Yardımlıda vətəndaş narazılıqlarını KÖRÜKLƏYƏN KİMDİR? - NƏ ETMƏLİ?
Tarix: 3-12-2021, 12:14 | Çap et
Tanıdığım savadlı, peşəkar bir həkim deyirdi: - "Sağalmayan xəstəlik yoxdur". Doktor bu ifadəni işlədərkən, yəqin ölkəmizdə çox məmurların, istər dövlət idarələrində çalışan, istərsə də özəl şirkətlərdə, müəssisələrdə çalışan səlahiyyətli şəxslərin yoluxduğu bir xəstəliyi unutdu.
"Rüşvətxorluq".
Əslində bunu həm də pis vərdiş də adlandırmaq olar.
Bəli, nə yazıq ki, sıravi vətəndaşların işinin düşdüyü çox səlahiyyət sahibləri bu pis vərdişin artıq aludəçisinə çevriliblər. Elə bu səbəbdən də nə ölkə başçısının xəbərdarlıqları, nə də həbslər onları bu vərdişlərindən çəkindirə bilmir.
Əlacı yalnız təmiz vicdan olan bu xəstəlik zatən vicdanlı insanlara yoluxmur da. Vicdanının bəlli qiyməti olan səlahiyyət sahibləri onların vicdanını nəğd satın alan vətəndaşlara qarşı son dərəcə "diqqətli və mülayim" olurlar. Hissə-hissə ödəniş etmək istəyən, yaxud "səxavət" uman vətəndaşlara qarşı isə olduqca sərt aqressiya nümayiş etdirirlər.
Nə yazıq ki, sözügedən "xəstəliyə yoluxmuş" nümayəndələr demək olar, ölkənin hər yerində fəaliyyət göstərən bütün idarələrdə var. Eləcə də Yardımlı rayonunda.
Onu da qeyd edək ki, əslində sözügedən "xəstəliyin daşıyıcıları" hamısı biri-biriylə əlaqəli, biri birindən asılı olur.
Məsələn, indi sizə bir vətəndaşın narazı olduğu məlumatı təqdim edəcəyik, sonunun hara gedib çıxdığını özünüz də görəcəksiniz.
Belə ki, Yardımlı rayon, Separadi kənd sakini Rövşən Dadaşov "DogruXeber.az" informasiya agentliyinə müraciət edib.
Vətəndaş müraciətində bildirir: - "5 azyaşlı övladım var. Heç yerdən gəlirim yoxdur. Ailəmin dolanışığını təmin edə bilmirəm. Ünvanlı sosial yardım almaq üçün dəfələrlə sənədlər, arayışlar toplayıb təqdim etmişəm, imtina gəlib. Axırda məndən rüşvət istədilər ki, onun müqabilində ünvanlı sosial yardım düzəltməkdə kömək etsinlər. Mən də vermədim. Çünki, onsuz da imkanım yoxdur. Camaatın uşağı məktəbə "sapoçqi" ilə gedir, mənim uşaqlarım rezin qaloşla. Yoldaşları onlara gülür buna görə. Çox xahiş edirəm aidiyyəti qurumlardan. Komissiya göndərilsin, gəlib mənim şəraitimi, yaşayışımı görsünlər. Əgər mənə ünvanlı sosial yardım düşürsə, versinlər. Düşmürsə, niyə rüşvət istəyirlər, onu izah etsinlər. Yardımlı rayonunda özbaşınalıq, rüşvətxorluq baş alıb gedir."
Qeyd: Yeri gəlmişkən Yardımlı rayon Təhsil şöbəsində, həmçinin Mərkəzi rayon Xəstəxanasında nələr baş verir, bu barədə növbəti yayımlarımızda məlumat verəcəyik.
Gördüyünüz kimi Yardımlı rayon, Separadi kənd sakini Rövşən Dadaşovun də hamı kimi, narazılığı Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Yardımlı rayon şöbəsindəndir. Yəni, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən. Hansı ki, ölkə əhalisinin bəlkə də 99% -ni narazı salan, xalqa problem yaratmaqdan başqa bir işə yaramayan bu qurumun rəhbəri bütün bunlara baxmayaraq, hələ də "nazir" vəzifəsini icra etməkdə, daha doğrusu o adı daşımaqda davam edir.
Əslində, bizim "nazir tutduğu vəzifədən azad edilsin" - deyə bir tələbimiz yoxdur. Ancaq, əgər cənab Sahil Babayev (eləcə də digər məmurlar) bu vəzifəni qəbul edibsə, zəhmət çəkib o vəzifənin tələblərini də yerinə yetirməlidir.
Əslində, ölkənin demək olar ki, hər yerində Rövşən Dadaşov kimi acınacaqlı durumda olan ailələr var və təəssüflər olsun ki, çoxdur. Lakin, elə Rövşənin özünün də vurğuladığı kimi onlara ünvanlı sosial yardım, yaxud həqiqi əlilliyi olan şəxslərə pensiya verilməsi müqabilində, onlardan fantastik məbləğdə rüşvət tələb olunur. İmkanı olan o məbləği verib, işini düzəltdirir, Rövşən kimi imkansızlara isə, yalnız oturub onların haqqını yeyənləri və yedizdirənləri izləmək qalır.
"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına, eləcə də digər sosial medialara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi barəsində kifayət qədər vətəndaş müraciətləri daxil olur. Hansı ki, onlar media vasitəsilə ölkə başçısına müraciət edirlər.
Bəlkə, ölkə başçısı onların səslərini belə eşidər, mövcud problemləri aradan qaldırar deyə, bir ümiddir media vasitələri. Bu da ölkə adına, aidiyyəti qurumlar adına utanclıqan və acı gülüşdən başqa heç bir şey qazandırmır.
Əksinə, şəxsi adlarına da, qurum adına da, ölkə adına da başıaşağılıq gətirir.
Xalq susduqca hüquqları daha da tapdanır, haqqları yeyilir, danışdıqda düşmən eşidir. Yəni, hər iki halda olan xalqa olur. Heç bir halda, heç bir reaksiya sözügedən səlahiyyətli şəxslərin qüruruna toxunmur. Əsas odur cibləri doludur.
Allah hər dövrün şairi Mirzə Ələkbər Sabirə rəhmət eləsin. Deyir: "Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Qoy mən tox olum, özgələr ilə nədi karim, Dünyavü cahan ac olur olsun, nə işim var?!"
Redaksiyamız hər kəsin söz haqqını tanıyır!
DogruXeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
|