Kəmaləddin Qafarova MANDATI KİM VERİB?.. - Dövlətə necə kələk gəlinir?
Tarix: 14-06-2022, 11:05 | Çap et
Bir neçə gün öncə Milli Məclisdə “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində millət vəkili Faziil Mustafa ölkədə dərman sənayesi və xərçəng xəstələrinin probleminə toxunub.
Kamaləddin Qafarov deputat yoldaşının sözündən dərs götürdümü?
F.Mustafa çıxışında bildirib ki, Azərbaycanda onkoloji xəstələr zülüm çəkir, pulu olan başını götürüb gedir Türkiyəyə, Almaniyaya, pulu olmayan burda qalıb ölür:
“Həqiqətən də onkoloji xəstələr üzrə vəziyyət acınacaqlıdır. Burda xidmətin səviyyəsini normal etsək də, pulu olmayan insan bunu əldə edə bilmir. Onkoloji xəstələrin müalicəsi İcbari Tibbi Sığortaya daxil edilməlidir ki, imkanı olmayan vətəndaşlar bundan yararlana bilsin. Bizdə dərmanların keyfiyyəti zəif, qiymətlər də bahadır. Azərbaycan və Türkiyəyə bir millət, iki dövlət deyilir. Bəlkə dərman sənayemizi də birləşdirək? Bir millət, bir dərman, İki dövlət olaq”.
Fazil bəyin çıxışını dinləyənlər arasında yəqin ki, Milli Məclisinin deputatı, parlamenin Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov da olub. Bu şəxsi cumhuriyyet.az olaraq xüsusi olaraq ona görə qeyd edirik ki, cənab Qafarov “seçkili” vəzifə ilə bərabər həm də təyinatlı vəzifə sahibidir: o, Milli Onkologiya Mərkəzinin Baş direktorunun (Cəmil Əliyev) müavinidir. Bununla da yekunlaşmır. 9 saylı Binəqədi ikinci seçki dairəsinin mandatını qalmaqalı seçki proseindən sonra ələ keçirən K.Qafarov həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğuldur və bu sahibkarlıq birbaşa dərman sənayesi ilə bağlıdır. Yəni F.Mustafanın sözlərindən dərs çıxarmalı şəxs Kamaləddin Qafarov olmalı idi…
Konstitusiyanı saymayan deputata nə təsir edər ki?..
Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin 2-ci bəndinə əsasən, “icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər”.
Konstitusiyamızın 89-cu maddəsinin 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı “dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla)” deputat mandatından məhrum edilir.
Qafarovun Onkologiya Mərkəzində xüsusi qaydalar
Ölkə mediasında yer alan iddialar onu göstərir ki, Respublika Milli Onkologiya Mərkəzi xəstələrə açıq bazar prinsipi ilə yanaşır və istədikləri qiyməti tətbiq edirlər. Rüşvət almaqla bərabər, yanlış müalicə, yanlış dərmanlar xəstələrin sağlıq durumunda daha ağır fəsadlara gətirib çıxarır. İş o həddə gəlib çatıb ki, çəkinmədən çox zaman sağlam insana belə onkoloji xəstə diaqnozu qoyulur və xəstə bilavasitə soyulur. Əbəs yerə Milli Onkologiya Mərkəzi xalq arasında “qəssabxana” adlandırılmır. Dəfələrlə xəstələrin şikayətlərinə baxmayaraq,bu gün də bu mərkəz xəstələrdən rüşvət almaqda davam etməkdədir.
Ölkə tərəfindən, onkoloji xəstələr pulsuz dərman preparatları ilə təmin olunmur, xəstələr pulsuz müayinədən keçirilirmir və müalicə olunmur. Xəstəyə rüşvət alındıqdan sonra tibbi xidmət göstərilir. Onkoloji xəstələr dövlət qayğısı ilə əhatə olunmaq əvəzinə, əksinə hökumət tərəfindən soyulur. Bütün bu özbaşınalıqlar, rüşvət olayları dəfələrlə mediya tərəfindən işıqlandırılmasına baxmayaraq, problem hələ də öz həllini tapmamışdır. Naşı, savadsız, ixtisaslaşmamış həkimlərin qoyduğu yanlış diaqnozlar, yanlış müalicələr xəstələrin həyatı ilə oynamaq və xəstələrdən açıq şəkildə rüşvət tələb etmək cinayət deyil də bəs nədir?
Bütün bu qanunsuzluqların və rüşvətin hökm sürdüyü səhiyyənin bərbad şəraitdə olmasından dolayıdır ki, hər il xərçəngdən əziyyət çəkən on minlərlə onkoloji xəstə vətəndaşlarımız müalicə almaq üçün xaricə üz tuturlar. Bu gün mən tam əminliklə söyləyə bilərəm ki, Azərbaycan Milli Onkologiya Mərkəzində bir nəfər də olsun pulsuz müayinə və müalicə olunmur. Deputatın rəhbərliyində təmsil olunduğy Milli Onkologiya Mərkəzində rüşvət alma, daha doğrusu boğa-boğa soyulma ilə bağlı məlumatları cumhuriyyyet.az olaraq diqqətinizə çatdırırıq:
1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.
2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterapiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.
3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinələri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.
4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.
5. Qan analizi, UZİ, kardeoqrammanın qiyməti 20 manat olaraq müəyyənləşib. Bu mərkəzin bir tibb ocağı olaraq ağır durumda olan və yaşamaq şansı daha az olan xəstələrə qarşı həssas və qayğı ilə yanaşmaqdansa, həyasızcasına vicdanını pula sataraq xəstələrdən rüşvət tələb etməsi ağlasığmaz cinayət əməlidir. Bu cinayət əməllərini törədənlər qanun önündə cavab verməlidirlər!
Dövlətə necə kələk gəlinir?
Kamaləddin Qafarov həmçinin “AzəriMed” şirkətinin rəhbəridir. Milli Onkologiya Mərkəzi (MOM) qanunla müəyyən olunmuş qaydaları aşkarcasına pozaraq, “AzəriMed” şirkəti ilə heç bir tender olmadan 43 milyon manatlıq alqı-satqı aparıb. Təsəvvür edin, Kəmaləddin Qafarov həm dövlətin 43 milyon vəsaitini verib-alandır, həm də öz şirkətinin 43 milyon manatlıq malını satan. Loru dildə desək, Kəmaləddin Qafarov özü özü ilə müqavilə bağlayır. Bu tender faktlarını da cumhuriyyet.az diqqətinizə çatdırır:
Milli Onkologiya Mərkəzi (MOM) 2018-ci lin avqust ayının 3-də “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq ($5 mln. 952 min) müqavilə imzalayıb. Bu tərəflər arasında həmin il bu məqsədlə imzalanmış sayca beşinci oxşar müqavilə olub, baxmayaraq ki, müalicə müəssisəsi sözügedən il cəmi bir alqı-satqı müsabiqəsi keçirib.
2018-ci ilin yanvar ayından etibarən MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.
2019-ci ildə Azeri Med MMC və Milli Onkologiya Mərkəzi (MOM) arasında baş tutan tender sövdələşmələri:
05.02.2019-cu il tarixdə: “52,864”AZN 19.02.2019-cu il tarixdə: 1,0200000 AZN 2020-ci ildə Azeri Med MMC və Milli Onkologiya Mərkəzi( MOM) arasında baş tutan tender sövdələşmələri: 30.01.2020-ci il tarixdə: 5.999.916.69 AZN.
Təsəvvür edirsiniz, Kəmaləddin Qafarov Onkologiya Mərkəzinin direktor müavini olaraq dövlətin ayırdığı milyonları öz şirkətinin hesabına keçirir, oradan isə mal, dərman alıb təzədən Onkologiya Mərkəzinə satır.
Deputat bir müddət öncə yarım milyonluq tender də udub. Bəli, Dövlət Sərhəd Xidməti (DSX) “Azeri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə ümumi maliyyə dəyəri 441 703.85 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb.
Kəmaləddin Qafarov təkcə dərman satmır, ev, mənzil də satır. Bəli, Kəmaləddin Qafarovun “VERSAL PALACE” MTK-sı Bakı şəhərində, Ağ Şəhərdə binalar tikir, bahalı mənzillər satır.
Nəsə əlavə etməyə ehtiyac varmı? Bəs, bu ölkənin qanunları, müvafiq dövlət qurumları hara baxır ?
ZƏRURİ QEYD: Kamaləddin Qafarov Bakıda doğulub, məktəbi bitirib və sonda hansı yollasa Naxçıvanda universitetə daxil olub. Bakıda doğulan, burda böyüyən 17-18 yaşlı gənc necə olub ki, gedib Naxçıvanda oxuyub ? Kəmaləddin Qafarovun rəsmi tərcümeyi-halında qeyd olunur ki, o, Naxçıvanda meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Yəni bu adam kələmdən, soğandan, badımcandan, xiyardan, yəni tərəvəzdən ali təhsil alıb və indi ölkənin ən strateji səhiyyə müəsisəsinin rəhbərlərindən biridir. Eyni məntiqlə dünənədək “lal deputat” kimi tanıdığımız bu şəxs son vaxtlar silsilə xarakter alan politoloji təhlilləri ilə (bu təhlillərin kim tərəfindən və necə yazıldığı haqda növbəti yazımızda bəhs edəcəyik) nazir postuna da iddia edə bilər… //cumhuriyyet.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
|