“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

"Qazancında bizim məmurların payı var" - Azərbaycanda qumar niyə reklam olunur
Tarix: 19-12-2022, 14:02 | Çap et
"Qazancında bizim məmurların payı var"
Son zamanlar telekanallarda aqressiv reklamları səbəbindən daha da populyarlaşan, populyarlaşdıqca da xəstəlik kimi artan şans oyunları –lotereya aludəçiliyi cəmiyyətimizdə yayılır, geniş vüsət alır. Mənəvi-psixoloji və sosial durumu əlverişsiz olan insanların immun sistemi bu “xəstəlik”lə mübarizə apara bilmir, maddi tələbata ehtiyac duyan, yaxud da oturduğu yerdən qazanc əldə etmək xülyasına qapılan insanlar üçün şans oyunları adlanan bu qumar oyunları "vazkeçilməz fürsətlər məkanı"na çevrilir.
Bu “fürsətlər məkanı” isə artıq Azərbaycana başqa ölkələrdən gətilir – xarici şirkətlərin lotereya reklamları telefonlarımızın, kompüterlərimizin, televizorlarımızın künc-bucağını “bəzəyir”. Məsələn, Türkiyənin "Demirören Şans Oyunları" şirkətinə məxsus olan “Misli” həmin qumar oyunlarından biridir və biz çox zaman onun zəhlətökən, təhrikçi və aldadıcı reklamlarının “məcburi izləyici”sinə çevrilə bilirik. Maraqlıdır ki, "Demirören" belə aressiv, yəni insanların evlərinə soxulub övladlarını "əlindən alan" reklam kampaniyasını Türkiyə kanallarında ya apara bilmir, ya da aparmaq istəmir. Yoxsa, Azərbaycan təcrübə meydanı kimi istifadə olunur? Hər halda "Demirören" şirkətinə də bu barədə bir sorğu göndərəcəyik. Nəticə budur ki, Azərbaycanda az qala hamı bu vəziyyət barədə "Türkiyə edib" deyə düşünür. Türkiyənin bir qumar şirkəti və onun Azərbaycandakı havadarları indi iki ölkə arasında bütün dünyanın həsəd apara biləcəyi qardaşlıq münasibətlərinin üzərinə "qara kölgə" kimi enib...

Özümüzün yerli və milli “rəsmi qumar” oyunlarımız, yaxud da daha etik adı ilə lotoreya və şans oyunları nə üçün öz yerini xarici şirkət oyunlarına ötürür, onlara daha çox reklam şəraiti yaradılır? Dövlət iqtidasiyyatının bu məsələdə qazancı nədən ibarətdir? Rəsmi qumar oyunları ölkə iqtisadiyyatımızı bərəkətləndirə bilirmi?

DİA.AZ-ın məlumatına görə, suallarla əlaqədar Bizimyol.info-ya danışan iqtisadi ekspert Əkrəm Həsənov bildirib ki, bu oyunların dövlətə xeyri qədər ziyanı da çoxdur: “Bu oyunların təşkilindən sonra gələn qazancın böyük bir hissəsi təbii ki, həmin şirkətə məxsusdur. Təbii ki, bu qazancdan dövlətə də müəyyən pay düşür, vergilər gəlir. Ancaq burda dövlətin uduzduğu məqamlar da var, hansı ki, ilk baxışdan bu, görünmür. Ancaq əsas məğlub tərəf bu oyunlara qurşanan vətəndaşlardır. O vətəndaşlar ki, mütləq əksəriyyəti uduzur. Udan isə barmaqla sayılası bir neçə nəfər olur, onların da adlarını tez-tez reklam edirlər ki, digər insanlar şirniklənsinlər. Digər tərəfdən, mən hesab edirəm ki, bizim dövlətin bu məsələyə münasibəti riyakardır. O dövlət ki, bir tərəfdən kazinonu qadağan edir, deyir, kazino olmaz. Kazino olmaz, amma bu, olar. Deputatlar da bu haqda qanun qəbul ediblər. Onda bizə bu ikisi arasındakı fərqi izah etsinlər ki, şans oyunlarının kazinodan fərqi nədir? Ona görə ki, burada müəyyən maraqlar var, riyakarlıq da burdadır. Guya təəssürat yaratmağa çalışırlar ki, kozino pis, şans oyunları isə yaxşıdır, amma halbuki ikisi də eyni şeydir. Məsələn, Gürcüstanda qumar icazəlidir və dövlət də ordan xeyli gəlir əldə edir. İndi bizdə də bunu ya qadağan etsinlər, ya da rəsmi qaydada və nəzarət mexanizmləri ilə tətbiqinə şərait yaratsınlar.

O ki qaldı xarici lotereya şirkətlərinin aqressiv reklam kampaniyalarına, bildiyiniz kimi, bizim cəmiyyətimizdə belə bir adət var: idarəetməyə, yaxud hansısa rəhbər vəzifəyə bir xaricini dəvət edirlər, ona çox yüksək maaş , ev verib, başqa şəraitlər də yaradırlar. Halbuki, Azərbaycanın özündə həmin sahələrdə peşəkar mütəxəssislər də var. Öz işçilərimizə, mütəxəssislərimizə maaşı az veririk, amma xaricdən gələnləri qaldırırıq dağın başına. Ancaq mən müşahidə etmişəm ki, Azərbaycana gələn xarici mütəxəssislərin əksəriyyəti savadsız və qeyri-dürüstlərdir. Amma buna baxmayaraq, onlara çox yaxşı şərait yaradırlar. Bəzi yerli məmurlar isə bu xarici “qonaqlar”la öz qabiliyyətsizliklərini, uğursuzluqlarını və yarıtmazlıqlarını ört-basdır etməyə çalışırlar. Sabah iş, biznes alınmayanda, deyəcəklər, “nə edək, hətta xaricdən də mütəxəssis gətirdik, alınmadı”. Ya da elə həmin xarici şirkətlərlə əliəyri işlər görürlər. Özümüzünkülər olanda dərhal hər kəsdə şübhə yaranır, amma başqalarını dəvət edəndə, özlərini sudan duru, təmiz adlandıra bilirlər: “Bizim rəhbərimiz Avropadan gələn Condur, Türkiyədən gələn Mehmetdir, bizdə yeyinti, dələduzluq, oğurluq ola bilməz, nə danışırsınız?” Amma bəlkə də azərbaycanlılar o postlarda yer tutsa, heç bir o qədər oğurluq olmazdı, ancaq xaricilər gələndə, buranı dağıdırlar.

İndi Azərbaycan iqtisadiyyatının ən böyük problemlərindən biri nədir – inhisar. İyirmi ilə yaxındır, bu inhisarçılıq məsələsini həll edə bilmirlər, ona görə ki, burada çoxlarının maraqları toqquşur. Bu xarici şirkətlərin ölkəyə dəvət olunması da həmin inhisarçılığın başqa bir modelidir. Biri qınayanda ki, niyə imkan vermirsiniz öz şirkətlərimizi quraq? Onda da cavab verirlər, “siz nə danışırsınız, bunlar bizim türkiyəli qardaşlarımızdır, burda heç bir inhisardan söhbət gedə bilməz. Onlar gəlib burda bizə öyrədirlər, ancaq yerli mütəxəssislər bilmirlər”.

Bir sıra xarici şirkətlər, o cümlədən Türkiyə şirkətləri ki, ölkəmizə gəlirlər, onların qazancında Azərbaycan məmurlarının da payı var. Sizə belə bir şey deyim: mənim hüquqla yanaşı, iqtisadi təhsilim də var. Hərdən xarici şəxslər də yanıma gəlib, məsləhət almaq istəyirlər ki, Azərbaycanda biznes qursunlar. Onlara deyirəm ki, burda biznes qurmaq təhlükəlidir, heç nəyə təminat yoxdur. Sabah nə qanun, nə məhkəmə, istənilən şeyi bizim məmurlar sənə edə bilərlər. Belə bir şəraitdə hansısa xarici şirkət gəlib, uğurlu fəaliyyət göstərəndə, 99 faiz inanmaq olar ki, o, təmiz xarici deyil. O, hansısa yerli məmura bağlıdır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru