Qorxu filmlərini kölgədə buraxan dram .....                     "Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" .....                     Ermənilərin puça uğrayan daha bir ümidi... .....                     Sertifikatlaşdırma prosesi .....                     DİN-dən xəbərdarlıq: .....                     İctimai nəqliyyatda köklü islahatlar baş verəcək .....                     Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     “Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” .....                     Gürcüstanı onlarla barışdırmağa hazırıq .....                     Daha bir igid oğlumuzu itirdik... .....                     Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                 

“40 pillə” kafesi davası: QANUNLAR BU MƏSƏLƏDƏ ACİZDİR... - NARAZILIQ!
Tarix: 19-10-2021, 12:18 | Çap et
“40 pillə” kafesi davası: QANUNLAR BU MƏSƏLƏDƏ ACİZDİR...
DİA.AZ: - "Həm Cinayət Prosessual Məcəllədə (CPM) , həm də Mülki Prosessual Məcəllədə (MPM) qəbul edilmiş qərarların tərəflərə rəsmi qaydada verilməsi doğrulanıb. CPM-in 212.2 maddəsinə görə, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surəti qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və cinayət barədə xəbər vermiş fiziki və digər şəxslərə göndərilir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bakı şəhəri, Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsi isə dələduzluqla Qarabağ qazilərinin xırda ticarət köşklərini ələ keçirib icarəyə verən Ərəstun adlı şəxsi müdafiə edib ki, qazilərə 3 min manatlıq ziyan vuran şəxsin əməlində cinayət tərkibi yoxdur. 4 ildir Qarabağ qaziləri şikayətlərinə baxılmasının nəticəsində qəbul edilmiş qərarın verilməsini tələb edirlər, hələ də nə polis, nə də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluq 24 saata verilməli olan qərarı “tapa bilmir”. Səbail prokurorluğunun və polisinin Prezidentin keçmiş köməkçisi Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mütəşəkkil dəstə şəklində MTRŞ -yə üzv təyin etdirdiyi dayısı oğlu Cəfərov Məmməd Hüseyn oğlunun adına saxta çıxarışla ələ keçirdiyi və “40 pillə” kafesinə çevirdiyi qeyri -yaşayış otağı ilə bağlı isə heç bir tədbir görmədiyi, qərarsızlığı 10 ilə yaxındır sürür. Əli Həsənovun Qarabağ qazilərini “kəsən qılıncının paslanıb qına qoyulmasından “ sonra da, Bakı şəhər prokurorluğunun söz verməsinə baxmayaraq , heç bir prosessual hüquq tədbiri həyata keçirilməyib. 11 ay qabaq - 18 noyabr 2020-ci ildə Səbail RPİ-dən bölmə rəisi Çinar Nuriyev 211-lə başlayan nömrəsindən zəng edərək Qarabağ qazisini hörmətsizlikdə, istintaqın çağırışına gəlməməkdə suçlayıb və elə həmin gün polis idarəsinə gedən şikayətçidən müstəntiq Fərid Soltanlı izahat almaqdan belə imtina edib ki, indi türməyə gedir, ən geci iki günə problemi çözəcək. İki gün aylar olub, ilə çatmaq üzrədir, hələ də müstəntiqdən səs – soraq çıxmadığını görən şikayət yiyəsinə bu günlərdə (13.10.2021-ci ildə) Səbail RPİ-nin yeni rəisi Hikmət Qasımov elə cavab verib ki, iki ay qabaq - 28.08.2021-ci ildə əvvəlki rəis Cavid Muradovun cavabı ilə, son cümlə çıxılmaqla, eynidir və “dedığım dedığdır” yetkisi bağışlayır. Hər iki rəis CPM-in 39.1.1 maddəsi əsasında cinayət işinin başlanmasının rədd edildiyi haqqında müstəntiq Fərid Soltanlının 25 oktyabr 2020 tarixli qərarının qəbul edildiyini və şikayətçiyə göndərildiyini bildirib. Özbaşınalığa baxın, vətəndaş 18. 11.2020-ci ildə izahatının alınması üçün çağırılıb, izahatı alınmadan bundan 24 gün qabağa qərar qəbul edilib? ! Köhnə tarixə saxtalığı bir qırağa qoyaq, axı, qərarın özü belə yoxdur ! Belə çıxır, köhnə tarixə şifahi qərar qəbul edilib? Bu ki, yolverilməzdir! Bəs istintaqa nəzarət edən, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror hara baxır? Yəqin ki, hələ də prokurorun gözü Əli Həsənovun cibinə yönəlib, yoxsa, bu boyda qeyri-prosessuallığı görmək üçün hüquq diplomuna da ehtiyac qalmır.

Məhkəmə - hüquq sistemində də olmayan “ şifahi “ qərarlar “meydan sulayır”. Təsəvvür edin, Yasamal məhkəməsi bu sətirlərin yazarının 3-cü şəxs Təhsil Nazirliyi olmaqla, cavabdeh Bakı Dövlət Universitetinə qarşı qaldırdığı iddiaya 6 aydır baxmır. İş günü olmayan 09.10.2021-ci ildə məhkəmədən qərardad yerinə elektron qaydada anonim “Salam” başlıqlı məlumat gəlib ki, 03.05.2021-ci ildə məhkəməyə daxil olan iddia ərizəsinin qəbulundan 08.05.2021-ci il tarixli qərardad ilə imtina edilib. Fikir verin, 5 ay yarımdır guya qərardad qəbul edilib, amma nə hakim haqqında bilgi verilir , nə də qərardadın özü. Halbuki, MPM-in 266.1 maddəsinə görə, məhkəmə qərardadı çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə RƏSMİ QAYDADA VERİLMƏLİDİR. Bakı İnzibati Məhkəməsinin şifahi qərardadlarla iddianı mümkün saymamalarına isə heç yuxarı instansiya da hüquqi qiymət verə bilmir. Axı, Fərid Mədətlinin 17.06.2020-ci il tarixli, Rüstəm Kərimlinin 01.12.2020 tarixli uyğun olaraq “Azəriqaz”a və Nərimanov bələdiyyəsinə qarşı “ şifahi” qərardadları hələ də 14 aydır və 10 aydır “tapılmır”! (?) Məhkəmə Hüquq Şurası, Ombudsman isə “qərardad axtarışını” baş prokurorluğa tapşırmaqdansa, “itirən” Bakı İnzibati Məhkəməsinə tapşırır, o

da qərardadı poçtun geri qaytardığını bildirir. Bu “üzüqara” geri qayıdan” qərardadı (varsa) yenidən vermək, emai-lə göndərmək belə çətindir? Rüstəm Kərimlinin 2 saylı BİİM-də Nərimanov bələdiyyəsinə qarşı iş üzrə icraata xitam verilməsi haqqında 15.10.2019 tarixli qərardadını Bakı Apellyasiya Məhkəməsi 05.03.2020 tarixli qərardadla ləğv etməsinə baxmayaraq, ləğv edilən işinə Sabunçu məhkəməsindən ezam olunmaqla “avtomatik” təyin olunması konkret korrupsiya faktı olsa da, hələ də araşdırılmır. Bu cəzasızlıqdan ruhlanan Rüstəm Kərimli Qarabağ qazisinə qarşı özbaşınalığını , qərəzini Bakı İnzibati Məhkəməsində “ezamiyyətçi hakim” kimi sürdürür. Onu da vurğulayaq ki, hakimin amalı, məqsədi ləğv edilmiş qərardadı üzrə işi icraatına götürüb gizlətmək olub. Bədniyyət məqsədi, amalı faş olandan sonra 01.12.2020-ci ildə qərardad qəbul edilərək tərəflərə verilməsi barədə məsləhətçilərin nağıllarını da elə qarşı tərəfin -Nərimanov bələdiyyəsinin 15.10.2019 tarixli qərardadla icraata xitam verilməsini bildirməsi olub. 01.12.2020 tarixli qərardad qəbul olunubsa , iddia tərəfi bir yana, bəs cavabdeh Nərimanov bələdiyyəsinə niyə verilməyib? Hakim Rüstəm Kərimlinin həm də qeyri-prosessual anlaşma əsasında Nərimanov bələdiyyəsinə nümayəndəlik , vəkillik etməsindən özgə nəsə fikirləşmək olmur. Andını cavabdeh orqanların 3-5 manatına dəyişən hakim 14 aydan sonra iclas təyin etdiyi ƏƏSMN -ə qarşı pensiyasının düzgün hesablanması, Səhiyyə Nazirliyinin və ƏƏSMN -in birgə komissiyasının rəyi əsasında xaricdə müalicəsinin təşkil edilməsi , məhkəmə qərarının icra edilərək mənzillə təmin edilməsi haqqında iddiasını 19.04.2021 tarixli 3 dəqiqəlik iclasdan 10 gün sonra “telefon zəngi ilə” mümkün saymayıb. Bu mümkünsüzlüyü Prezidentin 30. 06.2020 tarixli “ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 1077 saylı Fərmanını saxtalaşdıraraq, adsızlaşdırıraq ƏƏSMN -in tabeliyindəki qurumların ƏƏSMN -ə tabe olmaması ilə “əsaslandıran” qərəz hakiminin saxta aktından şikayətə də İnzibati və Mülki Prosessual Məcəlləyə uyğun baxılmayıb. 4 ay sonraya 06.08.2021-ci ilə iclas təyin edən Afaq Nuriyeva 5 günə verilməli olan qərardadı hələ də -iki ay yarımdır vermir! (?) Hələ üstəlik, 24.08.2021-ci ildə “toydan sonra nağara” yetkisi verən məhkəmədən sonra vəkil ayrılmasına baxmayaraq, 2 aydır kassasiya şikayəti də yazılmır. Qarabağ qazisinin pensiyasını DSMF-ə yedirdən Bakı İnzibati Məhkəməsinin, qərardadı ləğv edilən iş üzrə yenidən qanuna zidd olaraq hakim təyin edilən Nəriman Abıyev maraqlarına toxunan qazilərin 3-cü şəxs kimi işə cəlb edilməsi vəsatətlərinə də baxmayıb. 03.08.2021 tarixli qərar ilə aşağı instansiyanın saxtalığını qüvvədə saxlayan Səadət Bəktaşi hələ də- 2 ay yarımdır qərarını verməkdən imtina edir. Onu da vurğulayaq ki, məhkəmə üçlüyünə daxil olan Aida Hüseyn də Nəriman Abıyev kimi işə baxılmasında əvvəl iştirak edib . Belədə məhkəmə hakimlərinin DAXİLİ QƏRƏZ, RÜŞVƏT İNAMININ KONSTİTUSİYADAN, QANUNDAN ÜSTÜN OLACAĞI ÖNCƏDƏN BƏLLİ DEYİLMİ? Amma düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı , xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Abbaszadə Xaliq Əvəz oğlunun nə hakimlərə etirazına , nə də şikayətinə baxılır, heç kassasiya şikayəti yazmağa vəkil də ayrılmır.

Bakı İnzibati Məhkəməsinin və borclu ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin korrupsiya iş birliyinə 161 “qaynar xətti”nə şikayətdən 2 il sonra (?-əcəb qaynar xəttdir ) baş prokurorluğun korrupsiyaya qarşı mübarizə idarəsində 09.09.2021-ci ildə şikayətçi qazinin izahatı alınmaqla “baxılıb”. 40 gün keçməsinə baxmayaraq, hələ də qəbul edilmiş (edilibsə) qərarın şikayətçiyə verilməsi təmin olunmur. Xüsusi ittiham qaydasında şikayətlərdə də məhkəmələr özbaşınalığa yol verirlər. Təsəvvür edin, Yasamal məhkəməsinin hakimi Günel Əkbərli “hərbi söyüş eksperti”nə qarşı şikayət üzrə qərarını 14 aydan sonra, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının İlqar Murquzov , Habil Məmmədov və Həsən Əhmədovdan ibarət üçlüyü isə 8 aydan sonra çoxsaylı şikayətlərdən sonra verib. Hazırda iş kassasiya instansiyasının icraatındadır. Görək baxılacaqmı? Nizami məhkəməsinin hakimi Nəriman Mehdiyev isə sahə müvəkkilinə qarşı xüsusi ittiham qaydasında şikayət üzrə 10.03.2020 tarixli qərarını il yarımdan sonra 16.09.2021-ci ildə elektron

qaydada verməyə məcbur edilib və hələ də apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi təmin olunmur. Məhkəmənin suçu üzündən buraxılmış apellyasiya müddətinin bərpası haqqında ərizəyə CPM-in 386.2 maddəsinə əsasən , ərizəçinin iştirakı olmadan da baxılması doğrulansa da, Nəriman Mehdiyev 5-10 gündən bir iclas təyin etməyindədir.

Qərarın vətəndaşa verilməməsi, onun həm maddi hüququndan, həm də prosessual hüququndan məhrum edilməsinə gətirir. Bu məhrumluğa görə isə mülki , inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub. Nəzarət edən olsa. .."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 00:05
"Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" - Əməkdar artist
Bu gün, 00:04
Ermənilərin puça uğrayan daha bir ümidi... - GƏLİŞMƏ
Bu gün, 00:02
Sertifikatlaşdırma prosesi bizə LAZIMDIRMI?
Dünən, 21:48
DİN-dən xəbərdarlıq: - Nələrə diqqət etməlisiniz?
Dünən, 21:44
İctimai nəqliyyatda köklü islahatlar baş verəcək - YENİ PLAN qapıda...
Dünən, 20:04
Rusiyadakı azərbaycanlıları nə gözləyir? - NƏ BAŞ VERİR?
Dünən, 19:58
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - TƏFƏRRÜAT
Dünən, 19:53
Gürcüstanı onlarla barışdırmağa hazırıq - Lavrov
Dünən, 19:48
Daha bir igid oğlumuzu itirdik... - FOTO
Dünən, 19:44
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Dünən, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Dünən, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Dünən, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Dünən, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Dünən, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Dünən, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Dünən, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Dünən, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Dünən, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Dünən, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Dünən, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Dünən, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Dünən, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Dünən, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Dünən, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Dünən, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Dünən, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Dünən, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Dünən, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Dünən, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Dünən, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Dünən, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Dünən, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Dünən, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Dünən, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Dünən, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Dünən, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
28-09-2024, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
28-09-2024, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
28-09-2024, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
28-09-2024, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
28-09-2024, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
28-09-2024, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
28-09-2024, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
28-09-2024, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
28-09-2024, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru