"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                     Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik .....                     "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" .....                     Dövlətin dərmanları qara yollarla apteklərə verilir .....                     Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” .....                     İrəvan Bakının əsas tələbini qəbul etdi .....                     COP29-a qarşı çıxanlar kim idi? .....                     FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ .....                     Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb .....                     Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI .....                     Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu .....                     Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb .....                     Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı .....                     Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını .....                     ATƏT böhran içində, MQ isə “yaşayır” .....                     20 yaşlı qadın doğuş zamanı öldü .....                     ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı .....                     Ermənistan Bakıya nümayəndə göndərməməklə... .....                     “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” .....                     Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? .....                     Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. .....                     AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib .....                     Qərbin agent-provokatoru ifşa edildi .....                     Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri .....                     Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri .....                     "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" .....                     Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu .....                     “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” .....                     AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib .....                     Trampın komandasında KİM OLURSA-OLSUN... .....                     XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... .....                     Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... .....                 

"Qaçqınkom"dakı Səbuhi Əhmədovdan kim hesab soruşacaq? - İLGİNC FAKTLAR
Tarix: 5-04-2024, 12:22 | Çap et
"Qaçqınkom"dakı Səbuhi Əhmədovdan kim hesab soruşacaq?
Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən 14 martda yayılmış məlumatda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanıldığı göstərilirdi.

Məlumatda həmçinin qeyd edilir ki, əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əməkhaqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. Valeh Abdullayev tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb.Sadalanan qanunsuz əməllər əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınan videogörüntülər, Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla təsdiqini tapıb. Hazırda qeyd edilən qanunsuz əməllərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Maraqlıdır görəsən bu cinayət işində Valeh Abdullayevin qanunsuz əməlləri törətməsinə hər hansı formada iştirak etmiş rəhbəri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin rəisi Səbuhi Əhmədovun da adı keçirmi? Təbii ki, rüşvət verməkdə yox, mənzillərin başqa şəxslərin istifadəsinə verilməsinə şərait yaratdığına görə, rüşvət almağa təhrik etməyə görə.

Qeyd edək ki, Valeh Abdullayevin məhkəmənin qərarı ilə vəzifəsindən azad edilərək ev dustaqlığına buraxılması xəbərindən sonra bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovun özü də gündəmə gəldi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Səbuhi Əhmədova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb. Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. Buna görə də vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi təzad təşkil edir. Kim daha çox rüşvət ala bilər, bir İstismar Sahəsinin rəisi, yoxsa sərəncamında onlarla istismar sahəsi olan Departament direktoru?

Qeyd edək ki, Səbuhi Əhmədov 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışıb. Millət vəkili olmuş Rövşən Rzayevin 2018-ci ilin aprel ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməsindən az sonra vəzifə başına gətirdiyi şəxslərdən biri də məhz Səbuhi Əhmədov olub.

Məlum olduğu kimi qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli daim dövlətimizin başçısı İlham Əliyev cənablarının diqqət mərkəzində olub. Ötən illər ərzində bu sahəyə ayrılan vəsaitləri və görülən işləri burada bir daha sadalamağa zənnimizcə ehtiyac yoxdur. Dövlətimiz artıq torpaqları geri alınmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə də kifayət qədər vəsait ayırır. Lakin bu işə birbaşa cavabdeh olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Səbuhi Əhmədovun rəhbərliyi ilə sözügedən işləri həyata keçirmək adı altında dövlətin və qaçqınların malını talan etməklə məşğuldurlar.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlayaraq vətəndaşların pulunu ələ keçirməklə məşğuldur. Bununla bağlı elektron mediada kifayət qədər geniş məlumatlar var. Şikayətçilərdən biri yazır: “Guya Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində 13 nömrəli evdə 51 saylı mənzil mənə ayrıldı. Müqavilə tam rəsmi qaydada, dövlətin rəsmi qurumunun möhürü ilə təsdiqləndiyi üçün heç bir şübhəmiz olmadı. Sonradan belə bir hiylə ilə insanları aldatdıqlarına dair söz-söhbət dolaşdığı üçün sənədlərin kötüyünü yoxlamaq qərarına gəldik. Məlum oldu ki, bu şəxslər əvvəllər də bir neçə belə əməl törədib və barələrində tədbir görülür”. Səbuhi Əhmədov məcburi köçkünlər üçün tikilən binalardakı JEK rəisləri ilə birgə mənzilləri satmaqla, pul alıb kiməsə bağışlamaqla məşğul olur. Mənzillərin bölgüsündə baş verən qanunsuzluqların memarı da Səbuhi müəllimdir.

Bütün bunlar azmış kimi, Səbuhi Əhmədov qaçqınların hesabına daha çox qazanmaq üçün yollar arayıb. Və tapıb.
Belə ki, məcburi köçkünlər üçün tikilən binaların, şəhərciklərin ətrafını kənardan gələn, məcburi köçkün olmayan şəxslərə satıb. Yəni ticarət obyekti kimi işlətmək üçün kənar şəxslərə verib. Və həmin şəhərciklərdə ayaq basmağa yer qoymayıb. Şuşa şəhərciyində vətəndaşdan 40 kv metr bir yerdə iaşə obyektinin tikintisinə rəsmi qurumun möhürü ilə təsdiqlənmiş, Səbuhi Əhmədovun imzası ilə saxta sənəd verən vətəndaş ödədiyi 13 min manatı hələ ala bilmir. Səbuhi Əhmədov qaçqınlara yaşadıqları mənzillərin guya mülkiyyət kağızını düzəltmək adı ilə dövlət rüsumu kimi 5-10 min manat pul alıb. Yəni qaçqınları aldadıblar ki, mənzillər sizə qalacaq. Ancaq indi məlum olur ki, həmin mənzillər dövlət fonduna aiddir.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinində büdcə pulları da direktor Səbuhi Əhmədovun ixtiyarındadır. Satınalmalar yolu ilə istədiyi istiqamə yönəldir, istədiyi şirkətlərə formal müqavilələr bağlayıb büdcə pullarını təyinatından kənarlaşdırır.

Dövlət Komitəsinin Mənzil İstismar Departamenti 2023-cü ildə 33 açıq tender daxil edib. Onlardan 31 açıq tenderin nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında məlumat yerləşdirilib. Bu tenderlərin böyük əksəriyyəti Sumqayıt şəhəri, Qaradağ, Abşeron, Ağdam, Füzuli, Bərdə, Goranboy, Şabran, Qaradağ, Qəbələ, Zaqatala, Balakən və Qazax rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri, binaların fasad üzlük daşları və dam örtüklərinin təmiri, fərdi yaşayış evlərinin, mənzillərin, blokların və dam örtüklərinin təmiri işləri, qəsəbədaxili küçələrin,həyətyani sahələrin,park ərazisinin və ətraf yaşıllıq sahələrinin işıqlandırılmasının təmiri işlərini görmək üçün keçirilib.Nədənsə bu sifarişləri də bir neçə ildir eyni şirkətlər, “Qarabağ Təmir-Tikinti”, “Tunel-Metro İnşaat”, “Turan.İ.O”, “Simmetriya”, “Baku Building” kimi MMC -lər görür.

Keçirilmiş tenderlərdən də göründüyü kimi dövlətimiz artıq torpaqları geri alınmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə kifayət qədər vəsait ayırır. Lakin bu işə birbaşa cavabdeh olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti sözügedən işləri həyata keçirmək adı altında dövlətin və qaçqınların malını talan etməklə məşğuldurlar. Ötən yazılarımızın birində bu movzuya toxunmuşduq. Keçirilən tenderlərdə təmir olunacaq fərdi yaşayış evlərinin hansı qəsəbələrdə aparılması, evlərdə nə kimi təmir işlərinin görülməsi ictimaiyyətə nə üçün açıqlanmayıb,tenderlərin əsas şərtlər toplusunda qanunda göstərildiyi kimi niyə hər şey açıq göstərilməyib. Qanun isə görülən işlərin ünvanının və həcminin açıq şəkildə göstərilməsini tələb edir. Bunlardan əlavə, təmirin kimin evində aparıldığı, konkret ünvanı nə üçün ictimaiyyətə açıqlanmayıb? Kim zəmanət verə bilər ki, ayrılan bu vəsaitlər təmirli evlərin yenidən təmir olunmasına yönəldilərək silinməyib?

Göründüyü kimi Ağdamda kiçik bir İstismar Sahəsinin rəisi məbləği bəlli olmayan rüşvət üstündə həbs edilir, amma Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinində hər cür qanun pozuntularına yol verən Səbuhi Əhmədov isə cərimələnir. Nəyə görə? İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin hesablanmasında və ödənilməsində yol verdiyi qanun pozuntularına görə. Səbuhi Əhmədovdan bəs talanan milyonların hesabı nə vaxt sorulacaq?
Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59
ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55
20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47
ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46
Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34
“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24
Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22
Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18
AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12
Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05
Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01
Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58
"Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48
Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39
“Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35
AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33
Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25
XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24
Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16
Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14
Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09
"Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02
Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59
“Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55
Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48
“Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru