Texniki Universitet NİYƏ ÖZBAŞINA BURAXILIB? - İLGİNC İTTİHAM
Tarix: 29-06-2022, 12:40 | Çap et
DİA.AZ: - "Azərbaycan dramaturgiyasının əsasını qoyan böyük Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi xəsis” (yəni “Xəsis kişinin sərgüzəştləri”, bizə bu komediya “Hacı Qara” adı ilə daha yaxşı tanışdır), “Sərgüzəşti vəziri xani Lənkəran” və digər komediyalarında dövrünün naqisliklərini gülüş yolu ilə tənqid edərək, aradan qaldırmağa cəhd edirdi. O vaxtdan 200 il ötsə də, bu gün də ətrafımızda komediyaya bənzər sərgüzəştlər baş verməkdədir. Bu sərgüzəştlər vəzifəli şəxslərin “fəaliyyəti” ilə bağlı olduqda isə nəticəsi ətrafdakılar üçün daha acınacaqlı olur. Belə sərgüzəştlərdən biri Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyevin vəzifə fəaliyyəti ilə bağlıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Əvvəli BURADA: Texniki Universitetdə NAQOLAY İŞLƏR... - İLGİNC İDDİALAR...
DİA.AZ müraciətin davamını təqdim edir: "Adətən, texnika sahəsində magistr dissertasiyaları 3 fəsildən, bəzən isə 4 fəsildən ibarət olur. Dissertasiyanın 1-ci fəslində tədqiq olunan mövzu ilə bağlı problemin müasir vəziyyəti, bu haqda aparılmış tədqiqatların vəziyyəti, çap olunmuş elmi işlər öyrənilir və dissertasiyada tədqiq ediləcək məsələlərin dairəsi müəyyən edilir və məqsədi qarşıya qoyulur. Sonrakı 1 və ya iki fəsil aparılacaq tədqiqatın metodikasına və s., eləcə də tədqiqatın özünə həsr edilir. Bundan sonra, ya həmin fəsildə, ya da ayrıca fəsildə alınmış nəticələr təqdim edilir. Rektorun verilən göstərişində deyilir ki, dissertasiya 5 magistrant arasında bölünəcək – guya ki, onlardan hər biri işin bir hissəsini yerinə yetirib və onları bir yerə toplayanda vahid dissertasiya alınacaq. Yəni tələbənin birinin dissertasiyasında 1-ci fəsil, digərində 2-ci, digərində 3-cü fəsil verilir. Müdafiə zamanı da onlardan hərəsi öz fəslini məruzə edir. Bəs fəsillərin sayı 5-dən az olarsa, onda necə? Onda bir fəsil bir neçə magistrant arasında bölünür. Texnika sahəsində magistr dissertasiyalarının həcmi adətən 60-125 səhifə civarında olur. İndi isə yeni göstəriş əsasında həmin həcm 5 yerə bölünərək, hər tələbənin dissertasiyası 15-25 səhifə həcmində cildlənir və bu natamam, yarımçıq materiala “dissertasiya” deyirlər. Yəni dissertasiyanın beşdə biri də hər biri bir dissertasiya hesab edilir. Bunların beşini bir yerə toplayanda isə bir normal dissertasiya olur, yəni indi dəbdə olan deyimlə desək, BEŞİ BİRİNDƏ DİSSERTASİYA! Sağlam təfəkkürlü insanın məntiqinə əsaslanaraq, demək olar ki, bunlar beşi birlikdə bir dissertasiya olduğundan, bunların bir yerdə toplanmışına da BİR MAGİSTR DİPLOMU verilməlidir, hər 15-25 səhifəlik yarımçıq material ayrıca dissertasiya deyil ki, onların hər birinə də bir diplom verilsin. İndi AzTU-da bəziləri tam ciddiyyətlə deyirlər ki, belə də olacaq, 5 nəfərə bir diplom veriləcək və orada 5 nəfərin adı yazılacaq. Bəs diplomu alan 5 nəfər həyatda bir-birindən ayrı düşdükdə bu MÜŞTƏRƏK DİPLOMDAN necə istifadə edəcəklər? Bax, budur problem! Bunu magistrantlar özləri düşünsünlər. Yəqin ki, bizim kommunikasiya vasitələri və internet dövründə bu, elə bir çətin iş olmaz. Gülməlidir? Həm də ağlamalıdır. Yəni tragikomediyadır (Sərgüzəşti Texniki Universiteti magistr dissertasiyası). Vilayət Vəliyev bu bədbəxt Azərbaycan Texniki Universitetinə rektor təyin ediləndən belə tragikomediyalar çox olub və bunların bəzilərini də biz ictimaiyyətin diqqətinə çatdırmışıq. Məlumdur ki, bütün magistr dissertasiyaları müdafiədən əvvəl antiplagiat kompyuter proqramı vasitəsilə oxşarlığa, digər dissertasiyalardan mənimsəmələrin olub-olmamasına yoxlanılırlar. Oxşarlıq 5%-dən artıq olarsa, dissertasiya müdafiəyə buraxılmır. Bəs hətta adları da eyni olan dissertasiyalarla antiplagiat yoxlaması necə olacaq? Yəqin ki, rektor V.Vəliyev öz “dərin iqtisadçı zəkası” ilə bu problemin də həllini tapacaq. İndi isə məsələnin hüquqi tərəfinə baxaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.1997-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq olunmuş “Magistr hazırlığı haqqında” Əsasnamənin əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 aprel 1998-ci il tarixli 202 saylı Əmri ilə təsdiq edilmiş “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında Əsasnamə”nin 3.1 bəndində yazılmışdır: 3.1. Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magistrantın MÜSTƏQİL yerinə yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) və ya təcrübi-konstruktor işidir. Bəli, Əsasnamədə göstərildiyi kimi, magistrlik dissertasiyası magistrantın MÜSTƏQİL yerinə yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) və ya təcrübi-konstruktor işidir, daha hissə-hissə bölünmüş, QRUP HALINDA YOX. Bundan əlavə, burada dissertasiyadan söhbət gedir, dissertasiya isə TAMAMLANMIŞ elmi-tədqiqat işi olmalıdır, daha işin bir hissəsi yox. Bundan əlavə başqa suallar da meydana gəlir. Məsələn, dissertasiya müdafiəsində həmin 5 nəfərin işi necə qiymətləndiriləcək, onlara necə qiymət veriləcək? Axı həmin 5 nəfərin hamısı bir səviyyədə ola bilməz. Bir nəfər işləyəcək, qalanları onun hesabına hazır iş müdafiə edəcək? Başqa suallar da yaranır, bunu çox uzatmaq olar, ancaq məsələnin absurdluğu göz qabağındadır. Bir məsələni də qeyd edək. V.Vəliyev tez-tez təkrar edir ki, magistrantlar dissertasiya mövzusunu onların işlədikləri müəssisəyə uyğun, həmin müəssisənin problemlərini həll etmək istiqamətində götürsünlər. Gözəl fikirdir. Amma, bəlkə V.Vəliyev elə bilir ki, onun magistrantları Boeing, ya Microsoft şirkətində, ya da heç olmazsa, hansısa konstruktor bürosunda işləyirlər? Onun məlumu olsun ki, bizim tələbələrimizin əksəriyyəti çayxanada çay paylayan, şadlıq sarayında ofisiant, ya da haradasa gözətçi işləyirlər (onlardan çox-çox üzr istəyirik, tələbə üçün, tələbəlik dövründə bu ayıb deyil). Bundan əlavə, qanunla əyani şöbədə təhsil alan tələbə ümumiyyətlə işləməməlidir, əgər işləyirsə, bu, əlbəttə qeyri rəsmidir və onun öz işidir".
DAVAMI VAR...
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
|