Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                     Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... .....                     Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı .....                     Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı .....                     Hərbi pilotların peşəkarlığı artırılır .....                     Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir .....                     Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... .....                     Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı .....                     Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! .....                     Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib .....                     Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                     Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                 

Quda hakimiyyətinin qayıdışı, iki qardaş klanın hakimiyyət davası, yoxsa Bakının öz namizədi? - Naxçıvan DİN-nin 4 "adaxlısı" var
Tarix: 20-12-2021, 11:49 | Çap et
Quda hakimiyyətinin qayıdışı, iki qardaş klanın hakimiyyət davası, yoxsa Bakının öz namizədi?
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindəki mötəbər mənbələrdən aldığımız son məlumatlar sensasiya doğuracaq mahiyyətdədir.

DİA.AZ ovqat.com-a istinadən xəbər verir ki, ilk sensasion məlumat “gedər-gəlməz” məzuniyyətinə göndərilən “legitim” nazir Fazil Ələkbərovla əlaqədardır. Mənbəmizin iddiasına görə, Fazil Ələkbərov Bakıdan xeyir-dua alaraq, köhnə vəzifəsinə qayıtmağa çalışır və bu istiqamətdə mühüm addımlar atıb. Onun qayıtması isə Naxçıvanda çox daşları yerindən oynadacaq. Bəs, bu “möhtəşəm qayıdış”ın xeyir-duası necə alınıb? Tələsməyin, bu sualın cavabını mənbəmizin bizə verdiyi məlumatların sətir aralarından oxuya biləcəksiniz.

İkinci sensasion məlumat: Sən demə, Naxçıvanda da klanlar imiş və Muxtar Respublikanın Daxili İşlər naziri vəzifəsi uğrunda ən azı 2 klan mübarizə aparır. Bu klanların kimliyi barədə də mənbəmiz təfsilatlı məlumatlar verir.

Üçüncü sensasion məlumat: Naxçıvanın Daxili İşlər naziri postu uğrunda 2 yox, 3, hətta 4 nəfər mübarizə aparır. Şirlərin ağzından yemini almaq istəyən bu şəxslər kimdir?

Bütün bu suallara cavab tapmaq istəyirsinizsə, Naxçıvan Muxtar Respublikası DİN-dəki mənbələrimizdən topladığımız məlumatları diqqətlə oxuyun.

Şərti olaraq “Qara pişik” adlandırdığımız mənbəmizin Ovqat.com-a açıqladığı budəfəki məlumat kiçik bir xatırlatma ilə başlayır: “Əvvəlki məlumatlarda da qeyd etdiyimiz kimi, Naxçıvan dövlət idarəetməsi prinsipləri ilə yox, feodal qaydaları ilə idarə olunur. Muxtar Respublikada öz qabiliyyətin və bacarığın hesabına qabağa getmək şansı çox aşağı səviyyədədir. Əgər qabağa getmək istəyirsənsə sənin mütləq güclü bir “sahibin” olmalıdır”.

"Möhtəşəm qayıdış"

“Qara pişik” onu da xatırladıb ki, Naxçıvan MR Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov hələ də rəsmi olaraq vəzifəsindən azad edilməyib və bu vəziyyət onun qalmaqalsız öz postuna qayıtması üçün münbit şərait yaradır. Mənbəmizin bildirdiyinə görə, Fazil Ələkbərov kreslosunun laxlamasını hiss etdikdən sonra bəzi proflaktik tədbirlər görüb. Onun budəfəki proflaktik tədbirləri də yeni qohumluq əlaqələrinin yaradılmasına hesablanıb. Bəli, düz başa düşdünüz, Fazil müəllim bu dəfə də böyük bir şəxsiyyətlə ailə bağlarını möhkəmlədib. Onun yeni qohumu kim olsa yaxşıdır? Gəlin, bu sualın cavabını bizim “qara pişiy”in dilindən eşidək:

“Fazil Ələkbərov məzuniyyətə göndəriləndən sonra təxminən noyabr ayının əvvəllərində Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilovla quda oldu. Fazil Ələkbərov Rafiq Cəlilovun qızını öz oğluna alıb. Allah xoşbəxt etsin. Görünür, Fazil Ələkbərov vəzifəsini buraxmaq istəmir. Bunun üçün də Rafiq Cəlilov ilə quda olmağa üstünlük verib. Rafiq Cəlilovin xidmət xronologiyasına baxsaq, görərik ki, Cənab Prezidentin etimadını doğruldan kadrdır. Rafiq Cəlilovun yuxarı dairələrlə kifayət qədər isti əlaqəsi var. Buna görə də Fazil Ələkbərovun yenidən vəzifəsinin başına qayıtması gözlənilir”.

Bəs, bu “möhtəşəm qayıdış” Naxçıvan idarəçiləri üçün hansı perspektivlər vəd edir?

Mənbəmizin ehtimalları:

“Əlbəttə ki, budəfəki qayıdış “xan”ın iradəsi xaricində olacaqdır. Bundansa ilk növbədə, Naxçıvan MR-ın “boz kardinalı” kimi tanınan Azər Zeynalov, “kiçik torpağ”ın “Gestapo”su Cəlil Rüstəmov və özünü Azərbaycan Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovla bir tutan, hazırda Naxçıvan MR Daxili İşlər naziri əvəzi vəzifəsini icra edən Rəşad İsmayılov çox qorxur. Çünki Fazil Ələkbərov yenidən vəzifəsinə qayıtsa, Naxçıvanda çox daşlar yerindən oynayacaq. Fazil müəllim bu dəfə fərqli gələcək. Ən azı o səbəbdən ki, birbaşa Bakının xeyir-duasını alıb. Bir sözlə, bu qayıdış həqiqətən də möhtəşəm olacaq.

Rəşad İsmayılov “xan”ın da gözündən düşüb

Üstəlik, Fazil müəllimin Azər Zeynalov, Cəlil Rüstəmov və Rəşad İsmayılovun bütün maxinasiyalarından xəbəri var. F.Ələkbərovun qaydışının qarşısını almaq üçün, Azər Zeynalov və Cəlil Rüstəmov cənab Vasif Talıbovu inandırmağa çalışır ki, Daxili İşlər naziri vəzəifəsinə Rəşad İsmayılovdan bacarıqlı kadr təyin oluna bilməz. Lakin cənab Talıbov isə Rəşad İmsayılovu Daxili İşlər nazirinin müavini vəzifəsinə təyin etməkdən peşman olduğu sezilir. Çünki, Rəşad İsmayılov zəif kadrdır. Rəşad İsmayılovun idarəetmə qabiliyyəti yoxdur. Və ən əsası, Rəşad İsmayılov Azər Zeynalov və Cəlil Rüstəmovun “piyon”udur. Onlar hara desə Rəşad İsmayılov o tərəfə meyllənir. Rəşad İsmayılovun müstəqil qərar qəbul etmək səlahiyyəti yoxdur. Rəşad İmsayılovun səriştəsizliyi isə yavaş-yavaş cənab Talıbova da bəlli olub. “Qara pişiy”in dediyinə görə, “xan” həzrətlərinin gözünün açılmasında bizim Ovqat.com-un da xidmətləri az olmayıb və buna görə Naxçıvan rəhbərliyinin əslində bizə minnətdarlıq borcu var.

Naxçıvan klanları və klanlararası mübarizə

“Qara pişiy”in bəlkə də ən sensasiyalı məlumatı Naxçıvan klanları barədədir. Sən demə, Azərbaycanda olduğu kimi, Naxçıvanda da klanlar mövcuddur: “Burada əsasən iki klan hökm sürür: Rza Talıbov və Vüqar Abbasov klanları. Rza Talıbov Vasif Talıbovun oğludur. Vüqar Abbasov isə “Cahan Holdinq”in prezidenti və Ali Məclisin deputatıdır. Fazil Ələkbərov nazir səlahiyyətlərini icra etdiyi dövrdə Mühafizə Polisi Şöbəsinə öz əmisi oğlu Nicat Ələkbərovu təyin etmişdi. Lakin Fazil Ələkbərovun ayağı büdrəyən vaxt, Rəşad İsmayılov dərhal Nicat Ələkbərovu aradan götüzdürdü. Bəs Nicatın yerinə kim təyin olundu? - təqaüddə olan Gündüz Qarayev adlı sabiq polis əməkdaşı”.

Bəs Gündüz Qarayevi təqüddən geri çağırmağa nə gərək var idi? Məgər Naxçıvan DİN-də nazir vəzifəsinə təyin etməyə başqa adam yox idi?

Mənbəmizin bildirdiyinə görə, məsələnin məğzi başqadır: “Gündüz Qarayevin Rza Talıbovla yaxın münasibəti var. O, təqaüddən geri çağrılmazdan əvvəl isə “Cahan Holdinq”də təhlükəsiziliyin rəisi işləyirdi. Dolayısıyla Vüqar Abbasov ilə də yaxın münasibəti var. Gündüz Qarayevin təklifini də xana məhz bu iki şəxs - Rza Talıbovla Vüqar Abbasov verib. Gündüz Qarayevin “Cahan Holdinq”ə verilməsində əsas məqsəd də elə bir müddət təcrübə yığıb daha sonra Daxili İşlər naziri vəzifəsinə təyin olunması imiş. Axı harda görülüb ki, mayor rütbəsində olan qarovulbaşını nazir qoysunlar?

İki qardaş – iki klan: “Kiçik torpağ”ın böyük oyunları

İddialara görə, hal-hazırda Naxçıvanda Daxili İşlər naziri postu uğrunda, 2 nəfərin, deməli həm də 2 klanın mübarizəsi gedir: Seymur-Azər- Cəlil üçlüyünün namizədi Rəşad İsmayılov və Rza-Vüqar cütlüyünün namizədi isə Gündüz Qarayevdir.

Bakının isə öz namizədi var – 4-cü qüvvə

“Qara pişiy”in iddiasına görə, indiyədək haqqında danışdığımız şəxslərin – qardaş klanlarının və Fazil Ələkbərovun bütün ümidləri puç ola bilər. Çünki Fazil Ələkbərov yeni quda münasibətləri ilə Bakının xeyir-duasını almağa çalışsa da, iki qardaş Talıbovun bir nazir postu uğrunda amansız mübarizəsi getsə də, paytaxtın bu Naxçıvan MR DİN barədə öz planları var:

“Muxtar Respublika külislərində yayılan söhbətlərə görə, Daxili İşlər naziri vəzifəsinə 4-cü namizədə tapşırıla bilər. Bu isə Bakının namizədi Zahid Gözəlovdur.

Bakının namizədi kimdir?

Zahid Gözəlov Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində xidmət edir. 2004-cü ildə Polis Akademiyasını bitirib. Polis Polkovnik-leytenantıdır. Zahid Gözəlov həm şəxsi keyfiyyətləri, həm də peşəkarlıq baxımından rəhbərliyin rəğbətini qazanan polis zabitidir. İdarəetmə qabiliyyətinə də söz ola bilməz: dövlətçiliyə sədaqətli, vicdanlı, savadlı, dürüst, bacarıqlı, insandır. Haliyyədə Naxçıvanda bu keyfiyyətlərə cavab verən 3-5 kadr olar, ya olmaz; onlardan biri də Zahid Gözəlovdur. Rəşad İsmayılov kimi qeyri-peşəkar, Gündüz Qarayev kimi “başqarovuldan”sa, Zahid Gözəlov kimi soyadının haqqını verən gözəl bir insanın nazir vəzifəsinə təyin olunması daha məqsədəmüvafiqdir”.

İnformasiya qaynağımızın fikrincə, kimliyindən asılı olaraq, bu 3 namizdədən hər hansı birinin nazir vəzifəsinə təyinatından əvvəl Azərbaycan Respublikası Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazovun Naxçıvan DİN-ə kompleks yoxlama göndərməsi daha məqsədəuyğun olardı: “Çünki Naxçıvanda polis hörmətdən salınıb və Daxili İşlər Nazirliyində çox qanunsuz faktlar vardır. Naxçıvan polisində dönüş yaratmaq və Muxtar Respublikanın özbaşına məmurlarının təsirini minimuma endirmək yalnız paytaxtın bölgəyə nəzarəti sayəsində mümkündür. Əks halda, “xanlıq” rejiminin MR DİN-ə özbaşına müdaxilələrinə son qoyulmasa, polis orqanlarında yenə “köhnə hamam, köhnə tas” rejimi hökm sürəcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru