44 günlük savaşa qatıldı, ağır xəstəlik tapdı: `Palmali` şefi qəbul etmədi, amma... - Təbrizli soydaşımız XIZIR KİMİ DADA YETİŞDİ...
Tarix: 27-10-2023, 11:37 | Çap et
 2020-ci ilin sentyabr ayından başlayaraq həyatın məşəqqətli bir imtahanıyla üzləşdim. Oğlum İman (İmanqulu Əmənov) 44 günlük Qarabağ savaşının iştirakçısı oldu, yedək qüvvə olaraq ara cəbhədəki mövqelərin birində xidmətə başladı. Bir müddət sonra ağır xəstəlik səbəbilə ordudan tərxis olundu və hospitala yerləşdirildi. Müayinələrdən sonra hər iki böyrəyində ciddi fəsadlar aşkarlandı və dializ xəstəsi olaraq müalicə almağa başladı. Yaşadığım Azadkənd kəndinə yaxın Şirvan şəhərindəki klinikada hər üç gündən bir dializ aparatında İmanın qanı yuyulur, qandakı kreatin təmizlənirdi. Oğlumun fiziki cəhətdən get-gedə zəflədiyini görürdüm və həyatını itirmək təhlükəsinin yüksək olduğunu başa düşürdüm. Həkimlərin də məsləhəti ilə yeganə çıxış yolu böyrək nəqli yolu ilə İmana böyrək köçürülməsi idi. Mən öz böyrəyimin köçürülməsinə razı idim. Qan analizləri uyğunluq dərəcəsinin yüksək olduğunu göstərirdi, buna görə də vaxt itirmədən əməliyyata hazırlaşmağa başladıq. Türkiyədə təhsil alan oğlum Mikayılın məsləhəti ilə İstanbuldakı Acıbadem klinikasında qeydə alındıq, bizə əməliyyat xərcinin 30 000 olduğunu söylədilər. Bundan əlavə də xərclər vardı, ümumən əməliyyat mənə 50 000 manata başa gələcəkdi, bu pulu təcili tapmalıydım. Oğlumun Lada markalı maşınını, satılması mümkün olan hər şeyi satmalı oldum, eyni zamanda yardım edə biləcək hər kəsə müraciətlər etməyə başladım. Yaxın qohumlarımdan da toplanan pul cəmi 12 000 manat idi. Respublika səviyyəli tanınmış imkanlı şəxslərə, varlı müəssisələrə məktublar yazır, yardım istəyirdim. Bir qayda olaraq mənfi və ya başdansovdu cavablar alırdım. YAŞAT fondunun da xüsusi tələbləri var idi, İman qazi statusu almalıydı. Biz bu statusu ala bilmirdik, çünki İman döyüşlərdə iştirak etməmişdi, ön cəbhəyə hazırlıq mərhələsində xəstələnmiş və tərxis olunmuşdu. Yeganə ümidim kredit götürməyə qalmışdı. İxtisasca müəllim olduğum üçün kredit almağım çətin olmadı. İki bankdan toplam 26 000 manat kredit aldım və təcili İstanbula yollandıq. Klinikanın xərclərini ödədik, əməliyyata hazırlıq, lazimi analizlər prosedürlər başladı. Gözlənilmədə yeni problemlər ortaya çıxdı, mənim qanımda infeksiya aşkarlandı, bu halda böyrək nəqlinin effektiv olmayacağını dedilər. Nəticə olaraq ikinci oğlum Mikayılın böyrəyinin qardaşına köçürülməsi baş tutdu. Bütün bunların böyük həyəcan və stresslə müşaiyət olunduğunu təsəvvür edirsiniz. Lakin, təkcə həyəcan deyil, xərclər də artmışdı. Klinikaya əlavə pullar ödənməli idi. Son dərəcə kritik vəziyyət yaranmışdı. Təqribən 10 000 manatadək əksiyimiz yaranmışdı. Vətənə qayıtmaq üçün yol pulu və əməliyyatdan sonra qəbul ediləcək dərmanların xərci də bu məbləğə əlavə olunacaqdı. Yeganə çarə Türkiyədəki imkanlı azərbaycanlılara müraciət etmək idi. İlk ağıla gələn Mübariz Məsimovun adıydı. Azərbaycandakı bir bir deputata zəng etdirib bizi qəbul etməsini xahiş etdik. Dəfələrlə ofisinə getdik, bizi qəbul etməsini istədik. Ancaq alınmadı. O günlərdə tamamən ümidsizzlik içərisində idik. O günlərdə bir nəfər bizə əslən Təbrizli iş adamı Əli Poladın telefonunu verdi, zəng edin, bəlkə sizə kömək edər dedi. Qeyri-adi hadisə baş verdi, Əli Polad telefonumuza cavab verdi və buyurun gəlin dedi. Dediyi vaxtda iki oğlum və mən Taksim meydanındakı ofisinə yollandıq, bizi qəbul etdi. Heç tərəddüd etmədən, istədiyimiz məbləği verdi. Təşəkkür etmək istəyəndə isə sözümü kəsdi, "Biz sizə təşəkkür edirik və sizə borcluyuq" dedi. Yuxu deyildi, gerçəkdən də problemimiz həll olunmuşdu. Əli Polada sonsuza qədər minnətdar idim. Bu insanın necə böyük ürəyə sahib olduğunun şahidi oldum. Qısa söhbətimiz zamanı Azərbaycana necə böyük sevgi bəslədiyinə inanım. Bu yazını yazaraq ona olan minnətdarlığımı və ömrüm boyunca duaçı olacağımı ifadə etmək istədim. Hal-hazırda oğlum İmanın sağlamlığı bərpa olunub, onun da mənim də əvvəlki məşəqqətli günlərimiz arxada qalıb. Ana olmaq çətindir. Savaşda övladını itirən anaların nələr çəkdiyini təsəvvür edirəm. Hər kəsi onlara dəstək olmağa çağırıram. Kimsəsizə yardım etmənin necə müqəddəs bir duyğu olduğunu bilmənizi istərdim.
Xatirə Nəsirova, Sabirabad r-nu, Azadkənd kənd orta məktəbinin müəllimi. DİA.AZ

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|