Penitensiar Xidmət niyə uçurumun dibindədir? - AKTUAL
Tarix: 25-02-2022, 15:19 | Çap et
Azərbaycanda aparılan köklü islahatlar prosesi, dövlət qurumlarında şəffaflığın artırılması və vətəndaş-dövlət münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər Ədliyyə Nazirliyindən də yan keçməyib.
İqtisadi-sosial, siyasi və kadr islahatları İkinci Qarabağ Müharibəsindən əvvəl başlasa da, müharibədən sonra yeni və daha funksional bir mərhələyə qədəm qoyub. On illər boyu yüksək post tutan ölkənin ən iri ranqlı məmurları müharibədən öncə Dövlət başçısı tərəfindən görəvlərindən alındılar. Proses bu gün də davam edir. Demək olar ki, bu müddət ərzində Azərbaycanda hökumət üzvlərinin (nazirlər, komitə sədrləri) əksəriyyəti öz vəzifəsini itirib. Hətta onların içərisində hazırda həbsxanada cəza çəkənlər də var. Lakin ölkədə aparılan kadr islahatlarından hələki kənarda qalan yüksək vəzifəli şəxslər də az deyil. Onların içərisində FHN rəhbəri Kəmaləddin Heydərov, Ədliyyə naziri Fikrət Məmmədov, Maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın rəhbəri Elmar Rüstəmov ilk yerdə qərarlaşır. Bu şəxslərin rəhbərlik etdikləri qurumların fəaliyyətinin təhlili müxtəlif mövzuların predmetidir. Vətəndaş-dövlət münasibətlərinin hüquqi aspektlərinin həssaslığını nəzərə alaraq, ilk olaraq Ədliyyə Nazirliyinin fəaliyyətinə toxunmaq daha məqsədəuyğundur.
Son illər Ədliyyə Nazirliyinin fəaliyyətindəki müsbət dönüşü müşahidə etmək elə də çətin deyil. “Elektron-məhkəmə” informasiya sisteminin yaradılması ədalət mühakiməsinin səmərəliliyini artırıb, vergi, sığorta, aliment və digər borclar üzrə məhkəmə qərarlarının çevik icrası təmin edilib. Daha məhkəmələrin uçuq-sökük, vahiməli divarları insanlarda əlavə psixoloji gərginlik yaratmır, müasir məhkəmə iclas zalları yaradılıb, “Mobil notariat” sisteminin tətbiqi hüquqi xidmətin keyfiyyətini artırıb. Məhkəmə-hüquq sistemi özünün praktiki və nəzəri görkəmini tamamilə dəyişib, icra-probasiya nəzarəti sahəsində möhkəm tədbirlər sistemi qurulub. Ədliyyə naziri F.Məmmədovun sədrlik etdiyi Məhkəmə-Hüquq Şurası süründürməçiliyə görə xeyli sayda hakimi cəzalandırıb. Eyni zamanda, şəxsən nazir F.Məmmədovun özü mətbuatla yaxşı iş prinsipləri qurub.
Ancaq bütün bu uğurlarla yanaşı, Ədliyyə Nazirliyinin müsbət fəaliyyətini və imicini məqsədli şəkildə qamçılayan, ümumilikdə isə ölkədəki islahatlar prosesini tormozlayan Penitensiar Xidmətdə heç bir müsbət dəyişiklik baş verməyib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti niyə nöqsanlardan xilas ola bilmir? Maraqlıdır, bu qurumun fəaliyyətində zərrə qədər də olsun müsbət irəliləyiş baş vermir. Penitensiar Xidmətdəki qanunsuzluqlar, hüquq pozuntuları ölkənin beynəlxalq imicini də büsbütün ciddi zərbə altına qoyub. Cəzaçəkmə müəssisələrindəki acınacaqlı durum daha da ağırlaşıb. Tövsiyələr isə nəzərə alınmır. Araşdırmalar nəticəsində üzə çıxarılan nöqsanların aradan qaldırılması üçün beynəlxalq təşkilatların verdiyi rəy də qulaqardına vurulur.
CPT Azərbaycan cəzaçəkmə müəssisələrinə hansı rəyi verib?
İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi (CPT) davamlı olaraq Azərbaycan cəzaçəkmə müəssisələrinə baş çəkir.
CPT sonuncu dəfə 2020-ci ildə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində olub. Komitə məhbusların saxlanma şəraiti, qidalanması, onların hüquqlarının qorunması ilə bağlı ciddi araşdırma aparıb və ciddi nöqsanlar aşkarlayıb. CPT bu nöqsanların aradan qaldırılması üçün tövsiyələr də verib. Amma təəssüflər olsun ki, ötən bu müddət ərzində beynəlxalq qurumun aşkarladığı nöqsanlar aradan qaldırılmayıb. Əksinə cəzaçəkmə müəssisələrindəki hüquq pozuntuları ən pik həddə çatıb. Məsələn, 4 saylı Qadınsaylı Cəzaçəkmə Müəssisəsindəki ciddi nöqsanlar dəyişməz olaraq qalır. CPT-nin əvvəlki səfərləri zamanı aşkarladığı mənfi hallar növbəti səfər zamanı yenidən üzə çıxır, hər dəfə tövsiyələr verilir, amma nəticə olmur.
Bəs CPT-nin aşkarladığı nöqsanların aradan qaldırılmaması bizə nə vəd edir?
İlk növbədə qeyd etmək lazımdır ki, CPT bu sahə üzrə ixtisaslaşmış qurumdur və digər beynəlxalq təşkilatlar üçün mötəbər istinad mənbəyi rolunu oynayır. Araşdırmalar göstərir ki, beynəxalq məhkəmələr üçün ən etibarlı istinad nöqtələrindən biri məhz CPT-dir. Bu o deməkdir ki, gələcəkdə Azərbaycanla əlaqəli hər hansı beynəlxalq məhkəmə qərarı bu qurumun verdiyi rəylər əsasında da formalaşa bilər. Yaxud beynəlxalq qurumlar mötəbər mənbə kimi yanaşdığı CPT-nin hesabatlarından Azərbaycan əleyhinə istifadə edə bilərlər. Ona görə də bu qurumun tövsiyələrinin yerinə yetirilməsi qaçılmazdır. Əks halda ölkənin beynəxlalq imici zərbə altına qoyulur.
Cəzaçəkmə müəssisələrində ölüm və intihar halları artır
Əvvəlki illərlə müqayisədə 2021-ci ildə cəzaçəkmə müəssisələrində ölüm, intihar hallarında artım müşahidə olunur. Məsələn, 2021-ci ildə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində 13 intihar hadisəsi baş verib. Öz-özünə xəsarət halları 242 dəfə qeydə alınıb. Ümumilikdə isə cəzaçəkmə müəssisələrində ölüm faktı 38% artıb.
Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindəki ənənəvi, həll edilməyən, bu gün daha da acınacaqlı hal alan və bizim də dəfələrlə toxunduğumuz nöqsanlarından bir neçəsini qeyd edirik:
- Məhbusların hüquqları kobud şəkildə pozulur. Cinayətkar həbs edilirsə, onun azadlığı əlindən alınır, ancaq onun bütün hüquqları əlindən alına bilməz.
- Narkotik vasitələrdən istifadə xaotik hal alıb. Cəzaçəkmə müəssisələrində narkotik vasitələrdən təkcə məhbuslar istifadə etmir.
- Gigiyena qaydaları, hamam-tualet şəraiti bərbad durumdadır. Hamam pulludur.
- Məhbuslar rüşvət vermədən tibb, ərzaq və digər təminatlardan yararlana bilmirlər. Məhbusun pulu yoxdursa, müalicə ala bilmir və normal qidalanmadan da məhrum edilir.
- Cəzaçəkmə müəssisələrindəki ərzaq köşkləri soyğunçuluqla məşğuldur, onlar məhbusları borclandırır.
- Həbs edilən məmurlara komfort şərait yaradılır, onlara rüşvət müqabilində xüsusi otaq ayrılır, kondisioneri, mebeli, televizoru və s. öz yerində... Pulsuz məhbuslar isə ağır şərtlər altında cəza çəkirlər.
- Məhbusların islah olunması üçün elementar hərəkət belə yoxdur. Onlar cəza müddətlərini başa vurandan sonra daha aqressiv və potensial cinayətkar kimi həbsxanalardan cəmiyyətə transfer edilirlər və s.
Azərbaycan qanunvericiliyində məhbuslarla bağlı “insani münasibətin sərgilənməsi” ən mühüm amil kimi ifadə olunsa da, Penitensiar Xidmət bunun tam əksini reallaşdırır.
Samir Feyruzov Demokrat.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
|