Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... - NƏ BAŞ VERİR?
Tarix: 16-12-2021, 12:23 | Çap et
Məlum olduğu kimi, Azərbaycanın xalq artisiti Həsən Ağasoy özünün vatçap səhifəsində qələmə aldığı ərzi-gileyinin qurbanına çevrilib. Belə ki, 7 ay əvvəl xalq artisti paylaşdığı statusunda korrupsioner məmurların ölkəni talamasından gileylənmiş, sadə insanların çətinliklə dolandığını bildirmiş və bu cür ədalətsizliklərə son qoyulmasını tələb etmişdi. DİA.AZ xəbər verir ki, bu barədə ovqat.com məlumat yayıb. “Xan” sarayının çuğulçuları bu ərzi-gileyi dərhal kopyalayıb Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova çatdırmış, “Cənab Sədr”in qərarı isə xeyli acımasız olmuşdu: dərhal işindən qovulsun, ömrünün axırına qədər Naxçıvan küçələrində ac-yalavac gəzsin, yaratdığı bütün əsərlər arxivlərdən silinsin.
Naxçıvan “xan”ının fitvasından sonra Muxtar Respublikanın əlaqədar qurumları hərəkətə keçmiş, ilk növbədə xalq artisti işlədiyi Cəlil Məmmədquluzadə adına Naxçıvan Musiqili Dram Teatrına çağırılaraq, ondan öz xoşuyla işdən çıxması haqqında ərizə yazması tələb olunmuşdu. Əks halda xüsusi maddə ilə işdən qovacaqları mədəniyyət xadiminin diqqətinə çatdırılmışdı. “Könüllü” ərizə yazmaqdan imtina edən Ağasoy daha sonra Naxçıvan MR Mədəniyyət Nazirliyinə çağırılmış və bu “könüllüyün” məcburi olduğu ona bildirilmişdir. Yaxşı-yaxşı fikirləşməsi üçün xalq artistinə bir gün möhlət verilmişdi. Nəhayət, “xan” repressiyaları qarşısında ağ bayraq qaldıran H.Ağasoy yaxınlarını qorumaq naminə işdən çıxarılması barədə “könüllü” ərizənin altına imzasını atmışdı. “Xan” rejiminin xalq artistinə basqıları bununla da məhdudlaşmamışdı. 7 ay evində ac-susuz saxlanılan Həsən Ağasoyun işinə bərpa olunması üçün Vasif Talıbova ünvanladığı çoxsaylı şikayət məktubuna Naxçıvan MR Ali Məclisindən, nəhayət, cavab gəlir. Xalq artistinə zəng edən Ali Məclisin Tural adlı sözçüsü ona bildirir ki, Musiqili Dram Teatrda işə bərpa sevdasından əl çəksin, yeni işlə təmin olunmaq üçün zəhmət çəkib dövlət qulluğu imtahanına hazırlaşsın. 63 yaşlı Həsən Ağasoy özünün xalq artisti olduğunu xatırladıb gənc mədəniyyət xadimlərindən əslində onun imtahan götürməsinin daha ədalətli olmasını bildirməsi, görünür, Ali Məclisin sözçüsü tərəfindən də haqlı qəbul edilmiş və ona növbəti “səmərəli təklif verilmişdir: yeni işlə təmin olunması üçün zəhmət çəkib Muxtar Respublikanın Məşğulluq İdarəsinə müraciət etsin. Qarşısında yeni fürsətlərin doğduğunu düşünən xalq artisti işsiz oğlunu da götürüb Naxçıvan MR Məşğulluq İdarəsinə yollanmışdı. İdarədə ona “adına, şan-şöhrətinə layiq” işlər siyahısı təqdim olunmuşdur: hansısa “JEK”də süpürgəsi, istixanada gözətçi, bir çox müəssisələrdə santexnik və s. Di gəl ki, “xan” həzrətlərinin bu “humanist səmərəli təkliflərini” özünə hörmətsizlik kimi qiymətləndirən “nankor” xalq artisti ona göstərilən siyahıdakı iş yerlərinin heç birini bəyənməyib evinə qayıtmışdı. Ardınca da daha yeni sürprizlərlə qarşılaşmışdı. Naxçıvan TV-nin ekranlarında nümayiş etdirilən televiziya filmlərinin hamısından öz səsinin başqa aktyorun səsi ilə dəyişdirildiyini görən xalq artisti daha sonra hətta oynadığı rolların qayçılandığına da şahid olmuşdu. Bir sözlə, mərhum Prezident Heydər Əliyevin xüsusi hörmət bəslədiyi, “xalq artisti” adını verdiyi Həsən Ağasoy işdən çıxarıldığı 7 ay ərzində təkcə çörəklə sınağa çəkilməmiş, həm də mənəvi repressiyalarla üzləşmişdi. Yeganə günahı isə Prezident İlham Əliyevin dəfələrlə çıxışlarında lənətlədiyi korrupsiyaya qarşı mövqeyini ancaq yaxınlarının eşidəcəyi səviyyədə dilə gətirməsi, dolayısıyla dəstəkləməsi olmuşdu. Üstəlik, bütün bunlar Azərbaycanın Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” layihəsinin müzakirələri aparıldığı ərəfədə baş vermişdi. Xatırladaq ki, bu layihə çərçivəsində Avropa ilə inteqrasiya prosesini dərinləşdirmək istəyən tərəfdaş ölkələr, o cümlədən Azərbaycan qarşısında qoyulan şərtlərdən biri də korrupsiya ilə effektiv mübarizədir. Azərbaycanın Naxçıvan bölgəsində isə hətta korrupsiyanı astaca tənqid etmək belə, tarixdən silinəcək qədər ağır cinayət hesab olunur. Bu bölgədə yaşayan ziyalılardan sanki “Yaşasın korrupsioner məmurlar” şüarını səsləndirməsi tələb edilir. Zira korrupsioner məmurların lənətlənməməsinin alternativi ancaq bu şüar ola bilər ki, Həsən Ağasoy da məhz “xanlıq” rejiminin əsla bağışlamayacağı bu cinayəti törətmişdi.
"Xan dostu, amandı, qoyma, gəldi! Didarı yamandı, qoyma, gəldi!
Vay, vay! Deyəsən bəşər deyil bu! Bir şəklə uyan təhər deyil bu!"
M.Ə.Sabir Əldə etdiyimiz məlumata görə, Ovqat.com-un və bir sıra media orqanlarının bu məsələni ictimailəşdirməsindən sonra xalq artisti yenidən MR Mədəniyyət Nazirliyinə çağırılıb. Düşünmək olardı ki, “xan” rejimi sonunda xalq artistinə qarşı aparılan repressiyaların barbarlıq olduğunu anlayıb və öz səhvini düzəltməyə qərar verib. Təsadüfi deyil ki, H.Ağasoyun yenidən Mədəniyyət Nazirliyinə çağrılması xəbəri yayılar-yayılmaz, Muxtar Respublikanın bütün mədəni ictimaiyyəti onun Musiqili Dram Teatrdakı işinə bərpa olunacağını gözləyirdi. Bu gözlənti o məntiqə əsaslandırdı ki, xalq artistinin iş yeri teatr ola bilər. Mənbəmizdən aldığımız məlumatlar isə Naxçıvan MR mədəniyyət xadimlərinin bütün gözləntilərini alt-üst edəcək mahiyyətdədir. Məlumata görə, xalq artistinə bu səfərki təkliflər də əslində hansısa “JEK”də süpürgəçilikdən o qədər də fərqlənmir. Bildirilir ki, xalq artistinə əvvəl Naxçıvan şəhər mərkəzindən 15-20 km uzaqlıqda yerləşən Tumbul və ya Qaraxanbəyli kəndlərindən birində metodist vəzifəsi təklif edilir. Təkliflə razılaşmayan xalq artisti ilə “sövdələşmə” başlayır, sonunda onu Naxçıvan MR Mədəniyyət Nazirliyi yanında Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzdə medotist işinə razı sala biliblər. Xalq artistinin yeni vəzifəsindəki aylıq maaşı 300 manat civarında olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
|