Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                 

Təyyarəsi necədirsə, taksisi də elədir... - Aeroportun taksiləri "baş kəsir"
Tarix: 24-06-2022, 12:09 | Çap et
Təyyarəsi necədirsə, taksisi də elədir...
Bakı hava limanı sözün əsl mənasında bazara çevrilib. Yox, bu dəfə “AZAL”-ın dəyişməz, böyük və qüdrətli qiymət siyasətindən danışmayacağam. Bəllidir ki, “AZAL”-a “daydaylıq” edən hər kimdirsə, mənim, sənin, bizim gücümüz çatacaq birisi deyil. Və bütün KİV-in yazdıqlarını oxuyub, bığaltı gülür də...
Deyir “dəyirman baş ağrıdır, çaxçax öz işində”. Burada çax-çax biz media qurumları oluruq. Nə isə, keçək mətləbə...

Bir neçə gün əvvəl gecə saatlarında “Bakı Taksi Xidməti”-nin xidmətindən istifadə edim. Bilirsiniz nəyi deyirəm? “Rahat və komfortlu olduğu" deyilən “London” taksilərinin qırmızısı var ha, onların xidmətindən. Düşündüm nə olar, bir gün biz də “ağ insanlar kimi” lüks həyat yaşayaq. Deməz olaydım. Yaxınlaşıb qiymətlərlə maraqlandım.

“London” taksinin sürücüsü gedəcəyim yeri soruşdu, dedim. Adətən, getdiyim ünvana ən baha aparan taksilər belə 15 manatdan artıq qiymət demir. Ürəyimdə düşündüm ki, uzağı bu taksi istəsin 20-25 manat... Ləng davranış sərgiləyən sürücü mənə dedi ki, gedəcəyim yerə məsafə çox uzaqdır və bu mənə çox baha başa gələcək. Mən də cavab verdim ki, “qardaş rayona getmirəm ki, Bakıda daxilindədir, qiymət danışaq”. Bu vaxt sürücü mənə bildirdi ki, “bu taksinin yerindən tərpənməsi 40 manatdır”. Eşitdiyim qiymətə inanmayıb təkrar soruşdum ki, “gedəcəyim ünvana 40 manata aparırsınız?” Sürücü dedi, “yox sadəcə, taksiyə minirsən 40 manat yazılır, sonra kilometrə görə hesablanır”...

Kənara çəkilib avtomobilə baxdım, yəni bildiyiniz “London” taksisi, xüsusi əlavəsi, artırması, lifti, yumşaq yatağı və s. olmayan taksi... Dedim yəqin əcnəbilər üçün nəzərdə tutulub. Sürücülər susdular. Sonra digər taksi sürücüləri ilə söhbətləşdim. Onların sözlərinə görə,“London” taksi sürücüləri hər gün 70 manat plan verdiyi üçün qiymətlər belə “ceyran belindədir”.

“Bakı Taksi Xidməti” haqqında hava limanının saytında yazılan məlumatlara nəzər saldım. Saytda xüsusi qürurla qeyd edilib ki, “Bakı Taksi Xidməti” yeganə dövlət taksi xidmətidir. Sonra isə, taksilərin duracağı, sifariş etmə və s. haqında məlumatlar var. Qiymətlərə gəldikdə isə, bu barədə konkret rəqəm yazılmayıb.

Yəqin sürücülərə tapşırılıb ki, gözünüzü yumub qiymət oxuyun, “kim yeyər, yeyər” və yaxud “yesələr də budur, yeməsələr də”… Saytda həmçinin qeyd edilib ki, “Bakı Taxi” müştərilərinə TX4 və LEVC TX markalı “London Taxi” minik avtomobilləri ilə xidmət göstərir. Xatirinizdədirsə, bu avtomobillərin qiymətləri haqqında yazmışdıq bir müddət öncə.

Sonda sürücülər xüsusi olaraq qeyd etdilər ki, bu taksilər aeroportun taksiləridir. Düzü, onlar qiyməti dedikdən sonra həmin yolu 12 manata aparan sürücülərə minnətdarlıq etmək gəldi içimdən. Sonra da düşündüm ki, Bakı Taksi Xidməti dövlətindir və aeroporta məxsusdur. Aeroport isə Cahangir Əsgərovun biznesidir. Belə çıxır ki, Bakı Taksi Xidməti də müəllimin biznesinə daxildir. Bəlkə də “AZAL”-ın qiymət siyasəti eynilə “Bakı Taksi Xidməti” taksilərinə də tətbiq edilir. Yoxsa özünüz düşünün 40 manata yerindən tərpənən taksi olar?

Bir də maraqlı başqa sual var: “Bakı Taksi Xidməti” dövlətindir, “AZAL” da dövlətindir və eyni qiymət siyasəti aparılır. Bəlkə biz bilmirik, elə dövlət dediyimiz Cahangir Əsgərovun özüdür?

Qeyd edək ki, Bakı Taksi Xidmətinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olduğu deyilir. Məsələ ilə bağlı nazirliyə sorğu ünvanladıq. Cavabı olarsa, sizinlə paylaşacağıq. Mövzunu davam etdirəcəyik.
Bizimyol.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58
Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru