Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                     Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... .....                     Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı .....                     Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı .....                     Hərbi pilotların peşəkarlığı artırılır .....                     Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir .....                     Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... .....                     Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı .....                     Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! .....                     Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib .....                     Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                 

Sahil Babayevin hökmü İMİŞLİDƏ KEÇƏRLİ DEYİL... - Hər halda görünəni budur...
Tarix: 24-11-2021, 11:08 | Çap et
Sahil Babayevin hökmü İMİŞLİDƏ KEÇƏRLİ DEYİL...
Hazırda ölkə əhalisinin də, ölkə mediasının da sağdan-soldan, dörd bir tərəfdən dayanmadan ən çox zərbə endirdiyi dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, məmur isə bu quruma rəhbərlik edən Sahil Babayevdir.

Sahil Babayev haqqında əhali arasında narazılıq yaradan səbəblərdən biri sağlamlığında heç bir problemi olmayanların pensiya alması, xəstəliyi, əlilliyi olduğu halda, maddi imkanı olmadığı üçün pensiya ala bilməyənlər idi.
O qədər dedilər, o qədər yazdılar ki, Cənab nazir axırda dözməyib hamının pensiyasını kəsdi və qərar verdi ki, bu günə qədər pensiya alan hər kəsin səbəbləri yenidən araşdırılsın.

Hər hansı bir qurumda baş verənlər üçün həmişə təbii olaraq, qurumun rəhbərliyini qınayırıq. Amma, bir məsələnin fərqinə varmırıq ki, qurum rəhbəri tabeçiliyində çalışan bütün işçilərin hər birinə tək-tək nəzarət edə bilməz.

Doğrudur, işçilərinə özbaşınalıq etməyə risk edəcək qədər cəsarəti və sərbəstliyi verən rəhbərliyin nəzarətsizliyidir.

Amma, yenə də deyirik, hər hansı quruma rəhbərlik edən heç bir məmurun rəhbərlik etdiyi quruma, işçilərinə tək-tək nəzarət edəcək qədər vaxtı yoxdur. Onun da öz işləri, öz biznesləri var.

Əlqərəz...

Qayıdaq pensiya məsələsinə.
Bildiyimiz kimi artıq bir neçə müddətdir ki, dərəcəsindən asılı olmayaraq, çox sayda əlillərin pensiyaları ləğv edildi və yenidən araşdırılmağa başladı.

Amma, nə faydası?!...

Deyəsən, yenə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xeyli sayda işçiləri, eyni zamanda səhiyyəmizin "Hippokrat andına sadiq" bəzi həkimləri, əl-ələ, baş-başa verib, həmrəylik nümayiş etdirirlər. Yəni, yenə də pulu olan "pensiya kartı"nı təkrar əldə edə bildi, pulu olmayanlar, lakin həqiqi əlilliyi, xəstəliyi olanlar, hətta əmək qabiliyyəti ümumiyyətlə olmayanlar isə xəstəxana qapılarında, Dövlət Sosial Müdafiəsi Fondu (DSMF) qapılarında hər gün tezdənnən gəlir, axşama qədər növbə gözləyib, gedirlər...

Beləcə, "pensiya ümidi" ilə qalan ömürlərini də gözləmə zallarında yaşamağa davam edirlər.

Söhbətə bu cür başlayıb, bu qədər uzun-uzadı danışmağımız əbəs yerə deyil.

"DogruXeber.az" İnformasiya agentliyinin redaksiyasına İmişli rayon, Aranlı kənd sakini Əliyev Mehman Qədir oğlu müraciət edib.

Mehman Əliyev müraciətində bildirir ki: - "Həmkəndlim Yadigarov Bayraməli İxtiyar oğlu "maklerlik" edir. Belə ki, o tanıdığı, bildiyi adamlardan pul alıb, onlara pensiya düzəldir. Bundan əlavə, Yadigarov Bayraməli özü heç bir xəstəliyi olmadığı halda, birinci qrup əlilliyə görə pensiya alır. Həmçinin, həyat yoldaşı Nigar, iki qızı - Aytəkin və Tünzalə, 4 nəvəsi - Zəhra, Məhəmməd, Amil və Elton hazırda saxta yollarla pensiya alaraq, dövlət büdcəsinə ziyan vururlar.

Yadigarov Bayraməlinin bu cür saxta əməllərlə məşğul olmasında ən böyük yardımçısı, daha doğrusu işlərin başında duran isə oğlu Yadigarov Turaldır.

Yadigarov Tural Bayraməli oğlu İmişli regional Dövlət Sosial Müdafiə Fondunda (DSMF) şöbə müdiri vəzifəsində çalışır.

Tural özü də yerli sakinlərdən pul alaraq, onlara pensiya, yaxud ünvanlı sosial yardım alması üçün saxta sənədlər düzəldir. Misal olaraq qeyd edə bilərəm ki, İmişli rayon, Qaralar kənd sakini Xudiyev Sabir bir neçə ildir ki, 7 uşağına görə ünvanlı sosial yardım alırdı. Uşaqlardan biri 18 yaşına çatdığı üçün, bu yaxınlarda onların hamısının yardımı dayandırıldı. Yenidən digər 6 uşağa görə ünvanlı sosial yardım almaq üçün Sabir Xudiyev DSMF-na müraciət edib. Orada, Sosial müavinətlər şöbəsində müdir vəzifəsində çalışan Tural Yadigarov onunla şərt kəsib ki, "mən sənin sənədlərini düzəldəcəm və ilk 6 ayını mən alacam."

Razılaşıblar. Lakin, sonra Sabir Xudiyev verdiyi sözü geri götürüb.
Yəni, alacağı ünvanlı sosial yardımın ilk 6 ayını Tural Yadigarova verməkdən imtina edib.

Y. Tural da X. Sabirin bu hərəkətindən bərk əsəbiləşib və ona deyib ki, "Mən sənin yardımını kəsim, sən də bax". Artıq, 4 aydır ki, Sabir Xudiyev ünvanlı sosial yardım ala bilmir. Hazırda bu məsələ Sabir Xudiyevin iddiası əsasında İmişli rayon prokurorluğunda araşdırılır."

Əslində, Mehman Əliyevin həmkəndlisi Yadigarov Bayraməli haqqında sürdüyü iddialar təkcə yuxarıda qeyd etdiklərimizdən ibarət deyil.

Mehman Əliyev daha sonra Bayraməli Yadigarovun onu silahla hədələməsi, ona böhtan atması və sair bu kimi digər iddiaları barəsində geniş yazıb, izləyicilərimizi yormaq istəmirik.

Bütün iddia olunanlar barəsində daha ətraflı aşağıdakı linkə toxunaraq, "MUM.TV" "You Tube" kanalımızda, elə Mehman Əliyevin öz dilindən eşidə bilərsiniz.



P.S: Yeri gəlmişkən, onu da bildiririk ki, Mehman Əliyevin bütün iddiaları barəsində qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Yadigarov Bayraməliyə zəng etdik. O söhbətimizin əvvəlində bütün suallarımıza - "yalan deyir, hamısı böhtandır. Onun oğlu mənim nəvəmi maşınla vurub, uşaq Şirvanda xəstəxanada yatdı. İndi ambulator müalicə alır. Oğlum Tural da pensiya işinə baxmır. Yalan deyir o", deyərək cavab verdi.
Sonra əlavə etdi ki: - "Mehman mənə 5.000 (beş min) manat pul borcludur, nə vaxt pulumu istəsəm mənə böhtan atır. O yalan danışır, siz onu niyə yazırsınız?"

Biz Bayraməli Yadigarovun diqqətinə çatdırdıq ki, bizim işimiz vətəndaşın müsahibəsini, eyni zamanda qarşı tərəfin mövqeyini yayımlayıb, ictimailəşdirmək və aidiyyatı qurumların diqqətinə çatdırmaqdır. Araşdırmaq və barəsində qanuni tədbirlər görmək isə hüquq-mühafizə orqanlarının işidir. Biz bütün bu məsələlərin araşdırılması üçün aidiyyəti qurumlara sorğular göndərəcəyik. Əgər faktlar öz təsdiqini taparsa, qurumlar özləri bu barədə lazımi tədbirlər görəcəkdir. Yox, əgər sizin də vurğuladığınız kimi, şər-böhtan olduğu ortaya çıxarsa, sizin ixtiyarınız var ki, o adama qarşı iddia qaldırasınız."

Bundan sonra, Bayraməli Yadigarov israrla bizim bu məlumatları ictimailəşdirməmizə təsir etməyə çalışdı. Hətta, bizi güya ona "hədə-qorxu" gəlməkdə də günahlandırdı.

Qeyd: Qeyd edirik ki, redaksiyamızda aparılan telefon danışıqları tərəfimizdən hər zaman qeydə alınır və hər dəfə də bu qarşı tərəfin diqqətinə çatdırılır.

Daha sonra Bayraməli Yadigarov bizə bildirdi ki, "mən sabah əlimə bir butulka benzin götürüb, gedəcəm Heydər Əliyevin büstünün yanına. Orda gəlib məndən müsahibə götürərsiniz."

Bayraməli Yadigarovun bu addımının nə demək olduğunu hələ ki, anlamış deyilik. Amma, onu bütün izləyicilərin diqqətinə bir daha çatdırırıq ki, "DogruXeber.az" informasiya agentliyinin kimsə ilə qərəzi, yaxud hər hansı bir şəxsi prinsipi yoxdur. Kimliyindən asılı olmayaraq, hər kəsin fikirlərini və məlumatlarını, eyni zamanda qarşı tərəfin mövqeyini ictimailəşdirmək və aidiyyatı qurumların diqqətinə çatdırmaq bizim peşə borcumuzdur.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru