"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                 

Tikintisinə 10 milyon ayrılmış modul tipli məktəblər hansı üsullarla quraşdırılır – Emin Əmrullayevin menyusuna
Tarix: 7-09-2021, 12:56 | Çap et
Tikintisinə 10 milyon ayrılmış modul tipli məktəblər hansı üsullarla quraşdırılır
Məlum olduğu kimi Prezident İlham Əliyevin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişik edilməsi barədə 27 may 2021-ci il-il tarixdə Sərəncam imzaladı. Qeyd edək ki, Qanunda olunan dəyişikliklər dövlət satınalmalarında şəffaflığın və səmərəliliyin, o cümlədən satınalma metodunun aydınlıq və aşkarlıq şəraitində aparılmasını təmin etmək məqsədi ilə aparılıb. Bu dəyişiklik həm də dövlət satınalma proseslərində iştirak haqlarının və digər xərclərin əhəmiyyətli şəkildə azaldılmasına, sahibkarlara iştirak üçün geniş imkanların yaradılmasına xidmət etmək üçün aparılıb.

Qanunda olunan bu kimi dəyişikliklərdən sonra satınalma prosesləri hecə həyata keçirilir? Burada şəffaf rəqabət prinsiplərinə nəzarət edilirmi? Sahibkarlara satınalmalarda iştirak etmək üçün şərait yaradılırmı? Qeyd edək ki, qanunda olunan bu dəyişikliklərə baxmayaraq yenə də öz ampulasında işləməyə davam edən, dövlət qurumları,idarə, təşkilat rəhbərləri var.

Aktualinfo.org satınalmalar yolu ilə bir çox xidmətlərini təklif edən ən böyük dövlət qurumlarından birinin, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tenderlər ətrafında araşdırmalar aparıb. Məlum olduğu kimi sözügedən qurum ölkə ərazisində fəaliyyətdə olan təhsil müəssisələrinin təmir tikintisindən tutmuş, digər bir çox təchizat işlərini də həyata keçirir.

Satınalmaların vahid elektron portalında yerləşdirilmiş məlumatlarda Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin 02.07.2021-ci il tarixdən 06.09.2021-ci il tarixə qədər Respublika üzrə bir sıra təhsil müəssisələrinin əsaslı təmiri işləri və bir sıra orta məktəbin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üzrə 17 açıq tender elanı yerləşdirilib. Dəyəri 3 milyon ABŞ dollarının ekvivalentindən çox olan açıq tenderlərdə isə sözügedən qurum noutbukların satınalınması,Respublika üzrə bir sıra təhsil müəssisələrinin əsaslı təmiri işlərinin satın alınması,digər malların alınması xərc maddəsi üzrə malların satın alınması,dəftərxana və təsərrüfat mallarının satınalınması, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması üzrə isə 08.07.2021-ci ildən 16.08.2021-ci ilə qədər 5 tender elanı yerləşdirib. 16.02.2021-ci ildən 23.08.2021-ci il tarixinə qədər isə müxtəl mal materialların və xidmətlərin satınalmasına 8 təkliflər sorğusu yerləşdirilib.

Bizi maraqlandıran, Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması üzrə 08.07.2021-ci il tarixdə elan olunmuş təliflər sorğusunun nəticələri barədə isə satınalmaların vahid elektron portalında heç bir məlumata rast gəlmədik. Baxmayaraq ki, təkliflər sorğusu elanından artıq 40 gün vaxt keçib. Bu elanların rəsmi dövlət qəzetində dərc olunması istisna deyil.Bəs görəsən bu sorğunun nəticələri barədə satınalmaların vahid elektron portalında nə üçün heç bir məlumat yoxdur? Bu elanın satınalmaların vahid elektron portalından silinməsi ehtimalı da böyükdür və bu mövzuya biz ayrıca toxunmağı planlaşdırırıq. Bu xidmət üzrə qalib olan şirkətlər hansılardı və nə qədər vəsait ayrılıb? Ayrılan vəsait bəllidi. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 26 may 2021-ci il tarixli Sərəncamı ilə Təhsil Nazirliyinə 10 milyon manat vəsait ayrılıb.

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılmasını iyul ayında satınalma planlarına daxil edib. Respublikanın bir neçə rayonlarında quraşdırılacaq 31 ədəd modul tipli məktəblər dekabr ayında başa çatdırılmalıdır. Amma gəlin görək bu işlər necə görülür…

Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərində iştirak etmək istəyən sahibkarın verdiyi məlumata görə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində qanunsuzluq , vəzifədən sui-istifadə halları baş alıb gedir. Onun sözlərinə görə, Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində keçirilən satınalmalarda yeni, korrupsiyaya yol açan amillər baş alıb gedir. Yəni satınalma (tender) proseduru başlamamış artıq bütün işlər idarənin rəisi Anar Axundovun və rəis mavini Fərhan Əliyevin qohumlarının adlarına təsis edilmiş müəssisələr tərəfindən icra edilir.

Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Respublika Ərazisində modul tipli məktəblərin quraşdırılması işlərini  “Təkliflər Sorğusu” üsulu ilə satın alınmasını elektron portal (elan 08.07.2021) üzərindən həyata keçirir. Sahibkar olaraq bizi də bu iş çox maraqlandırdı. Bəzi saytlardan https://azertag.az/xeber/1790247 əldə etdiyimiz məlumatlara görə ehtimal dəyəri on milyon (10 000 000.00 ) manat olan 31 ədəd modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulub. Tenderdə iştirak etmək məqsədi ilə tender komissiyasına dəfələrlə müraciət etməyimizə baxmayaraq heç nə əldə edə bilmədik. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunlarına zidd olaraq, iştirak etməməyimiz üçün hər cür maneələr yaratdılar. Hətta şərtləri çətinləşdirmək məqsədi ilə elanı da dəyişdirdilər. Modul tipli məktəblərin quraşdırılmasını qiymətləndirmək məqsədi ilə saytda göstərilən ərazilərdəki Ağsu, Şabran, Quba, Gədəbəy, Xaçmaz və digər rayonlarda məktəblərə baxış keçirdik.

Gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Nəzərdə tutulmuş modul tipli məktəblərin 70 %-də artıq işlər başa çatmaq üzrə idi (şəkillər əlavə olunur). Bunları hansı şirkət və ya kim tərəfindən quraşdırılmasını öyrənmək mümkün olmadı. Qeyd edim ki, heç bir sahibkar tenderdə qalıb olmamış, müqavilə bağlamamış öz vəsaiti hesabına iş görməz. Bildiyimizə görə bu işləri Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəhbəri Anar Axundovun qohumlarının adlarına təsis edilmiş müəssisələr tərəfindən qeyri-qanuni yollarla nəğd hesablaşmalar üsulu ilə aparılır. Hətta orada çalışan işçilərin əmək haqlarının da nəğd qaydada ödənilməsini öyrəndik.

Bu qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara şikayət etdiyimi bildikdə. 22.07.2021-ci il tarixdə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təçhizat İdarəsində satınalma komissiyanın sədri olan Sirac Əliyev modul tipli məktəblərin quraşdırılması ilə bağlı idarənin rəis müavini Fərhan Əliyevin mənimlə görüşmək istədiyini bildirdi. Görüş zamanı onlara, satınalma müqaviləsi və digər sənədləşmələr olmadan qanunsuz olaraq işlərin 70%-nin görüldüyünü və bu halların Azərbaycan Respublikasının Qanunvericiliyinə, Prezidentimiz Möhtərəm Cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına zidd olduğunu bildirdim. Fərhan Əliyev bu qanunları kənara qoymağı, bunların qanunsuz işlərininə qarışmamağı və şikayət etməməyi məsləhət gördü. “Bunları qoy qırağa, biz sizə onsuz da modul tipli məktəblərin quraşdırılmasını verməyəcəyik – deyə , bildirdi. Bunların saxtakarlıqdan, korrupsiya əməlindən şikayət etməyəcəyim halda mənə qeyri qanuni yollarla xırda təmir işlərini verəcəklərini vəd etdilər. Bu da rüşvətin başqa yeni bir formasıdır. Mən onlara modul tipli məktəblərinin quraşdırılmasında israrlı olduğumu dedim və şikayət məktublarını aidiyyatı təşkilatlara göndərdim.

26.07.2021-ci il tarixdə modul tipli 30 məktəbin quraşdırılması işlərinin satınalınması üçün keçirilən qaununsuz tenderdə 9,8 milyon manatla qalib elan olundu. Qeyd etdiyim kimi tender oyunu başlamamış məktəblərin 70%-i quraşdırılmışdır. Saytda elan edilmiş ehtimal qiymətlərlə görülən işləri müqayisə etdikdə qiymətlər 5 dəfədən çox şişirdilmişdir. Məsələn Ağsu Təklə kəndində quraşdırılmış məktəbi 350 000.00 manata deyil 75 000.00 manata quraşdırmaq olardı. (şəkillər əlvə olunur) Məktəblərin quraşdırılmasında istifadə edilən materiallar çox ucuz və keyfiyyətsiz olmasının şahidi olduq. Yəni, sendviç panel (kv.m 35 manat ) deyil, profnastil dəmir lövhələr (kv.m 5 manat) və daş yundan (kv.m 2 manat) istifadə edilmişdir. Görülən işləri hansı materiallarla, hansı formada və hansı vəsait hesabına olacağını bilən sifarişçi təşkilat Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsidir.

Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsidə digər işlər də belə həll olunur. Yəni, 23.07.2021-ci il tarixdə satınalma portalında elanı verilmiş Oğuz rayon məktəblərində Balakən rayonu məktəblərində cari təmir işləri, Ağsu rayonu 5 saylı məktəbində (elan 02.07.2021 zərflərin açılışı 07.08.2021) və bunun kimi digər rayonlarda da əsaslı təmir işlərinin satınalma prosesi başa çatmamış icra olunacaq işlər artıq yekunlaşmaqdadır.

Digər cari təmir işləri də eyni formada aparılmışdır. (Şəkillər əlavə olunur.) Ümumiyyətlə bu idarənin gördüyü işlər demək olar ki, hamsı eyni vəziyyətdədir. Çox təəssüf ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində bunun kimi qanunsuzluqlar və dəhşətli dərəcədə qiymət şişirdilmələri saysız hesabsızdır. Lakin bu günə kimi operativ araşdırılması tələb olunun işlərə yanaşma qeyri-ciddi olmuşdur. Belə ki, bir neçə belə tenderlər başa çatmışdır.

Göründütü kimi, Təhsil Nazirliyində özbaşınalıq və korrupsiya halları hələ də davam edir. İslahatçı nazır Emin Əmrullayevin dövründə belə. Əvvəlkilərdən daha biabırçı şəkildə. Amma bunların başında heç də gənc nazir dayanmır. Əldə etdiyimiz məlumatlara görə bu işlərin başında duran başqa bir nazir var. Növbəti yazılarımızda onun barəsində daha maraqlı məlumatlar verəcəyik.

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru