Hakimiyyət içində dezinformasiya şəbəkəsi xüsusi fəallıq edir - Prosesdən faydalananlar var imiş
Tarix: 19-03-2014, 16:02 |
Çap et
DİA.AZ: - Hakimiyyət daxilində cərəyan edən olaylar fonunda bəzi məmurların və səlahiyyətli şəxslərin taleyilə bağlı müxtəlif informasiyalar yayılmaqdadır. Yəni az əvvəl dövriyyəyə Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun ölkədən qaçması xəbəri buraxıldı. Buna qədərsə deputat Ceyhun Osmanlının, habelə «Cağ» Öyrətim İşlətmələrinin rəhbəri Ənvər Özərənin Azərbaycanı tərk etdikləri iddia olunmuşdu.
Bu barada DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, əslində bu gün iqtidardaxili qruplaşmalardan biri məqsədli şəkildə dezinformasiya ürətməklə məşğuldur. Mənbəmiz maraqlı açıqlamalarda da bulundu: «Belə ki, həmin dezinformasiya şəbəkəsi aktivləşərək neçə gün ərzində fərqli xarakterli məlumatları yaymaqdadır. İnformasiya aclığı hiss edən media isə anonim qaynaqların xəbərini hətta manşetinə qədər daşıyır ki, bu da «mənbələrin» işinə yaramaqdadır».
Mənbəmiz bildirir ki, əslində bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənipn vəhabi və nurçulara qarşı söylədiyi sərt açıqlamalardan sonra start götürən bu kampaniya boyunca məlum dezinformasiya şəbəkəsi ciddi nailiyyətlər əldə edib: «Onlar istədiklərinə çatıblar. Bu gün Elnur Aslanovu yola saldılar. İndi də onun rəqiblərini eyni qaydada «vururlar». Halbuki Elnur Aslanovun məhz dünənə qədər üz-üzə gəldiyi cinahlar tərəfindən «vurulduğu» iddia olunurdu».
Məlumatı verən qaynaq bildirir ki, yaxın günlərdə daha bir məmurun yola salınması planlaşdırılır: «Bu vəzifəli şəxsin də işdən alınması böyük rezonans yaradacaq və bununla da hazırki ajiotaj belə kölgədə qalmış olacaq».