Talıbovun TİLSİMİ... .....                     Rusiyanın "qələbəsi üçün dua" və "Bakının doğma evə dönməsi" münasibətilə tost .....                     Dillər Universitetində GİZLİ MÜDAFİƏ .....                     Kremlin blef və şantajı: Putin həm qorxur, həm qorxudur .....                     Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva... .....                     Nikol Bakının önündə geri çəkildiyini elan etdi .....                     Makron dünyanı Azərbaycana qarşı qaldırır .....                     Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib .....                     3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti .....                     Qarabağda 7 kəndə su çəkilir .....                     Dia-az.İnfo-da TEXNİKİ FASİLƏ .....                     Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi .....                     COP29-a qədər sülh sazişi imzalanacaq? .....                     Xocalı-Xankəndi yolunda tullantıların yandırılmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib .....                     Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib .....                     Nyu-Yorkda sülh müzakirəsi: yenə “bir addım irəli” atılacaq, yoxsa... .....                     “Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb .....                     Nəcməddin Sadıkovun adı hallanan 143 milyonluq oğurluq işi .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır .....                     Sakinlər TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib .....                     ABŞ Güney Qafqazda güclənmək istəyirsə... .....                     Naxçıvanda YENİ İŞSİZLƏR ORDUSU .....                     Banklar Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunacaq .....                     Rusiya Çində gizli PUA hazırlayır .....                     Vaxtı keçmiş məhsullar ENDİRİM adı altında satılır... .....                     İsrail və Hizbullah arasında atəşkəs bir neçə saat ərzində qüvvəyə minəcək .....                     MİDA-nın rəhbərliyinə 2 ildə .....                     Erməni ekstrasensdən şok iddia: .....                     Şahin Bağırov da YARITMADI... .....                     Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI .....                     Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir .....                     Toy geyimində DƏRSƏ GƏLƏRLƏR? .....                     "Gücüm, ilhamım, həmişəlik dostum" .....                     Naxçıvan Ali Məclisi sədrinə yeni müavinlər seçilib .....                     Bəxtiyar Məmmədov Naxçıvan Ali Məclisinin sədr müavini seçilib .....                     Kanada Azərbaycana necə təzyiq edə bilər ki? .....                     Milli Müdafiə Universitetinə məxsus stend maraqla izlənilib .....                     Yerin altı tıxac, üstü tıxac .....                     `Leo Bank` faiz tutdu, müştərisi İMTİNA ETDİ... .....                 

`MUĞANBANK` İŞİ: Kürəkən qaynana ilə TOQQUŞUR?! - ANLAŞILANI BUDUR...
Tarix: 17-07-2024, 12:22 | Çap et
`MUĞANBANK` İŞİ: Kürəkən qaynana ilə TOQQUŞUR?!
Əhməd Vəliyev: “Muğanbank” kürəkənimin, “Oksigen Klinikası” isə həyat yoldaşımındır”

Ləğv prosesində olan “Muğanbank” ASC “Oksigen Klinikası”na qarşı məhkəmədə iddia qaldırıb. Bankın klinikaya qarşı qaldırdığı iddiası bir neçə gün öncə Bakı Kommersiya Məhkəməsinə daxil olub. İşin mahiyyəti isə kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır. Yerli mətbuatda həm bankın, həm də klinikanın Odlar Yurdu Universitetinin (OYU) hazırkı rektoru Əhməd Vəliyevə bağlı olması ilə bağlı mütəmadi olaraq məlumatlar dərc olunub. Çünki klinika kommersiya qurumu kimi dövlət reyestrində rektorun köməkçisi Həsənov Füzuli Abbas oğlunun qanuni təmsilçiliyi ilə dövlət qeydiyyatına alınıb. Əhməd Vəliyev isə barəsində yazılan məlumatlara indiyədək heç bir münasibət bildirməyib. İqtisadiyyat.az yayılan məlumatlarla bağlı Əhməd Vəliyevin fikirlərini öyrənməyi bacarıb. O, müsahibəsində həm “Muğanbank”, həm də “Oksigen Klinikası”nın ona aid olub-olmaması ilə bağlı məlumatlara, indiyədək ictimaiyyət üçün qaranlıq qalmış bir sıra məqamlara aydınlıq gətirib.

Beləliklə, Odlar Yurdu Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Vəliyevin İqtisadiyyat.az-a müsahibəsini təqdim edirik:

- Əhməd müəllim, necəsiniz? İşləriniz necədir?

- Şükür, yaxşıyam. Hər şey qaydasındadır.

- Əhməd müəllim, “Muğanbank”ın “Oksigen Klinikası”nı məhkəməyə verməsindən sonra yerli mətbuatda klinika barədə, klinikanın sizə aid olması barədə xəbərlər dərc edilib. Həmin materiallarla tanış olmusunuzmu?

- Yox, həmin xəbərləri izləməmişəm. Nə olacaq ki?! Kimin ağlına nə gəlirsə, onu da yazır. Fakta söykənməmiş yazılara fikir verməmək lazımdır. Yalan məlumatlardır. “Muğanbank” hara, “Oksigen Klinikası” hara?! “Oksigen Klinikasının “Muğanbank”dan nə asılılığı ola bilər ki?

- Asılılıqdan söhbət getmir. Məhkəmə predmeti kimi işin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

- Yox, yalan söz-söhbətlərdir. Amma mən sizdən bir məsələni dəqiqləşdirim: yazılıb ki, “Muğanbank” “Oksigen Klinikası”nı məhkəməyə verib, yoxsa əksinə?

- Məhkəmənin saytında məhz bankın klinikaya qarşı iddia qaldırdığı göstərilir.

- Boş şeylərdir. “Muğanbank” getsin, hələ öz başının milçəyini qorusun. “Oksigen Klinikası” ilə “Muğanbank”ın arasında nə bağlılıq ola bilər ki?

- Bağlılıq odur ki, klinikanın qanuni təmsilçisi olan Füzuli Həsənov sizin universitetdə köməkçinizdir. Doğrudurmu?

- Bəli, Füzuli Həsənov mənim köməkçimdir. Amma qanuni təmsilçi nə deməkdir? Əhməd müəllim ayaq üstə durursa, hansı təmsilçiliyə ehtiyac ola bilər?

- Amma kommersiya qurumu qeydiyyatdan keçərkən onun qanuni təmsilçisi olmalıdır.

- Bu informasiyalarla bağlı məlumatı Füzuli Həsənov verib?

- Yox, Əhməd müəllim. Dövlət Vergi Xidmətinin saytında klinikanın qanuni təmsilçisi kimi Füzuli Həsənovun adı qeyd edilib.

- Xeyr, klinika onun adına deyil, yalan məlumatdır.

- Bəs, klinika kimindir?

- “Oksigen Klinikası” mənim həyat yoldaşımındır, onun adınadır. Klinikanın binası da mənim adımadır.

- Belə çıxır ki, qanuni təmsilçiliyi köməkçinizə etibar etmisiniz?

- Qanuni təmsilçi nəyə deyirlər bilirsinizmi? Zərurət yarananda bir adama etibarnamə verirsən ki, get filan sənədə imza at. Qanuni təmsilçinin nə səlahiyyəti var ki? Maliyyə, alqı-satqı və digər heç bir səlahiyyəti yoxdur. Qanuni təmsilçi sadəcə olaraq yaranan müəyyən işlərin - qaz, su, işıq və s. məsələlərin həlli ilə bağlı - dalınca getmək üçündür.

- Əhməd müəllim, klinikanın həyat yoldaşınıza məxsus olmasını deyəsən ilk dəfə açıqlayırsınız. Elədirmi?

- Bəli, həyat yoldaşımındır.

- Bəs “Muğanbank”ın da sizə aid olmasına dair yayılan məlumatlara münasibətiniz necədir?

- Xeyr. “Muğanbank”ın nə mənə, nə də mənim övladlarıma heç bir aidiyyəti olmayıb. “Muğanbank” kürəkənindir. Onun da öz nəsli, öz kökü var. Yad bir adamdır. Bankın mənə nə aidiyyəti ola bilər ki? 30 ildir özü işləyib. Mənə aidiyyəti olsaydı, mən heç qoyardım ki, o düz işləməsin? Ona görə də mənə aidiyyəti olsaydı, belə bir problemlə qarşılaşmazdılar.

- Əhməd müəllim, bəs sizə aid olanlar nədir?

- Mənə aid olanlar universitetdir, kollecdir, orta məktəblərdir... Bunlar da başqa məsələdir. Bir ara yazırdılar ki, bütün banklar mənə bağlıdır. Dedim yazın, bütün banklar, özəl universitetlər mənə bağlıdır.

- Yeri gəlmişkən, universitetdə ümumi vəziyyət necədir?

- Universitetdə ümumi vəziyyət digərlərində necədirsə, bizdə də elədir. Tələbə qəbulunu Dövlət İmtahan Mərkəzi aparır. Prosesi də özümüz qurmuşuq və Odlar Yurdu Universiteti dünya səviyyəli bir ali məktəbə çevrilib.

- Əhməd müəllim, növbədənkənar parlament seçkilərində iştirak üçün nə əcəb namizədliyinizi irəli sürməmisiniz?

- Mənmi? Mənim 80-ə yaxın yaşım var. Bu yaşda deputatmı olum? Mən bu yaşda zorla gəzirəm. Belə parlament üzvü olarmı? Bu gün yol gənclərindir, orada gənclər oturmalıdır. 10 il deputat olmuşam və necə lazımdırsa, işləmişəm.

- Çox sağ olun, Əhməd müəllim.Səmimi etiraflarınıza və obyektiv cavablarınıza görə təşəkkür edirəm.

- Siz də sağ olun!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Talıbovun TİLSİMİ... - Kreslosu niyə boş qalıb?
Bu gün, 09:22
Rusiyanın "qələbəsi üçün dua" və "Bakının doğma evə dönməsi" münasibətilə tost - Moskvadan göndərilən din xadimi Bakıda nə ilə məşğuldur?
Bu gün, 09:20
Dillər Universitetində GİZLİ MÜDAFİƏ - BU NƏDİ BELƏ?!
Bu gün, 09:17
Kremlin blef və şantajı: Putin həm qorxur, həm qorxudur - NƏ BAŞ VERİR?
Bu gün, 09:13
Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva... - İNCƏLƏMƏ
Bu gün, 09:10
Nikol Bakının önündə geri çəkildiyini elan etdi - GƏLİŞMƏ
Bu gün, 09:08
Makron dünyanı Azərbaycana qarşı qaldırır - Emanuelin məkrli planı
Bu gün, 08:52
Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Bu gün, 04:45
3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
Qarabağda 7 kəndə su çəkilir - 15 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 00:02
Dia-az.İnfo-da TEXNİKİ FASİLƏ - LÜTFƏN... NƏZƏRƏ ALIN...
26-09-2024, 14:16
Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
26-09-2024, 14:16
COP29-a qədər sülh sazişi imzalanacaq? – Qabil Hüseynlinin ŞƏRHİ
26-09-2024, 14:12
Xocalı-Xankəndi yolunda tullantıların yandırılmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib
26-09-2024, 14:09
Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib
26-09-2024, 14:08
Nyu-Yorkda sülh müzakirəsi: yenə “bir addım irəli” atılacaq, yoxsa... - HƏQİQƏTƏN DƏ...
26-09-2024, 14:00
“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
26-09-2024, 12:00
Nəcməddin Sadıkovun adı hallanan 143 milyonluq oğurluq işi – SABAH MƏHKƏMƏ OLACAQ
26-09-2024, 11:49
Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır - MƏHKƏMƏ
26-09-2024, 11:40
Sakinlər TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - Başçının NƏZƏRİNƏ...
26-09-2024, 11:36
Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib
26-09-2024, 11:29
ABŞ Güney Qafqazda güclənmək istəyirsə... - AKTUAL
26-09-2024, 11:27
Naxçıvanda YENİ İŞSİZLƏR ORDUSU - ETİRAZ VAR...
26-09-2024, 11:25
Banklar Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunacaq - AÇIQLAMA
26-09-2024, 11:22
Rusiya Çində gizli PUA hazırlayır - - "Defense Express"
26-09-2024, 11:19
Vaxtı keçmiş məhsullar ENDİRİM adı altında satılır... - "Bravo"ya BƏRƏKALLAH...
26-09-2024, 11:18
İsrail və Hizbullah arasında atəşkəs bir neçə saat ərzində qüvvəyə minəcək - "Channel 13"
26-09-2024, 11:13
MİDA-nın rəhbərliyinə 2 ildə - YARIM MİLYON MANAT ÖDƏNİLİB
26-09-2024, 11:00
Erməni ekstrasensdən şok iddia: - Bu tarixdə müharibə olacaq, Paşinyan öldürüləcək
26-09-2024, 10:56
Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."
26-09-2024, 10:53
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI - TƏFƏRRÜAT
26-09-2024, 10:50
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir - MƏQALƏ
26-09-2024, 10:46
Toy geyimində DƏRSƏ GƏLƏRLƏR? - REAKSİYA
26-09-2024, 10:44
"Gücüm, ilhamım, həmişəlik dostum" - İlkindən xanımına
26-09-2024, 10:42
Naxçıvan Ali Məclisi sədrinə yeni müavinlər seçilib - ADLAR
26-09-2024, 10:36
Bəxtiyar Məmmədov Naxçıvan Ali Məclisinin sədr müavini seçilib - Vasif Talıbovun kadrı sayılır...
26-09-2024, 10:34
Kanada Azərbaycana necə təzyiq edə bilər ki? - ŞƏRH
26-09-2024, 10:32
Milli Müdafiə Universitetinə məxsus stend maraqla izlənilib - VİDEO
26-09-2024, 10:26
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26-09-2024, 10:22
`Leo Bank` faiz tutdu, müştərisi İMTİNA ETDİ... - Bank isə deyir ki...
26-09-2024, 10:21
Vilayət Eyvazov onları İŞƏ GÖTÜRDÜ - VİDEO
26-09-2024, 10:06
Paşinyan komanda yoldaşlarını 2031-ci il seçkiləri haqda düşünməyə çağırdı...
26-09-2024, 10:02
Bu gün VII çağırış Naxçıvan MR Ali Məclisinin birinci sessiyası keçiriləcək
26-09-2024, 10:01
Akademik azadlığın vacib hissəsi: - Təhsil İdarəsindən qısa ətək və şalvar açıqlaması
26-09-2024, 09:59
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...” - Erməni politoloq
26-09-2024, 09:46
Azərbaycan və Türkiyənin regional rolu gözardı edilə bilərmi? - GƏLİŞMƏ
26-09-2024, 09:42
Dəhliz bu qafiklə açılır: İran razılıq verdi - Şərtlər belədir
26-09-2024, 09:41
Paşinyandan Bakıya təklif: COP29-a kimi imzalayaq! - ALAYARIMÇIQ...
26-09-2024, 09:40
"Bina hər an çökə bilər..." - Yardımlıda təhlükəli DURUM
26-09-2024, 09:37
"Mən görəsən, nə etmişəm və ya nə edim ki, layiq ola bilim sənə?" - FOTO
26-09-2024, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru