`NEPTUN` yerdən çoxmu aralıdır?.. - BU NƏDİ BELƏ?!
“Neptun” supermarketlərdə uşaq arabası ilə gəzən müştərilərə oğru kimi yanaşılır, marketin mühafizəçiləri müştərinin arxasıyca gəzərək onu izləyir.
Tribunaino.az yazır ki, xoşagəlməz hal Vüsal Adıgözəlovun başına gəlib. Şikayətçi bildirib ki, bu, müştərini təhqir etməkdir:
“Neptun Supermarket Binəqədi Şossesi filialınızda çıxardığınız bu əcaib qaydanın izahını verə bilərsiniz? Uşaq arabası ilə alış-verişə gəlmişik və sizin sözünü bilməz “mühafizəçi” xanımınız market boyu düşüb arxamca. Deyirəm, xeyirdi, siz niyə izləyirsiniz məni? Deyir, oğurluq ehtimalı var, ona görə mənə tapşırılıb ki, izləyim.
Nə əlaqə axı, uşaq arabası ilə marketə girənlər nə zamandan potensial oğru oldu? Və mənə oğru gözü ilə baxıb, arxamca gəzişən xanıma izah edə bilmirəm ki, izləmə məni, narahat oluram. Mən, “sən oğru ola bilərsən” münasibəti göstərən bir mühafizəçinin xidmətindən necə istifadə edə bilirsiz?”.
Marketoloqlar bildirib ki, bu yolverilməz haldır, bir market üçün utancverici hərəkətdir. Hazırda bütün marketlərdə müşahidə kameraları olduğu üçün müştərini narahat etmədən kameralar vasitəsilə də izləmək olar. Müştərinin arxasıyca düşmək isə qəbuledilməzdir. //Tribunaino.az//
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...