"Müştəri itirdim, 100 manat itirdim..." - GİLEY
Tarix: 26-08-2024, 12:21 | Çap et
"Gördüyüm budur ki, Məşhur "Ford Club Azerbaijan" qrupuna və servisinə etibar etmək olmaz..." Dia-az.İnfo bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Yusif Nəbiyev adlı istifadəçi giley edib. Narazı vətəndaş daha sonra yazır: "Deməli, məndə "Ford Fusion"dur, satmağa qoymuşam. Müştəri də çıxmışdı, qiymətdə də razılaşmışdıq. Dedi ki, aparaq ustaya baxdıraq. Mən də maşınıma arxayınam, dedim hara deyirsiz aparaq, baxdıraq, problem deyil. Müştəri də "Ford Club" servisə apardı ki, guya bunlar yaxşıdır. (Əmim oğlu ilə getmişdilər, mən işdə idim) Bir az keçib, mən də işdəyəm, zəng gəldi müştəridən. Açmışam, qardaş deyir ki, maşının "Turbo"su yağ axıdır, "turbo" dəyişilməlidir, onun da qiyməti 500 manatdır, danışılan qiymətdən 500manat aə endirim etsəniz, götürərəm maşını. Mən də qaldım belə ki, bu maşının ili təzə, "probeq"i az olan maşındır, sürəndə də zərrə qədər narahatlıq yaratmayıb. "Turbo" hardan çıxdı durduq yerdə? Nə isə... əlavə endirim etmədim. Müştəri də maşını götürəsi olmadı. Vaxt edib aparmışam o gün "Turbo" ustasına. Əla da ustadır. Sökdü "turbo"nu, taxdılar kompyuterə, işlətdilər, sıxdılar, qaz verdilər, "turbo" qoz kimi. Ara yerdə 100 manat da baxış üçün bu ustaya xərcim çıxdı. Ustaya deyirəm ki, bəs, usta, bu "ford club" servisdə niyə deyiblər ki, "turbo" dəyişməlidir? Deyir ki, yəqin əlində artıq "turbo"ları var, satmağa yer axtarıblar. Sonra baxıram səhifələrinə nə görsəm yaxşıdır? "Ford Club Servis" təzə "turbo"lar gətirib, reklam edir ki, qaynar-qaynar, "qaryaçi" turbolardan qalmadı. Sən "turbo" satacaqsan deyə, servisə gələn salamat maşına "turbosu dəyişməlidir" demək nədir? Müştəri itirdim, 100 manat itirdim, 2-3 həftə vaxt itirdim, ara yerdə yağ dəyişdim, ora-bura maşın sürdüm, vaxt xərclədim, işdən iki dəfə icazə alası oldum. Hamısı niyə? Hansısa "moşennik" təzə gətirdiyi turboları satacaq deyə?.."
|