Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
Tarix: 18-05-2024, 08:20 | Çap et
"DogruXeber.az" bildirir ki, biz Sabunçu rayon İcra Hakimiyyəti, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Fövqəladə Hallar Nazirliyinin aylardır davam etdirdiyi bu "köhnəlmiş əyləncə"yə həm "tamaşa edirik", həm də ictimailəşməsi üçün "informasiya dəstəyi göstəririk". Lakin, təəssüflər olsun ki, aidiyyatı qurumların rəhbərləri belə rəhbərlik etdikləri qurumların qanunazidd fəaliyyəti barəsində məlumatlarımıza sadəcə oxucu, baş verənlərə isə "tamaşaçı"dırlar.
Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?
Sayını artıq itirdiyimiz üçün, dəqiq sayını deyə bilmirik, amma, aylardır Sabunçu rayon Sabunçu qəsəbəsində Qambay Vəzirov küçəsində, neft şirkətinə məxsus ərazidə qanunsuz olaraq, üç mərtəbəli iaşə obyektinin tikintisinin aparıldığı barəsində məlumatları yayımlamaqla bərabər, yuxarıda adlarını qeyd etdiyimiz bütün aidiyyatı dövlət qurumlarına sorğu şəklində göndərmişik. Amma, çi fayda..
Nə rayon rəhbəri Adil Vəliyev, nə də digər qurumlar məsələyə adil yanaşmırlar ki, yanaşmırlar. Əksinə, məsuliyyəti "pas-pas topu" kimi bir-birinə ötürməklə bizi yoraraq, susdurmağa çalışdılar.
Sabunçu rayon İcra Hakimiyyəti deyir, 2023-cü ilin 30 dekabr tarixində qanunsuz olduğunu aşkar edib, tədbir görülməsi üçün Şəhərsalma və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyinə göndərmişik.
Şəhərsalma deyir, "Sabunçu rayon İcra Hakimiyyətinə göndərmişik".
Əmlak məsələləri Dövlət Xidməti deyir, "Daxili İşlər Nazirliyinə göndərmişik".
FHN isə deyir, "Bizə bu barədə müvafiq icra hakimiyyəti tərəfindən hər hansı məlumat daxil olmamışdır."
O, zaman biz də bu "əyləncə"ni belə davam etdirək, "Ya bundadır, ya bunda..." Görək axırda kimdə qalacaq ?!
Bəli, adlarını çəkdiyimiz bu 4 qurumun sayəsində bu gün ölkə ərazisində aidiyyatı olan-olmayan, hətta, sahibi üçün təhlükəli olan ərazilərdə belə tikintilər var.
Adil Vəliyevin bu sahədəki "həssaslığ"ını rəhbərlik etdiyi rayonun bir çox ərazilərində aparılan qanunsuz tikintilərdən anlamaq çətin deyil. Hər halda, o qədər işlərdən icra hakimiyyətinin xəbərsiz olduğunu düşünmək, tərəfimizdən "cahillik" olar. ARXKOM rəhbəri Anar Quliyevin də laqeyd yanaşmasının səbəbi hamıya gün kimi aydındır. Mütləqdir ki, hər kəs ömründə bircə dəfə də olsa tikinti aparıb və Anar Quliyevin səlahiyyətli işçilərini razı salmağın yollarını yaxşı bilir.
Əmlak Məsələləri Dövlət Xidmətinə gəldikdə isə, adındakı "xidmət" sözünün bu quruma nə qədər yad olduğunu Şamaxı rayonunun Böyük Xınıslı, Saatlı rayonunun Mollavazlı, Cəlilabad rayonunun bir neçə kəndlərində, Xocavənd rayonunda, eləcə də Sabunçunun Kürdəxanı, Binəqədinin Xocahəsən, Qaradağın Ələt qəsəbələri, (bu siyahını böyüdə bilərik) və ümumiyyətlə ölkənin çox ərazilərində illərdir hər gün şahidi oluruq. FHN-nin tabeliyində fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun Sabunçu qəsəbəsində, Qambay Vəzirov küçəsindəki sağında aktiv neft quyusu, solunda quru qamışlıq, məişət tullantıları - bir sözlə yanğın təhlükəsinin gözlənilən olduğu üç mərtəbəli iaşə obyektinin tikintisinə bu qədər rahatlıqla göz yummasını anlamaq doğrusu çox çətindir. Çünki, burda artıq, insanların həyatından söhbət gedir.
O, iaşə obyekti ki, birinci mərtəbəsində avtoyuma məntəqəsi fəaliyyət göstərir, ikinci və üçüncü mərtəbələrinin isə mərasim evi kimi fəaliyyət göstərəcəyi deyilir.
Yeməklər bişiriləcək, çaylar hazırlanacaq...
Bəs "nefti yanında, odu özündə" olan bu qanunsuz iaşə obyektində hər hansı bir bədbəxt hadisə baş verərsə, buna görə kim məsuliyyət daşıyır?
Mövzunu davam etdirəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır...
DogruXeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
• Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00 |
|
|
|
• Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56 |
|
|
|
• Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... - MÜRACİƏT
Bu gün, 09:54 |
|
|
|
• Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
Bu gün, 09:41 |
|
|
|
• Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Bu gün, 09:40 |
|
|
|
• Zəngəzur dəhlizi bu tarixdə açıla bilər... - Üç məsələdən biri həll olunur
Bu gün, 09:33 |
|
|
|
• Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... - Paşinyan
Bu gün, 09:31 |
|
|
|
• “Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib
Bu gün, 09:29 |
|
|
|
• "Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" - GİLEY
Bu gün, 09:28 |
|
|
|
• Qənirə Ataşovanın instagram hesabı bərpa olundu - özü AÇIQLADI
Bu gün, 09:20 |
|
|
|
• Muxtar Respublikada nə baş verir? - AKTUAL
Bu gün, 09:18 |
|
|
|
• MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu gün, 09:16 |
|
|
|
• Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq - SOS!
Bu gün, 09:09 |
|
|
|
• "Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... - Bank sahibi iddialara nə deyir?
Bu gün, 08:59 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
Bu gün, 08:55 |
|
|
|
• Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? - AYNA-nın NƏZƏRİNƏ...
Bu gün, 08:47 |
|
|
|
|