COP29-a qədər Azərbaycanla sülh sazişi imzalamağa çalışırıq - Ermənistan prezidenti
Tarix: 14-10-2024, 15:23 |
Çap et
Ermənistan noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycanla sülh sazişi imzalamağa çalışır.
"Report" "Financial Times"a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyib.
"COP29-a qədər onu imzalamaq yaxşı olardı, amma gəlin qabağa qaçmayaq", - o qeyd edib.