Direktorun qoçu dəstəsi, ayaqyoluda açılan angioqrafiya, aşağılanan həkimlər... - NƏ BAŞ VERİR?
Tarix: 31-01-2024, 12:36 | Çap et
Son illər Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın fəaliyyəti ilə bağlı mətbuatda dəfələrlə tənqidi yazılar dərc olunsa da, bu, elm ocağında vəziyyət düzəlmir ki düzəlmir. Hətta kollektivin davamlı narazılığı və şikayətləri, İnstitutdan xaric edilən professor və işçilərin mətbuatda dərc olunan qalmaqallı müsahibələrindən sonra Səhiyyə Nazirliyi Kardiologiya İnstitutuna yoxlama komissiyası göndərsə də, bu da nəticə vermədi. İnstitut kollektivinin bildirdiyinə görə, himayədarları bu dəfə də Gülnaz Dadaşovanı cəzalandırılmaqdan sığortalaya bildilər. Görünür elə bu cəzasızlıq İnstitutun direktorunu necə deyərlər, yeni-yeni "qəhrəmanlıqlara" həvəsləndirir.
Bakupost.az -a daxil olan məlumata görə, İnstitutun kollektivi öz problemləri ilə bağlı direktorun qəbuluna düşə bilmir. İşçilər İnstitutdakı problemlərlə bağlı onunla görüşmək üçün kollektiv şəkildə müraciət etsələr də, direktor onların bu istəyini də geri çevirib. Kollektivin əsas narazılıqlarından biri İnstitutdakı mühit, iş rejimi, elmi işçilərə sayğısız münasibətlə bağlıdır. Belə ki, işçilərin bildirdiyinə görə, İnstitut direktorunun müavini Azər Mirzəxanlı "burda mənəm, Bağdadda kor xəlifə" ədası ilə davranır. Qeyd edək ki, bu barədə əvvəllər də tez-tez mətbuatda müxtəlif məlumatlar yayılır, Gülnaz Dadaşovanın geniş səlahiyyətlər verdiyi A.Mirzəxanlının əsassız olaraq, bəzən isə xırda məsələlərə görə işçilərə izahat yazdırdığı qeyd olunurdu. Kardiologiya İnstitunun elmi işçilərindən biri bu inzibatçılığa münasibət bildirərkən, "sanki elmi-tədqiqt institutunda deyil, "konslagerdə" çalışırıq" demişdi. Kollektivin bildirdiyinə görə, direktor müavini Azər Mirzəxanlı açıq şəkildə Prezidentin 14 yaşına qədər uşaqları olan həkimlərin növbətçiliyi haqqında fərmanının onu maraqlandırmadığını deyir. Onun institutun əməkdaşlarını həmin fərmana pozmağa məcbur etdiyi bildirilir.
İnstitutda çalışanlar Gülnaz Dadaşovanı bu elm ocağında qoçu dəstəsi saxlamaqda da ittiham edirlər: "Direktor institutda öz məsələlərini həll etmək üçün qoçu dəstəsi saxlayır. Bu adamlar onun sürücüsünün qohumlarından ibarətdir. Gülnaz Dadaşova onların hərəsinə bir iş verib. Həmin adamlar kabinetlərə daxil olur, direktorun göstərişlərini həkimlərə çatdırırlar". Qeyd olunur ki, İnstitutda kapital təmirə ehtiyac var. Belə ki, hər dəfə isitmə sistemi sıradan çıxır və həkimlər onu öz vəsaitləri hesabına təmir etdirirlər.
Bundan başqa, direktor bu yaxınlarda bir neçə həkimin otaqlarını əllərindən alması narazılığa səbəb olub: "Bu günlərdə isə direktorun ağlına yeni ideya gəlib: angioqrafiya şöbəsi açmaq. Bunun üçün bir neçə həkimlərin kabinetini onların əlindən alıb. Nəticədə virus infeksiyalarının tüğyan etdiyi indiki vaxtda həkimlər 5-5, 6-6 qruplaşdırılır və 5 kvadratmetr sahəsi olan ordinaturada oturmağa məcbur edilirlər. Biri-birinin üzərinə asqıra-asqıra, öskürə-öskürə dar otaqlarda işləməyə məcbur olurlar. Uzun tənqidlərdən sonra açılan yeganə duş kabinəsi, həmçinin stasionarda müalicə olunanlar üçün nəzərdə tutulan qadın tualeti angioqrafiya şöbəsi ideyasına görə sökülüb. Hazırda ikinci mərtəbədə qadınlar və kişilər eyni tualetdən istfadə etməyə məcburdur. Direktor özünüreklam xatirinə Qocalar evində aksiyalar keçirir, bununla bağlı videoçəkliş apartdırıb qocalara qarşı "xeyirxah" olduğunu nümayiş etdirir, ancaq öz institunda yaşlı alimlər və həkimlər sayğısız, aşağılayıcı münasibətə məruz qalırlar. Onun müavini Mirzəxanlı isə tez-tez deyir ki, bu yaşlı professorlar bizim nəyimizə lazımdır, onları pensiyaya göndərmək daha yaxşıdır".
Qeyd olunan narazılıqlarla əlaqədar Kardiologiya İnstitutu ilə əlaqə saxladıq. Oradan İnstituda angioqrafiya şöbəsinin açıldığını Bakupost.az -a təsdiqlədilər. Qeyd etdilər ki, bu məsələ Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Həkimlərin kabinetlərinin əllərindən alınmasına və 5-6 həkimin dar bir otaqda yerləşdirilməsinə gəlincə, İnstitutdan bildirdilər ki, angioqrafiya şöbəsinin açılması ilə əlaqədar təmirə aid olan hissədə dəyişiklik aparılıb və bununla bağlı heç bir problem yoxdur: "Hazırda bütün həkimlər müvafiq otaqlara yerləşdirilib və fəaliyyətlərini davam etdirirlər". İnstitutda çalışan və himayəsində 12-14 yaşa qədər azyaşlı uşağı olan tibb işçilərinin gecə növbəsinə salınması haqda sualımıza isə belə cavab verdilər: "Bu məsələ tam olaraq hüquqi cəhətdən tənzimlənir. Əmək Məcəlləsinin 242-ci və 98-ci maddələrinə görə, belə halda əməkdaşlar yalnız öz yazılı razılığı ilə cəlb edilir. Onlarla bağlanmış müqavilədə buna yazılı razılıq veriblər". BakuPost
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|