Eyni yerlərdə müxtəlif tenderlər udan bu üç MMC-ni birləşdirən nə, yaxud kimdir? - BU NƏDİ BELƏ?!
Tarix: 5-09-2024, 15:22 | Çap et
Gədəbəy rayon İçra Hakimiyyəti başçısının Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Gədəbəy şəhərində yaşıllaşdırma işlərinin satın alınması üzrə “RASH.M.M.TRADE AND SERVICES-2020” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 57.935,35 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RASH.M.M.TRADE AND SERVICES-2020” (VÖEN 1303449481) Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.11.2013-cü ildə 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 406 939.00 manat olan şirkətin hüquqi ünvanı BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, NİZAMİ, ev 115-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 14.02.2022-ci il tarixli, EL-85/2022/1 nömrəli qərarı ilə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya verilib. Amma MMC-nin yaşıllaşdırma işlərinin aparması üçün lisenziyası yoxdur.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə edilən dəyişiklikliklərdə MMC -nin ilk adı “RESHAD MME”, ilk hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MEHMAN BÜNYADZADƏ, ev 251, mənzil 63 olduğu göstərilir. MMC-yə ayrı ayrı vaxtlarda bir neçə nəfər rəhbərlik etmişdir. İlk qanuni təmsilçisi Sadıqov Ceyhun İsmayıl oğlu olmuşdur. Daha sonra Əliyev İsgəndər İsrafil oğlu, İsgəndərov Coşqun Fəxrəddin oğlu, İsgəndərova Şəhanə Əbülfət qızı MMC-yə müxtəlif vaxtlarda rəhbərlik etmişlər.
Bəs adıçəkilən bu şəxslər kimlərdir?
Xudiyev Nadir Bilman oğlu həm də “İS.M.M.” (VÖEN 1400006201) Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İS.M.M.” MMC 2 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 07.08.2023-cü il tarixli, EL-623/2023/1 nömrəli qərarı ilə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya verilib. MMC-nin ilk qanuni təmsilçisi Xudiyeva Mürvət Xıdır qızı olub. Onu Sadıqov Ceyhun İsmayıl oğlu əvəzləyib. Ceyhun Sadıqov 2023-cü ilə qədər “İS.M.M.” “MMC-ni təmsil edib.
“RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-nin digər qanuni təmsilçisi olmuş İsgəndərov Coşqun Fəxrəddin oğlu isə “ELVİ.M.M. SERVİCES GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELVİ.M.M. SERVİCES GROUP” (VÖEN 1403580041) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.11.2016-cı ildə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 834 127.00 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AZADLIQ PR., ev 70, m. 168-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsgəndərov Coşqun Fəxrəddin oğludur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 25.10.2019 il tarixli, EL-575/2019/1 nömrəli qərarı ilə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya verilib.
Bu MMC-nin ilk qanuni təmsilçisi və yaxud təisçisi Həsənov Ülvi Dilqəm oğlu olmuşdur. O, Yevlax rayonunda anadan olmuşdur. 2003-cü ildə Qafqaz Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə; Biznesin təşkili və idarəedilməsi fakültələrini bitirmişdir. Sərbəst auditor kimi fəaliyyətə başlamışdır. “Financial Academy Audit and Consulting” MMC-nin direktor-auditoru kimi fəaliyyətini davam etdirir.
MMC-nin ilk hüquqi ünvanı 22-ci ilin yanvarına qədər BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALI MUSTAFAYEV 3 MKR, ev 11, mənzil 92, həmin tarixdən 23-cü ilin dekabrına qədər BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, NİZAMİ, ev 115 olmuşdur. Hansı ki, bu ünvanda “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-də yerləşir.
İndi gəlin bir nəfər tərəfindən idarə olunan bu üç şirkətin son dövrlərdə qalibi olduğu tenderlərə nəzər salaq
Xudiyev Nadir Bilman oğlunun qanuni təmsilçisi olduğu “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC Gədəbəy rayon İçra Hakimiyyəti başçısının Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən 57.935,35 manat dəyərində tender udub. Onun digər qanuni təmsilçisi olduğu “İS.M.M.” MMC isə 28.06.2024-cü ildə Gədəbəy rayon İçra Hakimiyyətinin Gədəbəy şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması üzrə keçirdiyi tenderin qalibi olub və 713.456,07 manat məbləğində müqavilə bağlayıb.
Xudiyev Nadir Bilman oğlunun ortağı, İsgəndərov Coşqun Fəxrəddin oğlunun qanuni təmsilçisi olduğu “ELVİ.M.M. SERVİCES GROUP” isə Gədəbəy rayon İçra Hakimiyyətinin Gədəbəy şəhərində işıqlandırma və piyadaların hərəkəti üçün səkilərin salınması işlərinin satın alınması üzrə keçirdiyi tenderin qalibi olub və 03.07.2024-cü ildə 233.980,01 manat məbləğində müqavilə bağlayıb.
Bundan başqa Xudiyev Nadir Bilman oğlunun qanuni təmsilşisi olduğu “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC cari ilin iyulunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi dəyəri 656 739 manat olan iki satınalma müqaviləsi bağlayıb. MMC Siyəzən rayon İcra Hakimiyyəti ilə küçə və avtomobil yollarının əsaslı təmiri üzrə 312.435,26 manat, “ELVİ.M.M. SERVİCES GROUP” isə əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi üçün zəruri olan xidmətlərin satın alınması üzrə 45.548 manat dəyərində müqavilə bağlayıblar.
Xaçmaz Rayon İcra Hakimiyyəti yaşıllıqların salınması işləri üçün 229.946 manat dəyərində satınalma müqaviləsini “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC ilə, bayramlar ilə əlaqədar keçiriləcək tədbirlərin təşkili üzrə isə “ELVİ.M.M. SERVİCES GROUP” MMC ilə 159.925,4 manat məbləğində satınalma müqavilələri bağlayıb.
İsgəndərov Coşqun Fəxrəddin oğlunun qanuni təmsilçisi olduğu “ELVİ.M.M. SERVİCES GROUP” isə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə 2022-2024-cü illərdə təsərrüfat mallarının və məişət tullantıları konteynerlərinin satın alınması üzrə 463.797,82, Gəncə şəhərinin istirahət parklarında əsaslı təmir və abadlıq işlərinin satınalınmsı üzrə 1.623.552,89, Gəncə şəhər ərazisində işıqlandırılma sistemlərinin əsaslı təmiri işlərinin satınalınması üzrə isə 897.824 manat dəyərində satınalma müqavilələri bağlayıb ki, ümumi dəyəri 2 985 173 manat təşkil edib. Sözügedən MMC Gəncə Dövlət Universiteti ilə avadanlıqların satınalınması üzrə ümumi dəyəri 818 082 manat dəyərində iki satınalma müqaviləsi bağlayıb.
Bundan başqa “İS.M.M.” MMC Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi ilə 83.904,28, “ELVİ.M.M. SERVİCES GROUP” MMC isə 421.989,86 manat məbləğində satınalma müqavilələri bağlayıb.
Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə Nümayəndəliyi isə “RASH.M.M.TRADE AND SERVİCES-2020” MMC ilə tədbirlərin keçirilməsi ilə əlaqədar mal-materialların alınmasına işlər üzrə 194.982,02, “ELVİ.M.M. SERVİCES GROUP” ilə Şabran şəhəri ərazisində işıqlandırma işləri üzrə 52.602,09 manat dəyərində satınalma müqavilələri bağlayıb.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilimiş bu məlumatlardan da görsəndiyi kimi bir nəfərin qanuni təmsilçilik etdiyi “RASH.M.M.TRADE AND SERVİCES-2020” , “ELVİ.M.M. SERVİCES GROUP”, “İS.M.M.” MMC-ləri eyni rayonlarda müxtəlif işlərin görülməsi üzrə tenderlərin qalibi olurlar. Əslində isə bu MMC-lərin lisenziyaları ancaq tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrədir. Bu isə o deməkdir ki, bu MMC-lər tenderləri qanuni yollarla deyil, danışıqlar yolu ilə əldə edirlər.
Bunun bariz nümunəsini isə dünən Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstünün açılması ilə bağlı yayılmış məlumatda görmək olar. Məlumatda qeyd edilir ki, cinayət məsuliyyətinə cəlb edilmiş 80 şirkətə rəhbərlik edən Rüfət Nurəddin oğlu Kərimovun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.
İndi kim zəmanət verə bilər ki, Xudiyev Nadir Bilman oğlun başçılıq etdiyi bu MMC-lər də Rüfət Nurəddin oğlu Kərimovun şirkətlərinin eynisi deyil?
Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Bu gün, 19:50 |
|
|
|
• Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Bu gün, 19:45 |
|
|
|
• Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 19:02 |
|
|
|
• “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Bu gün, 18:58 |
|
|
|
• Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Bu gün, 18:14 |
|
|
|
• Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Bu gün, 18:11 |
|
|
|
• ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Bu gün, 18:06 |
|
|
|
• Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 18:03 |
|
|
|
• Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Bu gün, 18:01 |
|
|
|
• “Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 17:56 |
|
|
|
• “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Bu gün, 17:52 |
|
|
|
• Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Bu gün, 17:50 |
|
|
|
• Bakı həbsxanasında ÖLÜM
Bu gün, 17:44 |
|
|
|
• Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 17:42 |
|
|
|
• Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Bu gün, 17:40 |
|
|
|
• Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Bu gün, 17:38 |
|
|
|
• FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Bu gün, 17:35 |
|
|
|
• “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 17:34 |
|
|
|
• “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Bu gün, 16:38 |
|
|
|
• Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Bu gün, 16:32 |
|
|
|
• Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Bu gün, 16:30 |
|
|
|
• Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Bu gün, 16:26 |
|
|
|
• Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
• Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Bu gün, 16:18 |
|
|
|
• Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Bu gün, 16:05 |
|
|
|
• Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Bu gün, 15:51 |
|
|
|
• "Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Bu gün, 15:45 |
|
|
|
• Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Bu gün, 15:32 |
|
|
|
• Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Bu gün, 15:29 |
|
|
|
• “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Bu gün, 15:22 |
|
|
|
• Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Bu gün, 15:19 |
|
|
|
• Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00 |
|
|
|
• "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 13:58 |
|
|
|
• Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Bu gün, 13:26 |
|
|
|
• Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Bu gün, 13:13 |
|
|
|
• “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Bu gün, 13:10 |
|
|
|
• “Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Bu gün, 13:06 |
|
|
|
• Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır - İLGİNC SƏBƏB
Bu gün, 13:03 |
|
|
|
• Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi - FOTO
Bu gün, 12:54 |
|
|
|
• Ermənistan: ümüdsiz olsa da, silahlanır... - AXI NİYƏ?..
Bu gün, 12:51 |
|
|
|
• “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
Bu gün, 12:42 |
|
|
|
• “İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
Bu gün, 12:38 |
|
|
|
• "Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb - DETALLAR
Bu gün, 12:36 |
|
|
|
• “Ferrum Kapital”ın problemləri - Bir gündə eyni məhkəmədə səkkiz iddia qaldırılıb...
Bu gün, 12:28 |
|
|
|
• Paşinyanın rədd edilən istəyi: - Bakıya buna görə gəlmədilər
Bu gün, 12:24 |
|
|
|
• NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək
Bu gün, 12:20 |
|
|
|
• Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18 |
|
|
|
|