MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: .....                     Prezident bir qrup prokurorluq işçisini təltif edib .....                     “İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... .....                     İranda həbsdə olan Fəridin anası danışdı: .....                     Gözlənilən əməliyyat və məntiqi nəticə: .....                     Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı .....                     İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı .....                     "Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA .....                     Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi .....                     Xalq artistindən illər sonra ETİRAF: .....                     Əvəz Zeynallının şikayətinə .....                     Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ... .....                     "Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim" .....                     İsrail “cin ordusu”ndan istifadə edir .....                     Bakının kirayə bazarında vəziyyət dəyişir: Bu tarixdən... .....                     Suriya Prezidentinin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb .....                     "Bu 6 ayda elə bir gün olmadı ki, burada olduğuma görə şükür etməyim" .....                     “Azercell” bu nömrəni 75 min manata satışa çıxarıb .....                     2 yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi .....                     "İşin baxışına 2023-cü ilin yanvar ayından başlansa da..." .....                     “89-cu yerdən 95-ci yerə enməyimiz təəssüf doğurur” .....                     Fars-molla rejimi Azərbaycanlı tələbəyə BELƏ TORBA TİKİB... .....                     ADY beynəlxalq standartlara cavab vermir... .....                     "Tıxac başqa, yolu konkret bağlamaq başqa..." .....                     Azərbaycanlı milyarder Rusiyadan deport edilir .....                     “Azərsun Holdinq”də yeni təyinat .....                     İki milyon mənimsəyən “falçı” yenidən .....                     "Demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir" .....                     Kolleclərə direktor müavinləri təyin olunub .....                     "Bu kafe haqqında tədbir görülsün" .....                     Rafiq Məmmədov Bakı həbsxanasında .....                     “Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi .....                     Azərbaycanda əsgərlik yaşı artırılır? .....                     Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? .....                     Bıçaqlanan Vidadi İsgəndərlinin qardaşı danışdı .....                     Sədərək gömrüyündə ÖZBAŞINALIQ... .....                     General keçmiş partiya sədrinin oğlunu işdən çıxardı .....                     İordaniyadan Azərbaycana qarşı təəssüf doğuran ADDIM .....                 

"Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim"
Tarix: Bu gün, 12:33 | Çap et
"Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim"
"Səmimi müsahibə" rubrikasının növbəti qonağı xanım sahibkar Aysel Süleymanovadır.

Xanım müsahibimiz Sonxeber.az-ın səmimi suallarını cavablandırıb:

- Aysel xanım, istərdik ilk olaraq oxucularımıza özünüz barədə məlumat verəsiniz.

- Mən Aysel Süleymanova, Marketinq və Kommunikasiyalar üzrə mütəxəssis, həmçinin, fərdi sahibkaram. Eyni zamanda, "AmCham Azərbaycan"da Marketinq, Kommunikasiya və Biznesin İnkişafı Komitəsinin qurucusu və sədriyəm. Peşəkar fəaliyyətim boyunca, əsasən, xarici şirkətlərdə çalışmışam.
"Ən yaxın dostlarım anam, ailəm və qızlarımdı" - Aysel Süleymanova ilə SƏMİMİ MÜSAHİBƏ- Hər kəs üçün məktəb illəri dəyərlidir. Aysel xanım, istərdik ki, bir az məktəb illərinizdən danışaq. Məktəbdə ən çox sevdiyiniz müəllim kim olub və daha çox hansı fənn sizin üçün maraqlı idi?

- Məktəb illəri hər birimiz üçün çox dəyərlidr. Həmin dövrü xatırlayanda bu gün də həyəcanlanıram. Mənim məktəb həyatım çox fərqli olub. İlk olaraq 8 nömrəli tam orta məktəbin rus dili bölməsində təhsil almışam. Əsasən evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim.Ona görə də valideynlərim doğma dilimi öyrənmək üçün məni Azərbaycan dilli orta məktəbə yazdırdılar. 6 ay 8 nömrəli tam orta məktəbdə rus dili bölməsində oxuduqdan sonra məni Azərbaycan dili bölməsinə keçirdilər. Bizim ölkəmiz üçün çox ağır bir vaxt idi. 89-90-cı illərdə bir çox uşaqları Azərbaycan dili bölməsinə keçirdirdilər. Mənim kimi rus dilli uşaqlar çox idi. Mən 7 nömrəli tam orta məktəbin məzunuyam. Məktəblə bağlı xatirələrim çoxdur. Gözəl müəllimlərim və sinif yoldaşlarım olub.

Rəfiqəm var ki, onunla 30 ildən çoxdur ki, dostluq edirəm. Ən sevdiyim müəlliməm Yeganə xanım olub. O, ingilis dili müəllimi idi. Ümid edirəm ki, o, sağdır və onun həyatında hər şey yaxşıdır. Mənim aparıcılıq təcrübəm məktəbdən başlayıb. Məktəbdə hansı tədbirlər olurdusa, mən aparıcılıq edirdim. Məktəbdə ictimai fəaliyyətdə də çox fəal olmuşam. Humanitar fənləri və dilləri çox sevirəm. Riyaziyyatı heç sevməmişəm və indiyə qədər də sevmirəm.
"Ən yaxın dostlarım anam, ailəm və qızlarımdı" - Aysel Süleymanova ilə SƏMİMİ MÜSAHİBƏ-Aysel xanım, elə şagird yoxdur ki, bir dəfə də olsun dərsdən qaçmasın.Siz necə dərsdən qaçmısınızmı? Qaçmısınızsa hansı dərsdən?

- Məktəb illərində dərslərdən çox qaçmışam. Sinif yoldaşlarımla məktəblə üzbəüz yerləşən Sahil bağı var idi. Məktəbdən qaçan zaman sinif yoldaşlarımla oraya gedərdik. Ən gözəl xatirələrimiz də elə məktəb illəri ilə bağlıdır. Dərsdən qaçanda uşaqlarla maraqlı vaxt keçirirdik. Cəzalandırılmaq qorxusu da xüsusi bir maraq qatırdı. Əsasən idman dərsində qaçmışıq. Digər dərslərdən qaçmağa risk etməzdik. Halbuki idman çox vacib fənlərdən biridir. Amma çalışmışıq ki, bu kimi fənlərdə dərsdə iştirak etməyək.

- Bəs tələbəlik illərinizi necə xatırlayırsınız?

- Mən hər zaman deyirəm ki, kaş, indiki uşaqların sahib olduğu imkanlar bizim vaxtımızda da olardı. Biz çox çətin dövrdə yaşamışıq. Müstəqilliyimizin ilk illəri idi. İndiki kimi rahat imkanlar olmayıb. Seçdiyim peşələr arasında jurnalistikanı hər zaman sevmişəm. Ən böyük arzum Jurnalistika fakültəsinə daxil olmaq olub. Amma Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə daxil oldum. O da jurnalistika kimi kifayət qədər mənə yaxın fakültə idi. Əsasən mən jurnalist, ictimaiyyətlə əlaqələr və marketinq kimi ixtisaslarda çalışmaq istəyirdim. O zamanlar bu peşələr yeni yaranırdı. Bu sahələr üzrə konkret bir təsəvvürüm yox idi. Universitetlərdə də belə fakültələr yox idi. O zaman əsas hədəfimiz universitetə daxil omaq idi. Mən də qeydiyyat zamanı Azərbaycan Dillər Universiteti Filologiya fakültəsini və BDU-nun jurnalistika fakültəsini qeyd etmişdim.

-İxtisas seçimində ailənizin təsiri olubmu? Sizcə hansı dövrün tələbələri daha şanslıdır?

- İxtisas seçimi ilə bağlı valideynlərim tərəfindən heç bir təzyiq olmayıb. Mən seçimimi rahat etmişəm. Universiteti bitirib, magistraturaya daxil olduqdan sonra könüllü kimi fəaliyyət göstərməyə başladım. O zamanlar Qızıl Aypara Cəmiyyətində işlədim. Maksimum çalışırdım ki, ictimai fəaliyyətlə çox məşğul olum. Amma o zamanlar imkanlar məhdud idi. Hazırda ölkəmiz bir çox tədbirlərə ev sahibliyi edir. COP29 tədbiri yaxınlaşır.

Əlbəttə, bugünkü dövrün uşaqları daha şanslıdır. Çünki bu gün uşaqlar 16 yaşından sonra bu kimi ictimai fəaliyyətlə məşğul ola bilərlər. Amma bizim dövrümüzdə o şərait yox idi. Yaxşı oxuyan uşaqlar təqaüd proqramları vasitəsilə xaricdə təhsil ala bilirdilər.

Hazırda təhsilə baxış fərqlidir. Təhsilə daha ciddi yanaşılır və uşaqlar üçün fərqli imkanlar yaradılır. Universiteti bitirdikdən sonra gənclərin işlə təmin olunması daha rahatdır. Çünki iş imkanları daha çoxdur. Özəl sektor aktivdir. Uşaqların qarşısında seçim var və onlar dünyanı daha gözəl başa düşürlər. Şərait də çox fərqlidir.

-Aysel xanım hər bir insanın sevincini və kədərini bölüşdüyü yaxını, dostu olur. Sizin ən yaxın dostunuz kimdir?

- Mənim 3 övladım var. 15 yaşında oğlum, 12 yaşında ortancıl qızım və 5 yaşında kiçik qızım var. Anam başda olmaqla ən yaxın dostum mənim qızlarımdır. Bir çox yerlərə, səyahətlərə birlikdə gedirik. Bərabər çox zaman keçiririk. Hər hansı bir narahatlıq yaranan zaman bir-birimiz ilə bölüşürük.

"Ən yaxın dostlarım anam, ailəm və qızlarımdı" - Aysel Süleymanova ilə SƏMİMİ MÜSAHİBƏ- Olduqca çox gözəl xanımsınız. Yəqin ki, sizə sevgi etiraf edən bəylər çox olub. Həmkarlarınızdan sizə sevgi etiraf edən olubmu?

- Həmkarlarımdan sevgi etirafı edən olmayıb. Onlar hər zaman mənə hörmətlə yanaşırlar. Ailəli olduğuma görə düşünürəm ki, onlarda belə bir fikir yaranmayıb.
"Ən yaxın dostlarım anam, ailəm və qızlarımdı" - Aysel Süleymanova ilə SƏMİMİ MÜSAHİBƏ-Sizin üçün həyat yoldaşı hansı kriteriyalara sahib olmalıdır?

- Həyat yoldaşımla 16 ildir evliyik. Çox məsuliyyətli insandır. İlk növbədə gözəl dost və atadır. Hər zaman yanımızdadır. Azərbaycan mentalitetində bir anlayış var ki, uşaqların böyüməsi və tərbiyəsi ilə bağlı məsuliyyət əsasən, ananın üzərindədir. Düşünürəm ki, bu doğru deyil. Ailə quran iki insan hər bir işi, məsuliyyəti bölməyə hazır olmalıdır, bir-birinə hər bir işdə dəstək göstərməlidir.

- Kim daha çox qısqancdır? Siz yoxsa həyat yoldaşınız?

- İkimiz də qısqanc deyilik. Çünki ortada güvən var. Məncə güvən olan yerdə qısqanclıq olmamalıdır.
"Ən yaxın dostlarım anam, ailəm və qızlarımdı" - Aysel Süleymanova ilə SƏMİMİ MÜSAHİBƏ- Bəzən fikirlər səsləndirirlər ki, qadın kişinin telefonunu hər zaman yoxlamalıdır. Siz necə düşünürsünüz?

- Bu heç vaxt mənim ağlımdan keçməyib. 16 il ərzində belə bir hal baş verməyib. Heç bir zaman belə bir şey düşünməmişəm. İnsan güvənmədiyi biri ilə necə yaşaya bilər? Deməli belə ailələrdə dəyər, güvən və hörmət yoxdur. Mən başqa cür təsəvvür etmirəm.

-İki qızınız və bir oğlunuz var. Övladlarınızı daha çox hansı sahədə görürsünüz?

- Qızlarımızın çalışacaqları sahə ilə bağlı dəqiq fikrimiz yoxdur. Kiçik qızım 5 yaşındadır. Böyük qızım daha çox iqtisadiyyat və marketinq kimi sahələrdə maraqlıdır. Amma oğlum ilə bağlı ciddi düşünürük. 15 yaşı var. Aerokosmik mühəndisliyi seçib. Oğlum özünə olduqca çətin bir peşə seçib.
"Ən yaxın dostlarım anam, ailəm və qızlarımdı" - Aysel Süleymanova ilə SƏMİMİ MÜSAHİBƏ-Övladlarınız xaricdə təhsil almaq istəsələr icazə verərsiniz?

- Xaricdə oxumaq istəsələr dəstək olaram. Aerokosmik mühəndisliyi üzrə ən yaxşı seçim Amerikadır. Amma oğlum oranı seçsə düşünürəm ki, oraya getməyə bilərəmmi? Amerika çox uzaqdır. Mənimdə təyyarə qorxum var. Oğlum oranı seçərsə mən onun yanında hər zaman ola bilməyəcəm. Amma övladıma dəstək olmaq üçün bunu da edərəm.

- Övladlarınız işiniz ilə əlaqədar qısqanclıq edibmi?

- Bəli olub. Qızım neçə dəfə deyib ki, mən sənə söz deyirəm, amma sən telefonla danışırsan. Müştərilər ilə işləyirik. Hər zaman bir hadisə baş verir. İşlərim çox olur. Bir neçə biznes qurumları ilə işləyirəm. Dövlət qurumları ilə də əlaqələrim var. Ona görə də işim gərgin olur. Çalışıram ki, həftə sonlarını tam olaraq uşaqlarıma həsr edim. Son bir ili çıxmaq şərtilə, balansı hər zaman qorumuşam. Son zamanlar balans biraz pozulub. Düşünürəm ki, tənzimləyə bilərəm.
"Ən yaxın dostlarım anam, ailəm və qızlarımdı" - Aysel Süleymanova ilə SƏMİMİ MÜSAHİBƏ-İş həyatınızda ən yaddaqalan xatirəniz nə olub?

- Biz vebinara hazırlaşırdıq. Bir komanda yoldaşımız var idi. Gözəl mütəxəssis olsa da, çıxışlar etmirdi. Bir-iki həftə onunla hazırlaşdıq. Vebinarda çıxış edəcəkdi. Nitqi üzərində xeyli işlədik. Vebinar yaxşı keçdi. Sonda "sağollaşma" düyməsini basmamışdı. O, elə bilmişdi ki, biz sağollaşmışıq. Qonaqlar hələ də orada idi. Axırda ləhcə ilə, zarafatyana bir ifadə işlətdi: "Mən sizə demişdim ki, onlar bir şey başa düşmürlər". Qonaqlarımız isə müştərilərimiz idi. Onlar bizə şərh yazmağa başladı ki, biz hər şeyi gözəl başa düşürük.

-İşdən sonra qızlarınızla daha çox nələri etməyi sevirsiniz?

- Birlikdə yemək bişiririk. Yemək bişirmək bizim ailə ənənəmizdir. Hər zaman yeməkləri evdə bişirib yeyirik. Gündəlik olaraq etməsəm də, yemək bişirməyi çox sevirəm. Qızlarımla birlikdə şirniyyat bişirməyi çox sevirəm. Novruz və Yeni il bayramlarında cürbəcür şirniyyatlar hazırlayırıq. Uşaqlar da özləri yemək bişirə bilirlər.
"Ən yaxın dostlarım anam, ailəm və qızlarımdı" - Aysel Süleymanova ilə SƏMİMİ MÜSAHİBƏ- Bəzən deyirlər ki, xanımlar subay vaxtı daha gözəl olur. Evlilikdən sonra xanımlar dəyişir və özlərini baxmırlar. İş qadını kimi xanımlarımıza nəyi məsləhət görərdiniz?

- İlk növbədə xanımlar özlərini hər zaman öndə tutmalıdır. Qadın bunu yoldaşına, övladlarına yaxud kiməsə görə etməli deyil. Çünki qadın xoşbəxtdirsə, onun ətrafı hər zaman xoşbəxt olacaq. Bura xanımın xarici görünüşü də daxildir. Xanımlar özlərinə yaxşı baxmalıdır. Mən xarici ölkələrə səfərimdə hər zaman bir şeyi deyirəm. Azərbaycan qadınının gözəlliyinə çatan xanım yoxdur. Mən bir çox ölkələrdə olmuşam. Bizim xanımlar qədər gözəl zahiri görünüşü olan, baxımlı, bacarıqlı xanım görməmişəm. Bu gün istənilən bir işləyən xanıma yaxınlaşın. O, evində yeməyini də bişirir, uşaqlarına da baxır. Bunların hamısını bir yerdə bacarmaq çox önəmlidir. Mən heç vaxt bununla bağlı çətinlik yaşamamışam. Mən iş həyatımla paralel olaraq ailə qurmuşam. Bu mənə maneə törətməyib. 3 övladım var. Onları böyüdən zaman heç bir çətinliklə üzləşməmişəm. Həyat yoldaşım da, hər zaman mənə dəstək olub.
"Ən yaxın dostlarım anam, ailəm və qızlarımdı" - Aysel Süleymanova ilə SƏMİMİ MÜSAHİBƏ-Dəyişə bilmədiyiniz və özünüzün bəyənmədiyiniz xüsusiyyətiniz varmı?

- Təyyarə qorxusu. Təyyarədə olan zaman heç bir şeyi dəyişə bilmirəm. Təyyarə yerə düşərsə mən heç bir şeyi dəyişdirə bilməyəcəm. Mən hər şeyi nəzarətdə saxlamağı sevən bir insanam. Avtomobili idarə edən zaman hər şey olmasa da, çox şey məndən asılıdır. Amma təyyarədə belə olmur. Təyyarə qorxusu , yeganə bir qorxudur ki, mənə yaşamağa mane olur. Üzərimdə işləyirəm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Bu gün, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Bu gün, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:10
İranda həbsdə olan Fəridin anası danışdı: - “Sağlığı ilə bağlı...”
Bu gün, 14:02
Gözlənilən əməliyyat və məntiqi nəticə: - İsrail dayanmaq fikrində deyil
Bu gün, 14:00
Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı - TƏFƏRRÜAT
Bu gün, 13:56
İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı
Bu gün, 13:09
"Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" - Ekspert
Bu gün, 13:07
Mülayim cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:04
Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA – İkili vətəndaşlıq ləğv olunsa, NƏ DƏYİŞƏCƏK?
Bu gün, 13:02
Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi - Elçin Alıoğlu yazır...
Bu gün, 12:59
Xalq artistindən illər sonra ETİRAF: - “Bunu bacarmadım”
Bu gün, 12:45
Əvəz Zeynallının şikayətinə bu tarixdə BAXILACAQ
Bu gün, 12:40
Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:38
"Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim"
Bu gün, 12:33
İsrail “cin ordusu”ndan istifadə edir – Molla
Bu gün, 12:27
Bakının kirayə bazarında vəziyyət dəyişir: Bu tarixdən... - AÇIQLAMA
Bu gün, 12:19
Suriya Prezidentinin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb - KİV
Bu gün, 12:16
"Bu 6 ayda elə bir gün olmadı ki, burada olduğuma görə şükür etməyim"
Bu gün, 12:15
“Azercell” bu nömrəni 75 min manata satışa çıxarıb - SİYAHI
Bu gün, 12:11
2 yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi - DETALLAR
Bu gün, 12:09
"İşin baxışına 2023-cü ilin yanvar ayından başlansa da..." - HƏBSXANADAN MƏKTUB
Bu gün, 12:04
“89-cu yerdən 95-ci yerə enməyimiz təəssüf doğurur” - Osman Gündüz
Bu gün, 11:59
Fars-molla rejimi Azərbaycanlı tələbəyə BELƏ TORBA TİKİB... - hər şey QURAMA İMİŞ...
Bu gün, 11:57
ADY beynəlxalq standartlara cavab vermir... - "Adını eşidirik ki, “sürət qatarları” var, tısbağa kimi gedirlər..."
Bu gün, 11:53
"Tıxac başqa, yolu konkret bağlamaq başqa..." - ETİRAZ VAR...
Bu gün, 11:48
Azərbaycanlı milyarder Rusiyadan deport edilir - SƏBƏB
Bu gün, 11:40
“Azərsun Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 11:34
İki milyon mənimsəyən “falçı” yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 11:32
"Demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir" - İTTİHAM VAR...
Bu gün, 11:19
Kolleclərə direktor müavinləri təyin olunub - ADLAR
Bu gün, 11:16
"Bu kafe haqqında tədbir görülsün" - ETİRAZ
Bu gün, 11:14
Rafiq Məmmədov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:11
“Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi
Bu gün, 11:07
Azərbaycanda əsgərlik yaşı artırılır? - GƏLİŞMƏ
Bu gün, 10:58
Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? - POLİS ARAŞDIRMAYA BAŞLADI
Bu gün, 10:53
Bıçaqlanan Vidadi İsgəndərlinin qardaşı danışdı - Hadisənin detalları
Bu gün, 10:49
Sədərək gömrüyündə ÖZBAŞINALIQ... - Məmura olar, sıravi vətəndaşa yox...
Bu gün, 10:44
General keçmiş partiya sədrinin oğlunu işdən çıxardı - AÇIQLAMA
Bu gün, 10:39
İordaniyadan Azərbaycana qarşı təəssüf doğuran ADDIM - BU NƏDİ BELƏ?!
Bu gün, 10:36
Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı ÜZƏ ÇIXDI - suallardan yayındı...
Bu gün, 10:33
Vətəndaş cəmiyyəti sosial şəbəkələrdə fəal olmalıdır - Novella Cəfəroğlu
Bu gün, 10:31
İki həftə əvvəl pulunu ödəyib, amma xeyri yoxdur... - GİLEY
Bu gün, 10:29
“12-ci imam” yenidən məhkəmə qarşısına çıxarılır
Bu gün, 10:22
Ruslar bütün istiqamətlərdə irəliləyir – Müharibə böyük şəhərlərə yaxınlaşır
Bu gün, 10:18
Mişustin Paşinyanı YOLA GƏTİRƏ BİLƏCƏK? - AKTUAL
Bu gün, 10:14
Paşinyan ötən il Əliyevlə hansı məxfi müqaviləni imzalayıb? - Sensasion iddia
Bu gün, 10:07
Vidadi İsgəndərli bıçaqlanıb, vəziyyəti ağırdır - Qənimət Zahid
Bu gün, 10:05
"Sədr demişdi ki, “s” hərfinin tələffüzündə problem var"
Bu gün, 10:03
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru