Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                 

BALABABA: Dövlətin başına BƏLA BABA... - Büdcə pullarını DƏDƏ MALI BİLİR...
Tarix: 13-07-2022, 08:32 | Çap et
BALABABA: Dövlətin başına BƏLA BABA...
İkinci Qarabağ müharibəsindən dərhal sonra, 2020-ci ilin dekabrından başlaraq azad olunmuş ərazilərdə 23 enerji obyekti tikilib. Laçında “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyalarının açılışı olub.

Bundan başqa, azad olunmuş ərazilərdə 9 rəqəmsal yarımstansiya tikilib. Ölkə başçısı İlham Əliyev bu yarımstansiyaların açılışında iştirak edib.

Azad olunmuş ərazilərdə ümumi uzunluğu 365 km məsafədə iki dövrəli olmaqla 10 istiqamətdə yüksək gərginlikli 110 kilovoltluq elektrik verilişi xətti çəkilib.

Bəs bütün bu işləri hansı şirkətlər icra edib? İşlər neçəyə başa gəlib?

Balababa Rzayev dövlət sifarişlərini ailə şirkətlərinə həvalə edib

İşlərin sifarişçisi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətidir. “Azərenerji”nin saytında yerləşdirilən tender xəbərlərində qeyd olunur ki, Qarabağda sifariş olunan işlərlə bağlı “Gatdigital”, “Azconstruction”, "Electro İndustries" MMC və GBS QSC qalib gəliblər. Məlumatda bildirilir ki, bu şirkətlər iş üçün ən aşağı qiymətləri təklif ediblər. Amma qiymətlər açıqlanmır.

Tender siyahısına baxdıqda aydın olur ki, bu şirkətlər Balababa Rzayev “Azərişıq”ın rəhbərliyindən çıxarılıb “Azərenerji”nin rəhbərliyinə gətiriləndə onlar da o qurumdan ayrılıb bu qurumla işləməyə gəliblər.

Bəs Qarabağda görüləcək işlərlə bağlı niyə məhz bu şirkətlər seçilib?


GBS QSC-nin direktoru Xəqani Abbasov deyir ki, 2021-ci ilin əvvəlindən başlayaraq 7 rayonda yığılan yarımstansiyaların içərisindəki 35 və 10 kV-luq elektrik lövhələrinin, eləcə də mühafizə panellərinin istehsalı GBS MMC-yə aiddir. Şirkətin direktoru əvvəlcə sifarişlərin birbaşa “Azərişıq” və “Azərenerji”dən olduğunu desə də, sonradan sifarişləri “Bakelektro”, “Electro İndustries” şirkətindən aldıqlarını, daha sonra isə sifarişləri hardan aldıqlarını ümumiyyətlə, unutduğunu deyir. O, tenderlərin hansı şərtlərlə, nə vaxt keçirildiyini, iş üçün sərf olunacaq vəsaitin məbləğini də “xatırlaya bilməyib”. O, əldə etdikləri vəsaiti öyrənmək üçün direktoru olduğu şirkətə zəng edir və bu zaman yaxasındakı mikrafonu çıxarmağı unutmur. Daha sonra aramızda belə bir dialoq yaşanır:

X.A.- Qiyməti belə aşkar demək əslində düz deyil

Niyə?

X.A.- Çünki şərtləri bilmirəm... Onları sizə birbaşa deyə bilərəm, yoxsa yox

Şirkətlə məsləhətləşməlisiniz?

X.A.- Bəli, olmaz onu demək

Şirkətin direktoru deyilsiniz?

X.A.- Direktoruyam, amma məndən üst də var.

Qarabağda işləyən Balababa Rzayevin oğlu, qardaşı və kürəkəninə məxsus şirkətlər...

Xəqani Abbasovun dediyi üst mövqedə GBS QSC -nin təsisçisi, “Azərenerji”-nin rəhbəri Balababa Rzayevin oğlu Fuad Rzayevdir. Fuad Rzayev şirkəti 2006-cı ildə 2010 manat nizamnamə kapitalı ilə yaradıb.

Digər sifarişçi şirkət olan “Bakelektro” ASC-nin direktoru Balababa Rzayevin qardaşı Emin Rzayevdir.

Kəlbəcər üzrə keçirilən tenderdə qalib olan “Farcon” MMC Balababa Rzayevin kürəkəni Fərid Fərhadzadəyə məxsusdur. Şirkətin domeni onun adına qeydiyyatdan keçib. “Farcon” MMC-nin hüquqi ünvanı isə Balababa Rzayevin oğlunun yaratdığı GBS şirkətinin qeydiyyat ünvanı ilə eynidir. (Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllə)

Tender siyahısında adı keçən “Elektro İndustries” “Ağdam-1” Yarımstansiyasının tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə tenderin qalibi olub. “Elektro İndustries” “Verdict-Service Company” MMC-nin QSC-yə çevrilməsi yolu ilə 2018-ci ilin sentyabrında yenidən təsis edilib. Şirkət İcbari Sığorta Bürosunun sədri Rəşad Əhmədovun qardaşı Aqşin Əhmədovun adına 2010-cu ildə yaradılıb. Şirkət elektrik xətlərinin çəkilişi ilə məşğuldur. “Electro İndustries” şirkəti ilə demək olar ki, eyni vaxtda Rəşad Əhmədovun təsisçiliyi ilə “Azconstruction” QSC yaradılıb. “Azconstruction” QSC-nin ilk direktoru Aqşin Əhmədovun atası Bayram Əhmədov olub. O, həm də “Gatdigital” QSC-nin rəhbəridir.

"Azərenerji"nin “Ağdam-2” yarımstansiyasının tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə tenderin qalibi “Azconstruction” QSC olub.

2 iyun 2021-ci ildə elan edilmiş “Qarabağ REŞ” üzrə istifadə olunacaq müxtəlif növ naqil və kabellərin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə keçirilən tenderdə “Gatdigital” QSC qalib elan edilib. “Azconstruction” kimi “Gatdigital” QSC-nin də hüquqi ünvanı Əhmədovların Bülbülə qəsəbəsindəki mənzilidir. (Suraxanı rayonu, Məşədi Əzizbəyov, Bülbülə qəsəbəsi, ev 38)

2020-ci ildə Meydan TV-də yayımlanan araşdırmada göstərilir ki, bir çox sosial platformada, işədüzəltmə saytlarında, eləcə də qeydə alınmış korporativ domendə (gatdigital.az) bu şirkətlər Balababa Rzayevin ailə şirkətləri ilə kəsişir. İşaxtaranlara gah Rzayevin ailə şirkəti olan “Bakelektro” ASC-nin, gah da “Santral Elektrik Ltd” MMC-nin kadrlar üzrə mütəxəssislərinin elektron poçt ünvanları ilə əlaqə saxlamaq tövsiyə olunur. Yaxud, “Azconstruction” QSC-nin baş direktoru Rəşad Əliyev işgüzar yazışmalarda Rzayevlərin şirkətlərinə aid korporativ poçt ünvanından yararlanır.

Şirkətlər dövlət sifarişi üçün aldıqları vəsaiti açıqlamaqdan imtina edirlər

“Gatdigital” QSC-nin hüquqşünası Bayram Əhmədovun oğlu Aqşin Əhmədovdur. Aqşin Əhmədov Qarabağda görülən işlərlə bağlı ayrılmış və xərclənmiş vəsaitlərlə bağlı məlumatların şirkətin kommersiya sirri olduğunu deyir:

“Siz o sualları tenderi keçirmiş qurumlardan aydınlaşdıra bilərsiniz. Bizim üçün bir şirkət olaraq bunlar kommersiya sirri hesab olunur. “Azconstruction” ASC ilə heç bir əlaqəmiz yoxdur. “Gatdigital” səhmdarı olduğum şirkətdir və yalnız bu şirkətlə bağlı danışa bilərəm”.

Ayrılan vəsaitlərlə bağlı “Azərenerji” də susmağı seçir

“Azərenerji” ASC göndərdiyimiz sorğuya cavabda Qarabağda görülən işlər və xərclənən vəsaitlə bağlı heç bir məlumat verməyib. Qurumun mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyir ki, adları qeyd olunan şirkətlər enerji obyektlərinin tikinti və materialla təchizatında ölkədə ən yüksək səviyyədə işlər gördüyünə görə, işğaldan azad olunmuş ərazilərdəki enerji işləri də həmin şirkətlərə etibar edilib.

Teymur Abdullayev onu da bildirib ki, “Azərenerji” ASC işğaldan azad olunmuş ərazilərdəki enerji obyektlərinin tikinti və bərpasını öz daxili vəsaitləri hesabına həyata keçirib.

[caption id="attachment_116666" align="aligncenter" width="1500"] "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev[/caption]
“Sözügedən şirkətlərin çoxu Baba Rzayev bu vəzifəyə təyin olunmamışdan əvvəl yaradılmış şirkətlərdir və ən əsası onların “Azərenerji”-nin rəhbərinin şirkəti olması barədə deyilənlər həqiqətə uyğun deyil”- açıqlamada qeyd olunur.

Rəsmi açıqlamada bildirilir ki, işlər ucuz və keyfiyyətli görülüb. Amma işlərin neçəyə başa gəldiyi yazılmayıb. Bunu öyrənmək üçün “Azərenerji”nin baş ofisinə üz tutduq. Qurumun mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev şirkətlərə nə qədər vəsait ayrıldığı ilə bağlı sualı eşitdikdən sonra qaçaraq iş otağına tələsdi.

Üç milyon vergi borcu olan şirkət tenderin qalibi seçilib

“Azərenerji”-nin açıqlamasında qeyd olunur ki, Qarabağda iş görmək üçün keçirilən tenderlərdə qaliblərindən biri də “ATEF Şirkətlər Qrupu” MMC olub. Bu şirkətin 2022-ci ilin martına olan vergi borcu 3 milyon 228 min 889 manatdır. Hərçənd, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyə görə, tenderə qatılan iddiaçıların mühüm maliyyə və vergi öhdəlikləri olmamalıdır. Amma bu şirkət nəinki tenderə qatılıb, hətta qalib gəlib.

“Azərenerji”nin Qarabağda iş görmək üçün daxili vəsaiti olub?

Teymur Abdullayev Qarabağda görülən işlərin “Azərenerji”nin daxili vəsaiti hesabına başa gəldiyini desə də, şirkətin hələ ki, açıqladığı son hesabatına görə 2019-cu ili 230 milyon manat zərərlə başa vurublar. “Azərenerji” həm də ən çox xarici borcu olan səhmdar cəmiyyətlərindədir. 2018-ci ildə Cəmiyyətin 1 milyard 951 milyon manat kredit və borc vəsaitləri üzrə öhdəliyi olub.

“Azərenerji”yə göndərdiyimiz sorğuda suallardan biri də ASC-nin hazırkı borcları ilə bağlı olub. Mətbuat xidməti bu sualın üzərindən sükutla keçib.

Ekspert : “İşlər bünövrəsindən qeyri-şəffaf görülür”

İqtisadçı-ekspert Toğrul Vəliyev deyir, Azərbaycanda satınalma proseduru o qədər də şəffaf deyil, bir çox hallarda isə tamamilə qapalıdır: “Nəzərə almaq lazımdır ki, dövlət şirkətləri və dövlət qurumları işğaldan azad olunmuş ərazilərin bərpası və digər xərclər üçün dövlət büdcəsindən investisiya vəsaitləri əldə edirlər.

Bəzən elə olur ki, istər “Azərişıq”, istərsə də “Azərenerji” olsun, öz vəsaitləri hesabına gördükləri işlər barədə məlumat dərc edirlər. Ancaq büdcədən ayrılmış vəsaitlərlə bağlı məlumatları gizlədirlər. Nə Nazirlər Kabineti, nə digər dövlət qurumları bu vəsaitlərin hara, necə xərclənməsi barədə məlumatları dərc edir.

Məsələn, işğaldan azad olunmuş torpaqların bərpası üçün ayrılmış 2,2 milyard manatın bölgüsü barədə bizdə heç bir məlumat yoxdur. Nəticə etibarilə, bu işlər bünövrəsindən qeyri-şəffafdırsa, bölgü qeyri-şəffafdırsa, müvafiq dövlət şirkətləri də işləri yerinə yetirəndə bu məlumatın açıqlanıb-açıqlanmamasını öz siyasətlərinə uyğun həyata keçirirlər”.

Ekspert deyir ki, dövlət qurumlarının öz hesabatlarını ictimaiyyətə açıqlamaq kimi mühüm öhdəlikləri var. Son 2-3 il ərzində bəzi dövlət qurumları bu istiqamətdə addımlar atsa da, “Azərenerji” əksinə, daha çox qapalılığa gedir. Bu isə ölkənin enerji sahəsinə nəzarət edən və dövlətdən ən çox dəstək alan böyük bir qurumun fəaliyyətini şəffaflıqdan daha da gen salır.

“Azərenerji” açıqlamasında sıldırım qayaları keçərək çox çətinliklə işlədiklərini vurğulasa da, bu işlərə görə Balababa Rzayevin ailə büdcəsinin nə qədər artdığından kəlimə kəsməyib.

Araşdırma: AbzasMedia









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru