Dərman mafiyasının Milli Məclisdəki TƏZAHÜRÜ... - İLGİNC FAKTLAR
Tarix: 16-07-2024, 15:40 | Çap et
 Ölkədə adı bir çox qalmaqallarda hallanmış, dərman monopolisti kimi tanınan deputat Kamaləddin Qafarov yenidən mandat sahibi olmaq üçün qollarını çırmayıb. Tribunainfo.az xəbər verir ki, o, elə əvvəlki seçki dairəsindən namizəd olmaq istəyir. Seçildiyi dairədə tanımadıqları halda, üstəlik, seçildikdən sonra seçiciləri ilə görüşməyi belə özünə rəva bilməyən bu deputatın dərdi təkcə mandat deyil. Onun məqsədi uzun illərdən bəri qurduğu bizneslərini təminat altına almaqdır. Söhbət o biznesdən gedir ki, onun bir ucu Bakıdan başlayıb, bir ucu da Cənubi Kiprdə boy verir. Həmin biznes şəbəkəsi ilə bağlı Tribunainfo.az-ın əsasən araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yaydığı məlumatlardan və internet resurslarından istifadə etməklə apardığı araşdırmada deputatın çox böyük biznesə malik olduğu üzə çıxıb. Onları sıralama ilə oxuculara təqdim edirik: 9 saylı Binəqədi II seçki dairəsindən deputat, Milli Onkologiya Mərkəzinin baş direktor müavini olan bu şəxsin dərman imperiyasına “AZƏRİ MED” MMC başçılıq edir. Maraqlı məqam odur ki, Qafarov onkoloji xəstələrin üzərində biznes quraraq, böyük sərvətlərə sahiblənib.
Çünki Milli Onkologiya Mərkəzi hər il on milyonlarla manat pulu məhz onun şirkətlərinə yönəldir. Təkcə 2019-cu ilim fevralın 19-da MOM və “AzərMED” arasında müqavilənin məbləği 10 milyon 200 min manat olub. Bundan bir qədər əvvəl, 2018-ci il avqustun 3-də də bağlanmış müqavilənin də həcmi 10 milyon 120 min manat təşkil edib. Deputat ola bilsin ki, bu rəqəmləri inkar etsin, hətta şirkətin ona məxsus olmadığını bildirsin. Düzdür, Vergilər Nazirliyinin saytında “Azəri Med”in qanuni təmsilçisi kimi Famil Rəhimli Vəli oğlu göstərilir. Amma Qafarov şirkətin ünvanında “quyruğu ələ verib”. Çünki “Azəri Med”in qeydiyyatda olduğu ünvanda, yəni Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti ev 65 A, məhəllə 3078A, mənzil 155-də elə deputat və və uşaqları rəsmi qeydiyyatdadır.
Amma Qafarovun biznesi bununla yekunlaşmır. Onun ayrıca Əhməd Rəcəbli küçəsindəki “AzeriMed Tibbi Market”i də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. Bundan başqa, o, “ZƏFƏRAN” apteklər şəbəkəsi və “ZƏFƏRAN HOSPİTAL”ı da idarə edir. Onun daha bir ailə şirkəti – “AZƏRİ MED-MNK” MMC deputatın qeydiyyatda olduğu evi hüquqi ünvan kimi göstərib. 2008-ci idə qeydiyyata alınan şirkətin qanuni təmsilçisi isə elə Kəmaləddin Qafarovun yaxın qohumu Caniliya Rəhim qızı Qafarovadır.
Jurnalist Cavanşir Həsənlinin araşdırmasına istinadən bildirək ki, Kəmaləddin Qafarovun digər obyekt və biznesləri aşağıdakılardan ibarətdir: – VERSAL PALACE şadlıq evi. Orani Cəlaləddin Qafarovun adına keçirib.. – “VERSAL PALACE” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ – Qanuni nümayəndəsi Elmira Paşa qızı Məmmədovadır. – “KANON” MMC. Aptek şəbəkəsidir. 2008-ci ildə yaradılıb və Səbuhi Abbasov Füqar oğlunun adına sənədləşdirilib. – “SHAFRAN” MMC 2008-ci ildə yaradılıb. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Şəmsəddin oğlu Qafarovdur. – “AVESTAFARM” MMC 2009-cu ildə yaradılıb və qanuni təmsilçisi Elçin İsmayıl oğlu İbrahimovdur. Bu şirkət də 2018-ci il dekabrın 19-da Canilya Qafarovanın şirkətinə – “Azəri Med” MMC-yə birləşdirilib, hazırda ləğv prosesindədir. – “MEGA PHARMACY” MMC. Onun da qanuni nümayəndəsi Caniliya Qafarovadır. – “NATURALİST” FƏRDİ FİRMASI. Əczaçılıq sahəsində fəaliyyət göstərən və ayrıca aptekləri olan bu şirkət də deputatın qardaşına aiddir. Amma Kəmaləddin Qafarovun biznesi təkcə Azərbaycana sığmır. O həm də ölkə hüdudlarından kənara çıxıb. Məsələn, “HELİOS PHARMA LTD” Gürcüstanda əczaçılıq sahəsində fəaliyyət göstərir. Şirkət Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarovun adına olub. Lakin 2018-ci ildə şirkət Canilya Qafarovanın (sənədlərdə Cəmalə kimi qeyd olunub) adına rəsmiləşdirilib. Xaricdəki ikinci şirkət isə “SALİDONT LTD”dir ki, 2019-cu idə Cənubi Kiprdə təsis edilib. Şirkətin idarə olunması Patricia Stilianoya həvalə edilib. P.S. Bu qədər böyük bir biznesi olan şəxsin mandat davası etməsinin əsl səbəbinin nə olduğunu görməmək mümkün deyil. Onu sıravi vətəndaş, adi seçici maraqlandırmır. Əgər belə bir niyyəti olsaydı rəhbəri olduğu Milli Onkologiya Mərkəzində onkoloji dərman biznesiylə məşğul olmazdı. Halbuki məhz onun fəaliyyəti nəticəsində xərçəng xəstələri ucuz dərman tapa bilməməklə yanaşı, həm də ucuz müalicə imkanlarından məhrum olunublar. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|