlıdır.
Hansı qurumda mətbuat katibinin fəaliyyəti zəifdirsə, bu, həmin qurum haqqında rəyə də öz təsirini göstərir.
Mətbuat katibləri haqda danışanda yalnız dövlət qurumlarından bəhs etməməliyik. Bura açıq və qapalı səhmdar cəmiyyətləri, siyasi partiyaları və digər qurumları da daxil edə bilərik.
Arzu edərdim ki, mətbuat katibləri jurnalistlərlə işləməkdə maraqlı olsunlar, gerçək mətbuatdan qorxmaq lazım deyil”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi - MƏQALƏ
Bu gün, 09:49
İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... - NARAZILIQ VAR...
Bu gün, 09:48
Regionda tam yeni reallıq yaradan Bəyanat - İsrafil Kərimovun yazısı
Bu gün, 09:44
Yeni müharibə riski: Bütün Avropa buna məcbur ediləcək - GƏLİŞMƏ
Bu gün, 09:37
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib - MƏTN
Bu gün, 09:34
Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi -“Məhkəmə qərarını saya salmır”
Bu gün, 09:31
"Bu gün də dünya hərbi ekspertləri Şuşa əməliyyatını araşdırırlar" - deputat
Bu gün, 09:25
Sorosun gənc “kuklası” Tiflisdən Bakının əleyhinə danışdı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:22
Ermənistanın xarici siyasəti yenə iflas etdi - FAKT BUDUR!
Bu gün, 09:21
İrəvan Ankaradan hansı cavabı gözləyirdi ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19
Türkiyəli fermerdən Zəfər Günümüzə İLGİNC JEST - FOTO
Bu gün, 09:01
Rəfiyev jurnalistlərlə AÇIQ ƏDAVƏTDƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:54
8 milyona satılan restoran hansı keçmiş məmurundur? - FOTO
Bu gün, 08:46
«BANK OF BAKU»da inanılmaz kredit qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 08:43
Bakının bu ərazilərində kirayə mənzil tapmaq mümkün olmayacaq - NƏ ETMƏLİ?
Bu gün, 08:39
Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 08:35
Ömürlük əlillik pensiyası almaq üçün 6 min rüşvət... - AXI NİYƏ?..
Bu gün, 08:30
“Deluxe Electric Azerbaijan”la ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR...
Bu gün, 08:25
Rektor öz təsərrüfatına texnika alır... xərci universitetə yükləyir... - İTTİHAM VAR...
Bu gün, 08:20
“Azəravtoyol”a məxsus şirkət Gömrükdə "ilişdi" - 4.2 milyonluq vergi borcu da varmış
Bu gün, 08:14
“Veysəloğlu”nun mətbuatla bağlı layihələri olacaq - FOTO
Bu gün, 08:10
Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTO
Bu gün, 08:05
Bayden Çinin şirkətlərinə ABŞ-yə sərmayə yatırmaq qadağasını bir il uzadıb
Bu gün, 07:59
“Puta-Nəqliyyat-2” ASC ləğv olunur
Bu gün, 00:02
Tarixi Zəfər: - Təkcə bayram yox, həm də milli hesabat
Bu gün, 00:00
Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? - SİYAHI
Dünən, 19:00
Rayon rəhbəri Azad Qaraqoyunlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 18:58
ABŞ siyasətində YENİ DÖNƏM – Ukrayna sülhə məcbur edilir, İran və Çin isə...
Dünən, 18:17
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib - SƏRƏNCAM
Dünən, 18:15
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb - FƏRMAN
Dünən, 18:13
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub - VİDEO
Dünən, 18:10
Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymurlar – Azərbaycana gələn fransızların sayı artır
Dünən, 18:04
Sabahdan məktəblilərin 17 günlük tətili başlayır - DİQQƏT
Dünən, 18:02
"Qara siyahı"-nın ləğv olunması absurddur - BU NƏDİ BELƏ?..
Dünən, 18:01
İrəvan Bakı ilə intensiv əlaqələrin tərəfdarıdır
Dünən, 17:54
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Aşağı Qapanlı kəndində keçirilib
Dünən, 17:52
Makron hakimiyyətinin rəzaləti – fransalı nazirin sayıqlaması
Dünən, 17:47
Azərbaycana qarşı iddia geri götürülür? – İrəvandan açıqlama
Dünən, 17:45
İri holdinqin rəhbəri dəyişdirilib - DOSYE
Dünən, 17:42
Natəvan Əmirova sertifikatsız çalışırmış - Klinika cəzalandırıldı
Dünən, 17:39
Bayram günlərində leysan yağacaq - belə deyirlər...
Dünən, 17:35
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi HARA BAXIR? - BU NƏDİ BELƏ?..
Dünən, 16:51
Amerika Birləşmiş Ştatlarındakı seçkilər niyə çərşənbə axşamı keçirilir? - Adət-ənənə, seçici fəallığı hesabı...
Dünən, 16:40
Nazir onu müşavir vəzifəsindən azad etdi - Səftər Rəhimli hara vəzifəyə gedir?
Dünən, 16:36
"Hər an uçmaq təhlükəsi var..." - BU NƏDİ BELƏ?..
Dünən, 16:21
Gözdən əlil olan şikayətçi illədir ev növbəsindədir, amma... - “Mənə deyirlər ki, 1 otaqlı ev yoxdur”
Dünən, 16:01
İrandan Trampın prezident seçilməsinə REAKSİYA
Dünən, 15:58
Tanınmış aparıcının SEVGİ MEYARI: - “Kişidə baxış, gözlər, bir də…”
Dünən, 15:53
“Bank VTB Azərbaycan”ın rəhbərliyinə təyinat olub - FOTO
Dünən, 15:48
Gəncə alüminium zavodunda nə baş verir? – İŞÇİLƏR BƏZİ RƏHBƏR ŞƏXSLƏRDƏN NARAZILIQ EDİR...
Dünən, 15:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru