COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                 

QƏRAR VERİLİB: Başçı yola salınır... - İLGİNC İDDİALAR...
Tarix: 31-07-2023, 14:41 | Çap et
QƏRAR VERİLİB: Başçı yola salınır...
Bir müddətdir ki, Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən olaylar ölkə gündəmini zəbt edən və əsas müzakirə olunan mövzulardan birinə çevrilib. Düzdür, bəlkə də ilk vaxtlarda kimlərsə, yaxud da hansısa vəzifə sahibləri və s. Söyüdlü kənd sakinlərinin ara-sıra baş qaldırdıqları haqlı etirazlarına gözucu baxırdılar. Amma, 20 iyun 2023-cü il tarixdə sakinlərin ortaya qoyduqları qətiyyət, məhz bir çox mətləbləri tam çılpaqlığı ilə ortaya qoymağa imkan verdi. Məsələn, hadisələrin gedişatı onu göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli sərəncamı əsasında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Orxan Mürsəlov, daşıdığı vəzifəsinin icraasına başladığı vaxtdan ötən on ay ərzində Söyüdlü kənd sakinlərinin üz-üzə qaldıqları problemlərlə bircə dəfə də maraqlanmayıb. O halda sual oluna bilər ki, bu şəxs ötən on ay ərzində nə kimi işlərlə məşğul olmuşdur, yaxud da kimə və ya kimlərə xidmət etmişdir? Baxmayaraq ki, 26 iyul 1986-cı il tarixdə anadan olan Orxan Mürsəlov 2010–2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır.Yəni, bu şəxs Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olunduqdan az sonra, müəyyən çevrələrdə belə bir fikir formalaşmışdı ki, bu şəxs bir qədər gənc olsa da, idarəçilik sahəsində kifayət qədər iş təcrübəsi olan vəzifə sahibidir. Amma, bu heç də belə olmadı və atalar demişkən “Sən saydığını say, gör fələk nə sayır” deyimi çox keçmədi ki, öz təsdiqini tapdı. Belə ki, məlum Söyüdlü hadisələri zamanı Orxan Mürsəlovun RİH-nin başçısı olaraq ortaya qoyduğu mövqe, bəzi telekanallara verdiyi açıqlamalar və s. onu göstərdi ki, bu şəxs idarəçilik sahəsində, vətəndaşlara qarşı yanaşmada, hətta söylədiyi açıqlamalarında olduqca zəif, olduqca savadsız bir şəxsdir. Bir anlığa diqqət yetirək ki, RİH-nin başçısı Orxan Mürsəlov 20 iyun 2023-cü il tarixdə baş verən olaylara münasibət bildirərkən bunları qeyd edir: “Söyüdlü kəndi ərazisində yaradılan süni göl 11 ildir ki, fəaliyyət göstərir. Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb. Bu gün isə sakinlər gölün fəaliyyəti ilə bağlı narazılıqlar səsləndirirlər. Səsləndirilən iddialar isə sadəcə dedi-qodu xarakteri daşıyır. Göl rəsmi olaraq fəaliyyət göstərir, heç bir qeyri-qanuni fəaliyyətdən söhbət gedə bilməz. Vaxtaşırı göl nəzarətdə saxlanılır, texnikalar vasitəsilə gölün yerləşdiyi torpaq təzələnir, lazımi işlər görülür. Biz lazım gələrsə sakinlərin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə narazılığa səbəb olan gölə baxış keçirə bilərik. Həmçinin gölün sakinlərin sağlamlığına vurduğu ziyanla bağlı səsləndirilən iddialar da əsassızdır. Bunu aidiyyəti qurumların rəsmi məlumatları da təsdiqləyə bilər. İddialara görə hamilə qadınlar gölün yaratdığı səbəblərdən doğuş problemləri yaşayırlar. Doğuş problemləri ilə bağlı problem yaşanmır. Hazırda kənddə 53 hamilə qadın var və onların bu məsələ ilə bağlı bizə heç bir müraciəti daxil olmayıb”.

Hörmətli oxucular! Bütün bunlar təqribən 100482 nəfərə rəhbərlik edən Gədəbəy RİH başçısının ayrı-ayrı media qurumlarına verdiyi açıqlamaların varlığıdır. Diqqət yetirək ki, bu şəxs ifadə etdiyi açıqlamalarında vurğulamışdı ki, “Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb. Bu gün isə sakinlər gölün fəaliyyəti ilə bağlı narazılıqlar səsləndirirlər. Səsləndirilən iddialar isə sadəcə dedi-qodu xarakteri daşıyır. Göl rəsmi olaraq fəaliyyət göstərir, heç bir qeyri-qanuni fəaliyyətdən söhbət gedə bilməz”. Əgər RİH-nin başçısı Orxan Mürsəlovun dedikləri həqiqət idisə, o halda sual oluna bilər ki, 20 iyun 2023-cü il tarixdə baş verən olaylara səbəb nə idi? Yaxud da, Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın qərarı əsasında, niyə qızıl emalı zavodunun fəaliyyətinin müvəqqəti dayandırılması təklif olunub?. Digər tərəfdən, Söyüdlü kəndi ərazisində ikinci süni gölün yaradılması qərarı niyə ləğv olundu? Bundan əlavə, Orxan Mürsəlov verdiyi açıqlamasında onu da qeyd etmişdi ki, “Göl rəsmi olaraq fəaliyyət göstərir, heç bir qeyri-qanuni fəaliyyətdən söhbət gedə bilməz. Vaxtaşırı göl nəzarətdə saxlanılır, texnikalar vasitəsilə gölün yerləşdiyi torpaq təzələnir, lazımi işlər görülür”. O halda ortaya başqa bir sual da çıxır ki, əgər RİH-nin başçısı Söyüdlü kəndi ərazisində heç bir problemin varlığını görmürdüsə, bəs səbəb nə oldu ki, Baş Nazir cənab Əli Əsədovun Sərəncamı ilə tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradıldı?. Deməli, bu cür açıqlamaları ictimaiyyətin diqqətinə çatdıran icra başçısının söylədikləri boş-boş “vozdux”dan başqa bir şey deyilmiş. Orxan Mürsəlovun “Doğuş problemləri ilə bağlı problem yaşanmır. Hazırda kənddə 53 hamilə qadın var və onların bu məsələ ilə bağlı bizə heç bir müraciəti daxil olmayıb” açıqlaması, məhz bu şəxsin həkim-ginekoloq ixtisasına olduqca həvəsli şəxs olması faktını da ortaya çıxartdı. Maraqlıdır ki, bu şəxs RİH-nin başçısı olaraq Söyüdlü kənd sakinlərinə məxsus problemlər haqda məlumatlı olmur, amma kənddə 53 hamilə qadının olması, doğuş zamanı heç bir problemin yaşanmaması haqda dəqiq statistik məlumata malik olur. Bütün bunlar da ortaya bir çox düşündürücü sualların çıxmasına səbəb olur.

Gədəbəydən olan bəzi gədəbəylilərin yanaşmaları haqda əksəriyyət necə düşünür?

Baş verən olayların fonunda əslən Gədəbəydən olan bir çox şəxslərin ortaya qoyduqları mövqe, bu gün də tam əksəriyyəti düşündürməkdədir. Daha biabırçı hal o oldu ki, bu rayonda doğulub boya-başa çatan bəzi vəzifə sahibləri, üzdə olan bir çox tanınmış simalar və s. Söyüdlü kənd sakinlərinin haqlı mübarizələrini müdafiə etmək əvəzinə, Orxan Mürsəlovun çevrəsində yer aldılar, hətta kənd sakinlərinin haqlı mübarizələrinə müxtəlif don da geyindirdilər. Amma, həmin şəxslər onu unutdular ki, Gədəbəy gədəbəylilərin dədə-baba torpağıdır və hər bir sakinin, o cümlədən Söyüdlü kənd sakinlərinin haqlı mübarizələrinə dəstək olmaq gədəbəylilərin əsas vəzifəsidir. RİH-nin başçısı Orxan Mürsəlov bu gün və yaxud da sabah daşıdığı vəzifəsindən gedə bilər, gədəbəylilərə qalan yenə də Gədəbəy olacaq. Görəsən o halda həmin şəxslər “Mən də gədəbəyliyəm” deməklə, hansı haqdan, hansı ədalətdən ağızdolusu danışa biləcəklər?. Adicə xalqımıza məxsus keçmiş tariximizə ekskurs etməklə tarixi bir həqiqəti xatırlamaq yerinə düşər ki, 03 yanvar 1804-cü ildə general Pavel Sisiyanovun rəhbərliyi altında rus qoşunları Gəncə şəhərini ələ keçirmək istəyərkən, ilk əvvəl Sisiyanov məşhur Qacarlar nəslindən olan Cavad xandan təslim olmağı tələb edir. Cavad xan isə, məhz belə bir təklifin qarşılığında ona qəti şəkildə rədd cavabı verir. O halda sübhçağı iki dəstəyə bölünmüş Sisiyanovun ordusu Gəncə şəhəri üzərinə hücuma keçir və şəhəri uzun müddət mühasirədə saxlayır. Baş verən qeyri-bərabər döyüşlərdə həm Cavad xan, həm də onun ortancıl oğlu Hüseynqulu xan öldürülür. Bəli, Gəncə şəhərinin, bütövlükdə xalqımızın tarixində silinməz izlər buraxan Cavad xan həyatda olmasa da, bu gün həm onun ruhu, həm də ideyaları yaşamaqdadır. Çünki, bu şəxs zamanında Gəncə şəhəri uğrunda lazımi addımlarını atır və bu mübarizə yolunda canından keçib şəhid də olur. Şükürlər olsun ki, bu gün Gəncədə general Pavel Sisiyanovun heç bir izi-tozu qalmayıb. Yəni, Gəncəyə neçə-neçə Sisiyanovlar gəlib-getsələr də, hal-hazırda Gəncə gəncəlilərindir, bütövlükdə Azərbaycanımızındır. Odur ki, 20 iyun 2023-cü il tarixdə Söyüdlü kəndində baş verən olaylar da, bugünkü tariximizin bir hissəsidir. Zaman gələcək ki, bu hadisələrə münasibətdə haqqı müdafiə edənlər qiymətləndiriləcək, yəqin ki, Orxan Mürsəlovun çevrəsində yer alanlar isə lənətlənəcəklər.

Orxan Mürsəlovun “yağlı müştəri, gəl bəri” yanaşması öz həllini tapıb

Məlumdur ki, 05 oktyabr 2021-ci il tarixdən 11 avqust 2022-ci il tarixə kimi, yəni on bir ay ərzində Gədəbəy RİH-nin başçısı vəzifəsinə rəsmən təyinat olmadı və ölkə rəhbərinin 11 avqust 2022-ci il tarixli sərəncamı əsasında Orxan Mürsəlov həmin vəzifəyə təyin olundu. Düzdür, həmin vaxtlarda müəyyən çevrələrdə bir çox söz-söhbətlər dolaşırdı ki, RİH-nin başçısı vəzifəsinə filankəs təyin olunacaq və s. Amma, söylənilən proqnozların çoxu özünü doğrultmadı və nəhayət 2010–2022-ci illərdə Prezident Administrasiyasında çalışmış Orxan Mürsəlovun həmin vəzifəyə təyinatı, bu yöndə dolaşan söz-söhbətlərə “stop” qoydu. Çox keçmədi ki, “yağlı vəzifəni” ələ keçirən bu şəxs rayonda rəhbər vəzifə sahibi olanlardan bəzilərini “gözüçıxdıya saldı” və onlara birdəfəlik “əlvida” dedi. Bəlkə də rayon rəhbərliyinin belə bir addımını kimlərsə “islahat” kimi də dəyərləndirdilər. Yox, bu heç də belə olmadı. Yəni, bəzi media resuslarında və sosial şəbəkə istifadəçilərinin paylaşımlarında məlumatlar dolaşdı ki, Gədəbəy RİH-nin başçısı işdən çıxartdığı şəxslərin vəzifələrini “hərraca çıxarıb”. Bir sözlə, bu şəxs “yağlı müştəri, gəl bəri” axtarışına çıxıb. Bəli, çox keçmədi ki, “niyyətin hara, mənzilin ora” zərb-məsəli Orxan Mürsəlovun idarəçiliyində öz təsdiqini tapdı. Yəni, RİH –nin başçısının “yağlı müştəri, gəl bəri” yanaşması əsasında boşalmış vəzifələrə yeni təyinatlar oldu. Necə və nəyin müqabilində? Sual oluna bilər ki, yaş həddi işləməyə imkan verən həmin şəxslərin işdən çıxarılmalarına lüzum var idimi? Yaxud da, yeni təyinat alanlar hansı göstəricilərinə görə əvvəlki vəzifə sahiblərindən fərqlənirlər? Əgər sakinlər arasında sorğu keçirilərsə o halda bəlli olar ki, boşalmış vəzifələrə təyinat alanlar heç bir müsbət göstəricilərinə görə önə çıxa bilmirlər.

Gədəbəy RİH-nin başçısı sahibkarlara niyə qənim kəsilib?

Bu şəxsin rayon rəhbərliyinə təyinatından sonra çoxları elə düşünürdü ki, Orxan Mürsəlov yerli sahibkarlarla əməkdaşlığa meylli olacaq və onlara lazımi dəstəyini də ifadə edəcək. Amma, bu heç də belə olmadı. Məsələn, söylənilənlərə görə RİH-nin başçısı rayon ərazisində balıq gölü yaratmağa çalışan, turizmin inkişafına dəstək olmaq istəyən və s. kimi şəxslərə bu gün də “badalaq” gəlməklə məşğul olur. Deməli, ölkə rəhbəri tərəfindən sahibkarlığın inkişaf etdirilməsi məqsədilə verilən tapşırıqlar və s. məhz bu şəxs üçün o qədər də əhəmiyyət kəsb etmir. Əgər əhəmiyyət kəsb etsəydi, o halda o, lazımi addımlarını atıb konkret mövqeyini ortaya qoyardı. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

P. S. Hörmətli oxucular! Yaxın vaxtlarda sizi daha sensaion məlumatlarla, o cümlədən yeni vəzifələrə təyin olunmuş şəxslərin Orxan Mürsəlovla olan ilişgilərindən və digər olaylardan bəhs edəcəyik. Bizi izləməyi unutmayın.

Cəfər Cəfərli
GundemXeber.Az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru