Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                 

Talıbovun XANƏDANI SON GÜNLƏRİNİ YAŞAYIR... - İLGİNC GƏLİŞMƏ
Tarix: 24-05-2022, 09:55 | Çap et
Talıbovun XANƏDANI SON GÜNLƏRİNİ YAŞAYIR...
23.05.2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalanıb. Maraqlıdır ki, Prezidentin bu Sərəncamı Naxçıvan Muxtar Respublikası sakinlərində xüsusi rəğbət və ümidlə qarşılanıb.

Məsələ onda deyil ki, Sərəncamda Dövlət Komissiyasının üzvləri sırasına MR-in Baş nazirinin müavini də daxil edilib və nəticə etibarilə MR hakimiyyətinə yaralı barmağa məlhəm kimi baxılıb. Dövlət Komissiyasının fəaliyyəti nəticəsində Zəngəzur qapısının açılması və beynəlxalq ticarətin ölkəyə qazandıracağı böyük maliyyə imkanlarının Talıbovlar ailəsinə buraxılmayacağı, bu məntiqlə də “kiçik torpaq”dakı muxtar özbaşınalıq rejiminin tezliklə “sərəncama göndərilməsi” ehtimalı da Naxçıvan camaatını az maraqlandırır. Bölgə əhalisində ən çox ümid yaradan məqam Prezidentin bu Sərəncamında Talıbovlar tayfasına Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğu barədə müəyyən mesajların verilməsidir.

Naxçıvandan Ovqat.com redaksiyasına ünvanlanan bir məktubda bu ümid belə ifadə olunur:

“Son zamanlar yazıları ilə Naxçıvan əhlinin ümidgahına çevrilən hörmətli Ovqat.com redaksiyası, Prezidentin dünən imzaladığı Sərəncamın Muxtar Respublikanın hüquq camiəsində yaratdığı ümid və sevinc hissini sizinlə paylaşmaq ehtiyacı hiss etdik. Odur ki, sözügedən Sərəncamın siyasi əhəmiyyətindən deyil, onun Naxçıvan MR-in harınlamış məmurlarına verilən sətraltı mesajdan danışmaq istəyirik. Bildiyimiz kimi, məlum Sərəncama əsasən yaradılmış Dövlət Komissiyasının üzvləri sırasına Naxçıvan MR-in Baş nazirinin müavini də daxil edilib. Sərəncamın həmin hissəsini olduğu kimi veririk:

“Komissiyanın üzvləri:

-Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini”

İlk baxışdan burada diqqət çəkən heç nə görünmür. Lakin Cənab Prezidentin Naxçıvan MR ilə bağlı imzaladığı əvvəlki Sərəncamlara diqqət yetirsək, orada Naxçıvan Muxtar Respublikası ifadəsinin qarşısında “AZƏRBAYCAN RESPUBLİKASI” ifadəsinə rast gələ bilmərik. Budəfəki sərəncam da isə “Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının” ifadəsi öz əksini tapıb.

Bəli, bu mesajı bəzi qıtbeyinli Naxçıvan məmurları başa düşməyə bilər. Amma zənnimizcə, Cənab Prezident bu təqdimatla Vasif Talıbova və onun komandasına açıq-aşkar bəzi mesajlar verib. Sanki sözügedən mötəbər sənəddə bildirir ki, Naxçıvan Muxtar Respublikası ayrı bir dövlət deyil, Azərbaycan Respublikasının tərkib hissədir.

Azərbaycan Respublikası Konstitusuyasının 134.1-ci maddəsində “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət” olması qeyd edilir. Həmin normanın 6-cı hissəsində isə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir” müddəası öz əksini tapır.

Artıq sirr deyil ki 2022-ci ilin sonlarına doğru referendum keçiriləcəyi və Konstitusiyaya dəyişikliklər ediləcəyi gözləniləndir. Bu referenduma Naxçıvan MR-in statusu və idarəetmə formasının dəyişdirilməsi ilə bağlı mühüm məsələlərin çıxarılacağı aşikardır. Ümid edirik ki, tale artıq biz naxçıvanlıların da üzünə güləcək.

Naxçıvanlılar zamanında Ulu Öndər Heydər Əliyevə qucaq açaraq onu qorumuşlar. İndi də naxçıvanlılar ölkə rəhbəri cənab İlham Əliyev və birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevanın yürütdüyü siyasəti müzakirəsiz dəstəkləyirlər.

Biz naxçıvanlılar cənab İlham Əliyev və xanım Mehriban Əliyeva tərəfindən dövlət strukturlarında aparılan islahatların növbəti mərhələsinin Naxçıvan MR-də həyata keçiriləcəyini inanırıq. Biz inanırıq ki, növbəti mərhələdə Naxçıvandakı mövcud məmur korpusu gənc, intellektual və ölkə rəhbərliyinə sadiq olan yeni kadrlarla əvəz olunacaq, Azərbaycana və onun siyasi iradəsinə bağlı insanlardan formalaşdırılacaq.

Cənab İlham Əliyev və xanım Mehriban Əliyeva tərəfindən sözdə “Naxçıvan klanı” adlı qrupun neytirallaşdırılması istiqamətində son tamamlama işlərinin görüldüyünə inamımız böyükdür. Haqqında bəhs etdiyimiz Sərəncamdakı incə mesaj da ümidlərimizi artırır”.

Redaksiyamıza ünvanlanan bu məktubda Naxçıvan sakinlərinin ümidlərinin nə qədər əsaslı olduğunu deyə bilmərik. Yəqin ki, yaxın zamanlarda bu ümidlərin doğrulub-doğrulmayacağı ortaya çıxacaq. Bizim üçün maraqlı olan budur ki, dövlətçi şüura malik Naxçıvan camaatı Vasif Talıbovun sülalə hakimiyyətindən bir an öncə yaxa qurtarmaq istəyir və bütün ümidlərini paytaxtdan gələcək Sərəncamlara, Fərmanlara bağlayıb. Hətta bu Sərəncamlardakı hər hansı söz, cümlə, vurğu işarəsi belə onların ümidlərini cücərdir.

Bu zamanadək “dövlət xadimlərinin məsləhəti belədirsə, hər zillətə qatlanarıq” məntiqi ilə susan insanların səbrinin də bir həddi var və Azərbaycan hakimiyyəti Naxçıvandan gələn mesajları düzgün qiymətləndirməli, zülmlə imtahana çəkilən vətəndaşlarını çox intizarda qoymamalıdır. Əks halda bu misli-bərabəri görünməyən ümid hissi də hər keçən gün əriyib yoxa çıxa və insanların dövlətə, onun rəhbərliyinə olan sayqısı sarsıla bilər.
//ovqat.com//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58
Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru