Ezamiyyəyə göndərilən hər bir işçinin bu qaydaları bilməsi vacibdir - Ekspert danışır...
Tarix: 14-10-2024, 17:29 | Çap et
Ezamiyyəyə göndərilən hər bir işçinin bu qaydaları bilməsi vacibdir. EZAMİYYƏ nədir? 1. Dövlət orqanlarının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti EZAMİYYƏT sayılır. Daimi işi yolda keçən və gediş gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin XİDMƏTİ GEDİŞİ EZAMİYYƏT SAYILMIR. 2.İdarə və Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, müvafiq ƏMRLƏ rəsmiləşdirilir. 3.Dəvət edən tərəf ezamiyyə xərclərinin tam və ya qismən ödənilməsini öz üzərinə götürdüyü hallarda bununla bağlı müddəalar əmrdə öz əksini tapmalıdır. 4. Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı işçiyə «Ezamiyyə vəsiqəsi» verilir. 5. İşçilərin tabeçilik qaydasında yuxarı təşkilata xidməti ezamiyyətləri qarşılıqlı razılaşma və yaxud yuxarı təşkilatın dəvəti əsasında həyata keçirilir. 6. İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 GÜNDƏN YUXARI ola bilməz 7. Təftiş və yoxlamalarla əlaqədar olaraq ezamiyyət müddəti təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə təftiş və yoxlama qurtarana qədər artırılır. 8. Quraşdırma, sazlama və tikinti işlərinin yerinə yetirilməsi üçün göndərilən fəhlələrin, rəhbər, mütəxəssislərin ezamiyyət müddəti müvafiq işlərin görülməsi müddətindən asılı olaraq müəyyən edilir. 9.Ezam olunan işçiyə ezamiyyətəgetməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. 10. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərc və nəqliyyat xərclərindən ibarətdir. 11. Ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər) daxildir. 12. Nəqliyyat xərclərinə-ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir. 13. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidi 14. Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin ƏSAS İŞ yeri (vəzifəsi) və orta ƏMƏK HAQQI saxlanılır. 15. İşçinin ezamiyyətə getdiyi, ezamiyyətdən qayıtdığı gün(günlər)AR-da müəyyən edilmiş istirahət,səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn gününə düşərsə, eləcə də ezamiyyətdə olarkən həmin günlərdə işləmiş işçiyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əməkhaqqı və ya əməkhaqqı əvəzinə istirahət günü (günləri) verilir. 16. İşçilərin tabeçilik qaydasında yuxarı təşkilatlara ezamiyyət müddəti yolda olduğu vaxt nəzərə alınmadan 5 gündən artıq olmamalıdır. 17. Ezamiyyət müddəti müstəsna hallarda, işçini ezamedən orqanın rəhbərin sərəncamı (əmri) ilə əlavə 5 gün artırılmasına icazə verilir. 18. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri, 25 faizini gündəlik yemək xərcləri, 5 faizini şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir. 19.Gündəlik xərc- işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir. 20. Mehmanxana xərcləri işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən olunmuş hissəsi miqdarında ödənilir. 21. Özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman gündəlik xərc və müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. 22. Dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait ödənilir. 23. Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində vəsait ödənilir. 24. Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75 faizi həcmində vəsait ödənilir. 25. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 125,0 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat müəyyən edilsin. 26. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri təşkil edir. 27. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir, büdcədən maliyyələşən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına bu qərarla müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər.
Azər Quliyev Neftçilərin Hüquqlarının MÜdafiəsi Təşkilatının Eksperti - dia-az.site
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bizim hekayəmiz Vətən Azərbaycanın hekayəsidir” - Rauf Arifoğlu
Bu gün, 10:09 |
|
|
|
• “Turan Tovuz”un sədri “Turan FK” adlı yeni şirkət təsis edib
Bu gün, 10:02 |
|
|
|
• "Mən xoşbəxt insanam ki, Allah mənə səs, istedad verib"
Bu gün, 09:57 |
|
|
|
• Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi - MƏQALƏ
Bu gün, 09:49 |
|
|
|
• İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... - NARAZILIQ VAR...
Bu gün, 09:48 |
|
|
|
• Regionda tam yeni reallıq yaradan Bəyanat - İsrafil Kərimovun yazısı
Bu gün, 09:44 |
|
|
|
• Yeni müharibə riski: Bütün Avropa buna məcbur ediləcək - GƏLİŞMƏ
Bu gün, 09:37 |
|
|
|
• Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib - MƏTN
Bu gün, 09:34 |
|
|
|
• Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi -“Məhkəmə qərarını saya salmır”
Bu gün, 09:31 |
|
|
|
• "Bu gün də dünya hərbi ekspertləri Şuşa əməliyyatını araşdırırlar" - deputat
Bu gün, 09:25 |
|
|
|
• Sorosun gənc “kuklası” Tiflisdən Bakının əleyhinə danışdı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:22 |
|
|
|
• Ermənistanın xarici siyasəti yenə iflas etdi - FAKT BUDUR!
Bu gün, 09:21 |
|
|
|
• İrəvan Ankaradan hansı cavabı gözləyirdi ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19 |
|
|
|
• Türkiyəli fermerdən Zəfər Günümüzə İLGİNC JEST - FOTO
Bu gün, 09:01 |
|
|
|
• Rəfiyev jurnalistlərlə AÇIQ ƏDAVƏTDƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:54 |
|
|
|
• 8 milyona satılan restoran hansı keçmiş məmurundur? - FOTO
Bu gün, 08:46 |
|
|
|
• «BANK OF BAKU»da inanılmaz kredit qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 08:43 |
|
|
|
• Bakının bu ərazilərində kirayə mənzil tapmaq mümkün olmayacaq - NƏ ETMƏLİ?
Bu gün, 08:39 |
|
|
|
• Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• Ömürlük əlillik pensiyası almaq üçün 6 min rüşvət... - AXI NİYƏ?..
Bu gün, 08:30 |
|
|
|
• “Deluxe Electric Azerbaijan”la ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR...
Bu gün, 08:25 |
|
|
|
• Rektor öz təsərrüfatına texnika alır... xərci universitetə yükləyir... - İTTİHAM VAR...
Bu gün, 08:20 |
|
|
|
• “Azəravtoyol”a məxsus şirkət Gömrükdə "ilişdi" - 4.2 milyonluq vergi borcu da varmış
Bu gün, 08:14 |
|
|
|
• “Veysəloğlu”nun mətbuatla bağlı layihələri olacaq - FOTO
Bu gün, 08:10 |
|
|
|
• Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTO
Bu gün, 08:05 |
|
|
|
• Bayden Çinin şirkətlərinə ABŞ-yə sərmayə yatırmaq qadağasını bir il uzadıb
Bu gün, 07:59 |
|
|
|
• “Puta-Nəqliyyat-2” ASC ləğv olunur
Bu gün, 00:02 |
|
|
|
• Tarixi Zəfər: - Təkcə bayram yox, həm də milli hesabat
Bu gün, 00:00 |
|
|
|
• Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? - SİYAHI
Dünən, 19:00 |
|
|
|
• Rayon rəhbəri Azad Qaraqoyunlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 18:58 |
|
|
|
• ABŞ siyasətində YENİ DÖNƏM – Ukrayna sülhə məcbur edilir, İran və Çin isə...
Dünən, 18:17 |
|
|
|
• Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib - SƏRƏNCAM
Dünən, 18:15 |
|
|
|
• Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb - FƏRMAN
Dünən, 18:13 |
|
|
|
• Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub - VİDEO
Dünən, 18:10 |
|
|
|
• Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymurlar – Azərbaycana gələn fransızların sayı artır
Dünən, 18:04 |
|
|
|
• Sabahdan məktəblilərin 17 günlük tətili başlayır - DİQQƏT
Dünən, 18:02 |
|
|
|
• "Qara siyahı"-nın ləğv olunması absurddur - BU NƏDİ BELƏ?..
Dünən, 18:01 |
|
|
|
• İrəvan Bakı ilə intensiv əlaqələrin tərəfdarıdır
Dünən, 17:54 |
|
|
|
• Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Aşağı Qapanlı kəndində keçirilib
Dünən, 17:52 |
|
|
|
• Makron hakimiyyətinin rəzaləti – fransalı nazirin sayıqlaması
Dünən, 17:47 |
|
|
|
• Azərbaycana qarşı iddia geri götürülür? – İrəvandan açıqlama
Dünən, 17:45 |
|
|
|
• İri holdinqin rəhbəri dəyişdirilib - DOSYE
Dünən, 17:42 |
|
|
|
• Natəvan Əmirova sertifikatsız çalışırmış - Klinika cəzalandırıldı
Dünən, 17:39 |
|
|
|
• Bayram günlərində leysan yağacaq - belə deyirlər...
Dünən, 17:35 |
|
|
|
• Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi HARA BAXIR? - BU NƏDİ BELƏ?..
Dünən, 16:51 |
|
|
|
• Amerika Birləşmiş Ştatlarındakı seçkilər niyə çərşənbə axşamı keçirilir? - Adət-ənənə, seçici fəallığı hesabı...
Dünən, 16:40 |
|
|
|
• Nazir onu müşavir vəzifəsindən azad etdi - Səftər Rəhimli hara vəzifəyə gedir?
Dünən, 16:36 |
|
|
|
• "Hər an uçmaq təhlükəsi var..." - BU NƏDİ BELƏ?..
Dünən, 16:21 |
|
|
|
• Gözdən əlil olan şikayətçi illədir ev növbəsindədir, amma... - “Mənə deyirlər ki, 1 otaqlı ev yoxdur”
Dünən, 16:01 |
|
|
|
• İrandan Trampın prezident seçilməsinə REAKSİYA
Dünən, 15:58 |
|
|
|
|