Danimarka Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına qoşulub - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: 14-10-2024, 15:10 |
Çap et
Danimarkanın Milli Polis Departamentinin əməkdaşlarından ibarət qrup Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının Monitorinq Missiyasına qoşulub.
APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Ermənistandakı Monitorinq Missiyası məlumat yayıb.
Avropa İttifaqının Ermənistandakı Missiyasının tərkibində fəaliyyət göstərəcək qrup sərhədboyu ərazidə patrul fəaliyyətinə cəlb olunub.
Qeyd edilib ki, qrupun tərkibindəkilərdən üçü polis əməkdaşı, digərləri isə mülki şəxslərdir.