Azərbaycanda mühəndisliyin kökünə BALTA VURAN ADAM... - İTTİHAM VAR!
Tarix: 9-06-2022, 14:50 | Çap et
Azərbaycan dilinin frazelogiya lüğətində “başında turp əkmək”, “başında qoz sındırmaq” kimi ifadələr var. Yəni mənası kiməsə, nəyəsə problem yaratmaqdır. Amma Azərbaycan dilinin frazelogiya lüğətində “başında arpa əkərəm” ifadəsi olmayıb. Bunu ilk dəfə dilimizə cənab Havar Məmmədov gətirib. Söhbət 2000-2016-cı illərdə, yəni 16 il Azərbaycan Texniki Universitetinə ( ATU ) rəhbərlik etmiş Havar Məmmədovdan gedir. Hamıya məlumdur ki, ATU-nun idman zalını it boğuşduranlara icarəyə verib pul qazanan bu adam sonradan Qafqaz Universitetinin, yəni Bakı Mühəndislik Universitetinin rektoru oldu. Turp, qoz və arpa məsələsi haradan ağlımıza gəldi deyim, oxucular da bilsin. Deməli, Havar Məmmədovla bağlı ən sonuncu xəbərdən bəlli olur ki, rektor universitetin həyətində arpa-buğda əkəcək. Bəli, xəbər saytları az qala sensasiya kimi təqdim edir ki, Bakı Mühəndislik Universitetinin ( BMU ) həyəti satılır, kirayəyə verilir və s. Və bu barədə elan saytlarında xəbər yerləşdirilib. Hətta elanın fotosu sosial şəbəkədə paylaşılıb. Belə ki, elanda 20 hektara yaxın ərazinin əkinə yararlı olduğunu, orada arpa, buğda əkməyin mümkünlüyü qeyd olunub. Əslində burada təccüblü, sensasiyalı nə var ki ? BMU-nun rektoru Havar Məmmədovu tanıyanlar gözəl bilir ki, bu adam alim, ziyalı olmaqdan çox satmaqla məşğul olub, yəni biznes adamıdır. Qısa məlumat üçün qeyd edək ki, BMU 2016-cı il tarixində, ləğv olunmuş Qafqaz universitetinin bazasında yaradılmışdır. Havar Məmmədovun keçmişini bilənlər bilir ki, onun Azərbaycan təhsilinin başına nəinki turp, hətta arpa əkməsi təəccüblü deyil. Bilməyənlər üçün xatırladaq ki, əslən İmişlidən olan Havar Məmmədov heç vaxt elm adamı olmayıb, daha çox “komsorq”, “partkom”, təlimatçı-instruktor kimi fəaliyyət göstərib. Belə bir adamı nəinki Qafqaz Universitetinə, hətta Texniki Universitetə də rektor qoymaq olmazdı. Bəli, Havar Məmmədov Texniki Universitetdə axşam və qiyabi təhsil üzrə prorektor olanda tələbələrin hesabına nələr qazanmadı? 16 il il ATU-da rektor olduğu müddətdə milyonlar qazanıb, oliqarxa çevrildi. Təsəvvür edirsiniz rektorun marketləri var. Adama deyərlər ki, rektor hara, market hara ? Bu adamdan soruşan yoxdur ki, Xocahəsəndəki dəmir beton zavodunu hansı pulla almısan ? Bəs 4 milyonluq villanı necə? Əlbəttə, universitetin təmirinə ayrılmış pulların hesabına Novxanıda özünə villa tikdirdin. Bəlkə Heydər Əliyev Məscidinin yaxınlığında, “milyonçular məhəlləsi” deyilən ərazidəki 6 milyon dəyəri olan 3 mərtəbəli villanın hesabını soruşaq ? Bax, istintaq Havar Məmmədovdan bunları soruşmalıdır . Biz hələ “kafi”, “yaxşı”, “əla” qiymətləri neçəyə yazması, barədə yazmırıq, çünki bunlar Havar müəllim üçün “xırda summa”lardır. Yuxarıda qeyd etdiyimiz suallara aydınlıq gələndən sonra hamıya bəlli olacaq ki, Havar kimi birisini Qafqaz Universitetinə rektor qoymaq həqiqətən də təhsilimizə ironiyadır. Niyə..? Bütün Azərbaycan bilirdi ki, Fətullah Gülən söhbətini kənara qoysaq, Qafqaz Universitetində 1 manat rüşvətdən danışmaq olmazdı. Universitetin rektoru Əhməd Sanıç tələbələrlə bir yerdə yeməkxanada nahar edirdi, tələbələrlə birgə liftlə qalxırdı. Yəni bu qədər demokratik mühit. Təəsvvür edirsiniz, Havar Məmmədov tələbələrə pul mənbəyi kimi baxıb. Havar Məmmədov ATU-da rektor olarkən “3” qiyməti 50 manata, “4” qiyməti 80 manata, “ 5” qiyməti 120 manata satılırdı. Dövlət imtahanlarının qiyməti 500 manat idi. Belə birisini rüşvətin olmadığı məkana rəhbər təyin etmək, vallahi, böyük günahdır. Rektor Havar Məmmədovdan niyə soruşan yoxdur ki, “Saba Gars” avtomobil mərkəzini hansı pulla almısan..? Yaxud Havar Məmmədov “MakroMarket” mağazalar şəbəkəsinə necə 50 faiz şərik olub..? Bunlar hələ bizim bildiklərimizdir. Havar Məmmədovun nə qədər bilmədiyimiz, yaxud qohumlarının adına olan əmlakı, obyektləri var. Sual oluna bilər ki, rektor dövlətdən konkret maaş alır, bütün bunlar hansı pulla əldə edilib. Nə isə… Deməli, BMU-nin rəhbərliyi medianın suallarına həmişə belə cavab verir: Bu barədə məlumatımız yoxdur. Görəsən Havar müəllimin bəs nədən xəbəri var ? Bəlkə, BMU-də tədris müdiri ilə cavan müəllimənin məsələsindən də Havar müəllimin xəbəri yoxdur ? Bəlkə, BMU-da mühafizə rəisi ilə xanımın dostluğundan, bəlkə, idman müəlliminin 1-ci kurs tələbəsi qıza təklifindən də xəbəri yoxdur, Havar Məmmədovun ? İndi gördünüzmü, təəccüblənməyə, sensasiya axtarmağa dəyməz. Əgər eşitsəniz ki, Havar Məmmədov universitetin binasını satıb, qəti təəccüblənməyin. Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
|