Bəs, Vüsal Kərimlinin taladığı 30 milyon nə vaxt araşdırılacaq? - 16 min manata görə BNA-nın işçiləri həbs edildi
Tarix: 14-09-2023, 10:32 | Çap et
Və yaxud, Korrupsiya İdarəsinin BNA “şefi”nə gücü çatacaqmı?Düz, ay yarım əvvəl ölkə mediası Bakı Nəqliyyat Agentliyində (BNA) Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirildiyi bildirilmişdir.Və təbii ki, əməliyyatların korrupsiya ilə bağlı olduğu məlumdur. Keçirilən əməliyyatın konkret səbəbi, kimlərin məsuliyyətə cəlb edilməsi məlumatda bildirildi ki, “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Bəli, mənimsənilən məbləğ də çox azdır. 16 min 500 manat belə korrupsiyaya açıq qurumlarda “tum pulu” hesab edilir. Amma BNA-da belə bir möhtəşəm əməliyyatın keçirilməsi faktı çox ilgincdir.
Xatırladaq ki, indiyədək bir neçə qurumda analoji əməliyyatlar aparılıb. Və nəticələr də ictimaiyyətimizə bəllidir. Yəni, sonda rəhbərlər işdən çıxarılmışdır. Hazırda ölkə ictimaiyyətinə maraqlıdır ki, bu təcrübələr Vüsal Kərimliyə də tətbiq ediləcəkmi? Yox –yox, biz kimsənin pis gününü heç zaman arzulamırıq. Sadəcə qanun necə tələb edir, ona uyğun qaydada tədbirlər görülməsinin tərəfdarıyıq.
Aradan xeyli vaxt keçməsinə baxmayaraq BNA-da ciddi yeyinti, korrupsiya faktları araşdırlsa da, bu faktlara rəğmən cənab Vüsal Kərimli haqqında nədənsə indiyədək istintaq başlanmamışdır. Qoy o zaman istintaq öz araşdırmalarını davam etdirsin. Biz də media olaraq bu dövlət qurumunda baş verən milyonluq korrupsiya və yeyinti faktı barəsində araşdırmamızı ortalığa qoyaq ki, dövlətin milyonlarla pullarını “tender oyunbazlığı” adı altında mənimsəyib xarici ölkələrdə istirahətlərini tükləri belə tərpənmədən necə davam etdirmək olar? Beləliklə, söhbət BNA ilə “Yol xətt” MMC arasında son dörd il ərzində ( Vüsal Kərimlinin qılıncının dalı və qabağı kəsdiyi “qızıl dövrdə”) Bakı və Bakıətrafı qəsəbə və kəndlərdə yolların nişanlanması, rənglənməsilə bağlı ayrı ayrı vaxtlarda qazanılan tenderlərin icrası zamanı mənimsənilən təxminən 30 milyon manatın necə mənimsənilməsindən gedir.
Azərbaycanda dövlət tenderlərindən say etibarilə böyük hissəsini əldə edən daha bir şirkət aşkar edilib. Fed.az xəbər verir ki, bu – «Yol Xətt» MMC-dir (VÖEN: 1700233481).
Sözügedən şirkət 2017-ci ildən indiyə kimi iştirak etdiyi dövlət tenderlərində 30 milyon 87 min 993 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 9 tenderlə əldə edib – bir tenderin orta qiyməti 3.2 milyon manatdır. «Yol Xətt» MMC-nin əsas və daimi «müştərisi» Bakı Nəqliyyat Agentliyi olub. Məslən 2019-2020-ci illər ərzində Şirkət 5 tenderdən 4-nü bu qurumdan udub – 16 milyon 62 min 187 manat. Bu isə ümumi tenderlərin 99 faizi deməkdir. Qeyd edək ki, şirkətin gördüyü işlər üzrə əsas predmeti yolların xətlənməsi, yol nişanları, dirəkləri, tənzimləyici nəqliyyat güzgülərinin alınması və quraşdırılması xidmətidir. Xatırladaq ki, «Yol xətt» MMC 2006-cı ildə yaradılıb, 200 manat kapitalı var. Hüquqi ünvanı Bakının Binəqədə rayonunda 11-ci Dağlıq 3105-ci məhəllə ünvanında yerləşir. Qanuni təmsilçisi Zaur Həsənov, Mail oğludur.
Bakı Nəqliyyat Agentliyi 2017-ci ildə ümumi məbləği 4.842 923 manat olmaqla 2 tenderin qalibi olmuş, 2018-ci ilin sentyabrında isə yol xəttlərinin çəkilməsi üçün 6.245.674 manatlıq tenderin qalibi olmuşdur. 17 may və 26 dekabr 2019-cu ildə “Bakubus” MMC- ilə 25.806 manat və BNA ilə 48.597 manatlıq tenderi qazanmışdır. 19 may 2020-ci ildə BNA-nın sifarişi ilə Bakı şəhərində yol nişanlarının və dirəklərinin quraşdırılması üçün 4.779.364 manat, və yenə həmin ilin 10.06.2020-də yol xəttlərinin çəkilməsi üçün 5.556976 manatlıq tenderin qalibi olmuşdur. Bakı Nəqliyyat Agentliyi 2022-ci ilin iyun ayının 30-da “Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) “Yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) işləri”nin satınalınması” (TƏKRAR ELAN) lotu üzrə sifarişçi olduğu daha bir tenderə yekun vurub.Bu tenderin də məbləği 5.677.250 manat, qalibi isə yenə həmişəki kimi “Yol Xətt” Məhdud Məsuliyyətli Cəmiyyətidir (MMC). 2023-cü ildə yenə də BNA tərəfindən Bakı-Aeroprt yolunun xəttlərinin ağ və sarı rəglə rəglənməsi üçün təxminən 3 milyon manatlıq tenderin qalibini “Yol-xətt” MMC-ni etmişdir. Bir daha xatırlatmaq yerinə düşər ki, “Yol Xətt” MMC Bakı Nəqliyyat Agentliyinə heç də yad olan təşkilat deyil. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi uzun illərdir BNA-nın sifarişçi olduğu smetası miyonlarla ölçülən tenderlərdə “Yol Xətt” MMC qalib elan edilməkdədir:
Son 6 ildə Agentlik ilə “Yol Xətt” MMC-nin arasında imzalanan 8 tenderin ümumi məbləği 30 milyon manatdan artıqdır.
Bəs İstifadə olunan boyaların keyfiyyəti haqqında nə demək olar?
Bakı şəhərinin küçələrinə çəkilən rənglərin tez silinməsi barədə mediada dəfələrlə yazılar dərc edilib. Lakin bu vaxtadək heç bir aidiyyatı qurum, o cümlədən BNA rəhbərliyi yollara vurulan rənglərin nə üçün tez solduğu, silindiyi barədə olan suallara aydınlıq gətirməyib.
Gecələr yollardakı xətlərin avtomobil işıqlarında əks olunmaması və yağışdan sonra çürüməsi yollarda istifadə olunan boyaların normativlərə cavab verməməsi barədə iddialar yaradır. Yəni, Bakı şəhəri ərazisində küçələrin rənglənməsinin ömrü faktiki olaraq 60-80 gün davam edir. Bundan fərqli olaraq Avropa ölkələrində, qonşu Gürcüstan, Rusiya və İranda son zamanlar yolların rənglənməsində daha çox fosforlu boyalardan istifadə edirlər. Ki, belə boyalar 2-4 il yollarda keyfiyyətini normativlərə görə qoruyub saxlaya bilir.
Elə ona görə də Bakı Nəqliyyat Agentliyi və “Yol Xətt” MMC ictimaiyyətə indiyədək paytaxt yollarına vurulan boyaların markası, tərkibi, keyfiyyət göstərici və rənglənən xətlərin ümumi hesabatını təqdim etməyib və etməyəcəkdir.
YOL XƏTTLƏRİNİN KEYFİYYƏTSİZ RƏNGLƏNMƏSİ NƏTİCƏSİNDƏ PİYADALARLA BAĞLI AVTOQƏZALARIN SAYI KƏSKİN ARTIR
Azərbaycanda son zamanlar yol-nəqliyyat hadisələri, xüsusən də piyadaların vurulması və ölümü ilə nəticələnən qəzaların sayı artıb və artmaqdadır. 2016-cı ildə bu qəzaların sayı 62 faiz, 2017 və 2018-ci illərdə isə 67-69 faiz faiz, 2021-ci ildə isə 73 faiz olub. İl ərzində baş verən qəzaların xronologiyasına diqqət etdikdə bu il faiz dərəcələrinin daha yüksək olacağı ehtimal edilir. Bəs nəyə görə Bakı şəhərində inşa edilən yeraltı və yerüstü keçidlər də yol qəzalarının sayını azalda bilmir, əksinə, bu neqativ hal artan templə davam etməkdədir?Bakı şəhərində avtomobil qəzalarının artması, xüsusən də bu qəzaların daha çox gecə saatlarında baş verməsi digər bir məqamı gündəmə gətirirb. Səslənən iddialara görə yollarda gecə saatlarında avtomobil qəzalarının artmasının əsas səbəblərindən biri yol xətlərinin düzgün və keyfiyyətli olmamasıdır. Əldə etdiyimiz məlumata görə Bakı şəhərində yollara vurulan boyalar qısa zaman ərzində keyfiyyətini itirir. Normal hallarda yenilənmiş xətlər asfalt üzərində minimum 400 gün qalmalı olduğu halda Azərbaycanda bu xəttlərin ömrü 60-80 gün olur. Bir d aha xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi yolların nişanlanması üzrə işlərin podratçısı qismində cəlb etdiyi “Yol Xətt” MMC ilə 2017-ci ildən indiyədək təxminən 30 milyon manatlıq iş icra etdiyi bildirilir. “Yol Xətt” MMC rəsmi saytında Bakı şəhərinin yollarında istifadə olunan boyaların markası, haradan alınması, tərkibi və keyfiyyəti barədə heç bir informasiya yoxdur.Və hər iki qurum il ərzində Bakı şəhərinin yollarına nə qədər boya işlətməsi və nə qədər xəttin çəkilməsi ilə bağlı hesabat vermir. Lakin bütün yazılanların fonunda qəti nəticəyə gəlirik ki, təkcə son 5-6 ildə Bakının inzibati ərazisində yollardakı xəttlərin rəglənməsinə 30 milyon manatdan çox vəsait ayrılsa da görülən keyfiyyətsiz işin nəticəsi olaraq sürücülər əlaxsus axşam vaxtları asfaltın üzərindəki piyada keçid xəttlərini, yol kənarı və ortasında olan xəttləri aydın görə bilmədiklərindən piyadaların vurulması və ölümü ilə nəticələnən ağır avtoqəzalar baş verir. Hesab edirik ki, faciələrin səbəbkarları BNA və “Yol-xətt” MMC rəhbərliyidir Və onlar baş vermiş avtoqəzalar zamanı birbaşa məsuliyyət daşıyırlar. Nəticəyə gəliik ki, vətəndaşlarımızın yollarda təhlükəsiz hərəkət etməsi üçün dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitlər iki qurumun gizli sövdələşməsi nəticəsində mənimsənildiyinə görə, digər ölkə paytaxtlarından fərqli olaraq piyada ölümlərinin sayına görə hətta MDB məkanında “liderlik” edirik.
Bakı, Xətai rayonu, Vunqtau küçəsindəki piyada zolağı
Yuxarıda qeyd etdiyimiz kimi, hələlik saxlanılanları “cırtdan” korrupsionerlər adlandırmaq olar. Onların milyonları mənimsəyən əsas rəhbərləri azadlıqda və vəzifədə qalırsa, bu cür antikorrupsiya tədbirləri sonda ictimai dəstək qazanmadığı kimi, dövlət və cəmiyyət üçün də heç bir effekti olmayacaqdır. İnanırıq jki, dövlət ( Korrupsiya İdarəi) növbəti dəfə daxili orqanlarında baş qaldıran “yaralar”ı təmizləmək üçün milyonları gizli sövdələşmələr nəticəsində mənimsəmiş Vüsal Kərimli kimi məmurlar barəsində qanunamüvafiq olaraq daha ciddi tədbirlərə start verəcək. Necə deyərlər, yaşayırq görərik. Bizi izləyin. P.S. 30 milyon manatlıq korrupsiya faktı təkcə BNA-da baş vermiş 1 epizod üzrə araşdırmanın nəticəsidir
Aktualinfo.org-un araşdırma qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|