“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb - Üç nazirə şok müraciət
Tarix: 6-10-2021, 08:49 | Çap et
“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmmədovun dələduzluq və sənəd saxtalaşdırmağa görə 2 dəfə məhkum edilməsi haqda “Yeni Müsavat”ın ötən sayında yazmışdıq.
2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi, 2018-ci ildə isə Sabunçu Rayon Məhkəməsi Qurban Məmmədovun sənəd saxtalaşdırmaqla, etibardan sui-istifadə etməklə, bir qrup şəxslə əlbir olmaqla torpaq ələ keçirməsi ilə bağlı cinayət dosyelərini araşdırıblar. Hər iki məhkəmə Qurban Məmmədov barəsində ittihamedici hökm çıxarıb.
Reyder dəstəsinin dövlət torpağına gecə hücumu
Qurban Məmmədovun personası mətbuatın gündəminə sonuncu dəfə Nərimanov rayonu, Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsindəki dövlətə məxsus səki və yaşıllıq zolağına bir qrup şəxslə birgə reyder hücumundan sonra gəlib. Belə ki, 2021-ci il aprelin 1-də Qurban Məmmədovun ətrafında olan şəxslər əraziyə gecə basqını edərək oradakı 60 xan çinarını, onlarla leylandr və söyüd ağaclarını sındırıb yaşıllığı məhv ediblər. Növbəti gün səhər isə Qurban Məmmədov gecə basqınında iştirak etmiş şəxslərin əhatəsində əraziyə gəlib. Həmin vaxt Nərimanov Rayon Polis İdarəsinin, rayon icra hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, telekanalların əməkdaşları ərazidə olub gecə basqını ilə bağlı araşdırma aparıblar. Baş verən “yaşıl terror”la bağlı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmmədov və dəstəkçiləri barəsində Ekologiya Nazirliyi əməkdaşları tərəfindən protokol tərtib olunub. Qurban Məmmədov və dəstəkçiləri nazirlik əməkdaşları tərəfindən 12 min manat cərimə edilməklə toplanmış material barələrində cinayət işi başlanılması üçün Nərimanov Rayon Prokurorluğuna göndərilib. Ötən 6 ay ərzində Nərimanov Rayon Prokurorluğu “yaşıl terror”la bağlı hər hansı bir addım atmayıb.
Qurban Məmmədov bu ilin aprelində zəbtinə cəhd olunan dövlət torpağında olarkən İTV, Xəzər TV kameraları qarşısında müsahibə verib. Əlindəki kağızları göstərməklə həmin torpağa aid sənədi olduğunu və 2008-ci ildən torpağın onlara verildiyini israrla deyir.
Zəbtinə hazırlıq görülən Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yaşıllıq sahəsi və piyada səkisi “Magistral Ekspress” ASC-nin giriş-çıxış qapısı və orada fəaliyyət göstərən kiçik sahibkarların iş yeri önündədir. Kiçik sahibkarlar deyirlər ki, Qurban Məmmədov mətbuat nümayəndələrinə göstərib 2008-ci ilə aid olduğunu bildirdiyi sənəd, ümumiyyətlə, mövcud deyil. Kiçik sahibkarlar bildirirlər ki, hazırda Qurban Məmmədov və onun adından danışanlar ortaya 29 iyun 2021-ci ildə Əmlak Komitəsi tərəfindən verilmiş 1121069551 qeydiyyat nömrəli çıxarış təqdim edirlər. Hansı ki, Əmlak Komitəsinin səkiyə və yaşıllıq zolağına nəinki çıxarış vermək, ümumiyyətlə, icarə müqaviləsi bağlamağa səlahiyyəti yoxdur. “Magistral Ekspress” ASC-nin üzvləri iş yerləri qarşısıda baş verən dövlət torpağının zəbtinin qarşısını almaq üçün Nərimanov Rayon Məhkəməsinə iddia təqdim ediblər. Hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Əmlak Komitəsinin hüquqşünasının məhkəməyə təqdim etdiyi 2000-ci ilə aid 646 saylı rəsmi sənədi o zaman Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Rəfael Allahverdiyev imzalayıb.
Kiçik sahibkarlar deyirlər ki, 646 saylı sərəncamda Qurban Məmmədovun atasının adının yazılmaması, onun özünün şəxsiyyəti, əvvəllər qrup şəkilində dələduzluğa və sənəd saxtalaşdırmağa görə məhkum olunması onlarda sənədin saxta olmasına əsaslı şübhələr yaradıb. Bundan başqa, Əmlak Komitəsinin əsaslandığı həmin rəsmi sənəddə “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin adı da çəkilmir. Buna baxmayaraq, Əmlak Komitəsi 646 saylı sərəncama əsaslanmaqla torpağı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə ayırıb. Kiçik sahibkarlar isə sual edirlər: “Necə olur ki, torpaq sərəncamla Qurbana, çıxarış İctimai Birliyə verilib? Və növbəti sualı verirlər: ”Əmlak Komitəsinə təqdim olunan rəsmi sənəddə torpağın Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2000-ci ildə Qurban Məmmədova ayrıldığı açıq-aydın yazılıb. Komitənin hüquqşünası da deyir ki, çıxarışla torpağı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə vermişik. Bu cinayətə bərabər qanunsuzluğa kim imza atıb?"
Əmlak Komitəsini aldatmağı, saxta sənədi ora soxuşdurmağı bacaran kim ola bilər?
Kiçik sahibkarlar deyir ki, üstəlik, Əmlak Komitəsinin hüquqşünası 10.09.2008-ci il 7-5395/17 nömrəli bir məktuba da istinad edir: “Əmlak Komitəsinin əsas kimi götürdüyü 646 saylı sərəncam isə saxtadır, saxtalaşdırılıb. 646 saylı sərəncam Nizami rayonuna aiddir, Qurban Məmmədovun adına saxtalaşdırmaqla Nərimanov rayonuna aid edilib. Nərimanov Məhkəməsi iddianın Bakı İnzibati Məhkəməsinin səlahiyyətlərinə daxil olduğunu deyib baxılmamış saxladı. İddiamız əsasında araşdırma aparılarkən hakim Səlma Salahova Bakı Şəhər İcra Hakimiyyətinə 646 saylı sərəncamın surətinin təqdim edilməsi ilə bağlı sorğu verdi. 23 sentyabr 2021-ci ildə hakim Səlma Salahovaya BŞİH-dən təqdim olunan 646 saylı, 20.07.2000-ci il tarixli sərəncamın mətni tamam fərqlidir. Əmlak Komitəsinə təqdim edilən, Əmlak Komitəsi hüquqşünasının da Nərimanov Məhkəməsinə rəsmi şəkildə verdiyi 646 saylı sərəncam Qurban Məmmədovun xeyrinə saxtalaşdırılıb! Çünki 646 saylı sərəncam Qarabağ əlili Məcid Abbasova 30 kvadrat metr torpaq ayırılması haqdadır".
“Magistral Ekspess” ASC-nin üzvləri olan kiçik sahibkarlar deyirlər ki, onların iş yerlərinin önündə, giriş qapısının düz qarşısındakı 6 sot yaşıllıq zolağı və piyada səkisinin saxta sərəncam, onun əsasında alınan əsassız və qanunsuzluğu göz önündə olan çıxarışla ələ keçirmək cəhdi var.
“Qurban Məmmədov 1 ildən artıqdır ki, ”Vətən müharibəsi əlillərinə kömək" İctimai Birliyi üzvləri ilə birgə ərazini zəbt etməyə çalışır, tez-tez reyder hücumlarına baş vururlar. 2020-ci ildə Ordumuz Qarabağda torpaqlarımızı düşməndən təmizlədiyi günlərdə Qurban Məmmədov başının dəstəsi ilə birgə bizim iş yerimizin qarşısına hücuma keçmişdi. Onlar dövlət rəhbərliyinin diqqətinin Qarabağdakı döyüş əməliyyatlarına cəmləndiyini bilib zamanı cinayət əməllərinin gerçəkləşməsi üçün ideal bilmişdilər. Zor gücünə, saxta əlilləri qabağa verməklə reyder hücumunu başa çatdırmağa çalışırdılar. Bu ilin aprelində sonuncu hücumları zamanı kiçik sahibkar Anar Dəmirovu döyüb ağır bədən xəsarəti yetirdilər. Anar Dəmirov ağır vəziyyətdə xəstəxanaya aparıldı. Lakin bu günə qədər bu cinayəti törədənlər cəzalandırılmayıb. Şikayət edirik, Qurban Məmmədov, makler Yusif Allahvrdiyev deyirlər ki, özünüzü yormayın, hamıya iş görmüşük, bizim arxamızda dayanacaqlar. Ad da çəkirlər - Nərimanov icra hakimiyyətinin başçı müavini İradə Mahmudovanın, onun xalası qızının gəlini olan Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın, nöqsanlara görə cənab nazir tərəfindən yenicə işdən çıxarılan 17-ci polis bölməsinin rəisi İltimas Əsgərovun, onun müavini Ramalın, Əmlak Komitəsi rəhbərliyini arxa-dayaq bilirlər.
Buna baxmayaraq, Qurban Məmmədov dövlət torpağını, iş yerimizin qarşını zəbt etmək üçün havadarlarının dəstəyi ilə, başının dəstəsi ilə birgə dəfələrlə əraziyə hücum edib qanunsuz hərəkətlər ediblər. Biz Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciətlər etmişik. Abdin müəllim bizə məktub yazaraq bildirib ki, Qurban Məmmədovun zəbtinə çalışdığı torpaq dövlətə məxsusdur və kimsəyə ayrıla bilməz. “Magistral Ekspress” ASC-nin üzvləri olaraq daxili işlər naziri cənab Vilayət Eyvazova, baş prokuror cənab Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə də rəsmi müraciət ünvanlamışıq. Həmin müraciətimizə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 646 saylı hər iki sərəncamını - əslini və Qurban Məmmədovun xeyrinə saxtalaşdırılmışını da əlavə edib araşdırılmasını xahiş etmişik. Ümid edirik ki, müraciətimizə tezliklə baxılacaq. Rəsmi sənədi saxtalaşdıran, həmin sənədi Əmlak Komitəsinə təqdim edən cinayətkar tez bir zamanda cəzalandırılacaq" - deyə “Magistral Ekspess” ASC-nin üzvləri bildiriblər. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
|