Dövlət Vergi Xidməti borclu MMC-yə sanksiya tətbiq etməkdə niyə maraqlı deyil? - İLGİNC FAKT
Tarix: 27-07-2021, 11:19 | Çap et
Bir neçə il öncə formal olaraq yaradılmış,heç bir maddi-texniki bazası olmayan MMC-lərin dövlət sifarişlərinə cəlb edilməsi, milyonlarla manat dəyərində satınalmaların qalibi olması və əldə etdikləri gəlirlərdən heç bir sosial ödəmə və vergi verməməsi artıq günümüzün ən aktual mövzularından birinə çevrilib. Elektron kütləvi informasıya vasitələrində,sosial şəbəkələrdə və televiziyalarda başqalarının adına yaradılmış,dövlətə külli miqdarda vergi borcu olan şirkətlər barədə kifayət qədər məlumatlara rast gəlmək mümükündür.Şabran rayonunun Borbor kənd sakinin adına 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış “TİKİNTİ TƏMİR RR” Məhdud Məsuliyyətli Cəmiyyəti də belələrindəndin.
Aktualinfo.org sözügedən MMC-nin dövlətə olan mövcud borcu ətrafında apardığı araşdırmaları qanun çərçivəsində tədbirlər görmək məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin rəsmi şəxslərinin də diqqətinə çatdırmışdı.
Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin rəisi,baş vergi xidməti müşaviri Sərxan Məmmədov isə redaksiyanın elektron poçtuna ünvanladığı 16.07 2021-cil tarixli cavab məktubunda yazır ki;
“Tikinti Təmir RR” MMC-nin (VÖEN 5000732791) dövlət büdcəsinə yaranmış vergi borcları barədə 22.06.2021-ci il tarixli müraciətinizə aidiyyəti üzrə 3 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır.
Bildiririk ki, “Tikinti Təmir RR” MMC-nin dövlət büdcəsində mövcud olan vergi borcu barədə məlumatı həmin borc məbləğinin dəyişdiyini nəzərə alaraq həmin cəmiyyətin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini e-texas.gov.az saytında vergi borcu barədə məlumatın verilməsi bölməsinə (https://www.e-texas.gov.az/ebyn/vergiBorcu.html) daxil etməklə əldə edə bilərsiniz.
Müraciətinizdə qeyd edilən digər məsələlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən kommersiya və vergi sirri olduğuna görə, həmin məsələlər ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Komunikasiya İdarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Qeyd edək ki, 3 saylı Ərazi Vergilər İdarəsinin rəisi vergi borcu barədə vergi ödəyicisi kimi “Tikinti Təmir RR” MMC-yə bildiriş göndərmək və borc məbləğini qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməsini tələb etmək əvəzinə absurd bir cavab vermişdir. Yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə “Tikinti Təmir RR” MMC-nin əmlakının siyahıya alınması haqqında təcili qərar çıxarmaq əvəzinə kommersiya sirri barədə qeyri müəyyən cavablar yazıb. Burada hansı kommersiya sirrindən söhbət gedə bilər? MMC “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq açıq tenderlərdə iştirak edir, qalibi olduğu tenderlərin nəticələri satınalmaların elektron portalında yerləşdirilir və hər kəs görür ki,hansı işlərin müqabilində nə qədər vəait ayrılıb.Burada hər şey açıqdır və heç bir kommersiya sirrindən söhbət gedə bilməz.
Amma Dövlət Vergi Xidməti vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməyən və büdcəyə ödənilməli vergi məbləğini hesabat təqdim etməməklə vergidən yayınan “Tikinti Təmir RR” MMC-yə qarşı qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyaları və digər məsuliyyət tədbirlərini nə üçün tətbiq etmir? Vergi öhdəliklərini yerinə yetirməyən hüquqi şəxslərə qanunda nəzərdə tutulmuş sanksiyalar tətbiq etmək Dövlət Vergi Xidmətinin birbaşa borcudur. Qanunla nəzərdə tutulan tədbirlərin biri də vergi öhdəliyini yerinə yetirməyən şəxsin əmlakının siyahıya alınması və həraca çıxarılmasıdır. Amma görəsən “Tikinti Təmir RR” MMC-nin hərraca çıxarılası hər hansı bir əmlakı varmı?
Cəmi 10 manat nizamnamə kapitalı olan bu MMC dövlət qeydiyyatına alındığı tarixdən, yəni 14.01.2019-cu ildən cəmi üç ay sonra Qusar rayon İcra Hakimiyyəti başçısı aparatının 15.04.2019-cu il tarixdə keçirmiş olduğu Qusar şəhər yollarının əsaslı təmir işlərini aparılması üzrə 434 479.95 manat, Gəncə şəhər İcra Hakimiyyətinin 10.07.2019-cu il tarixdə keçirmiş olduğu Gəncə şəhərində məktəbəqədər təhsil müəssisələrində istilik sistemlərinin quraşdırılması işlərinin satın alınması üzrə 316 800 manat,“Azərişıq” ASC tərəfindən 09.08.2019-cu il tarixdə keçirilmiş, Abşeron rayonu ərazisində torpaq sahələrinin suvarma sisteminin və Xaçmaz rayonunun Müqtədir qəsəbəsi ərazisində yerləşən aqroparkın xarici elektrik təchizatı işləri üzrə 1 549 306.76 manat, məbləğində tenderlərin qalibi olub.
Qeyd edək ki,dövlət satınalmalarının rəsmi portalında cəmi 3 tenderdə iştirak etmiş, 2 300 586 manat dəyərində dövlət sifarişi almış MMC-nin 22.06 2021-ci il tarixə 828 317.44 manat vergi borcu olduğu göstərilirdisə bu günə 834 124.20 manat təşkil edir.Bütün bunlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi portallarında açıq şəkildə göstərilirsə,burada hansı kommersiya sirrindən söhbət gedə bilər?
MMC-nin dövlətə olan vergi borcu onu göstərir ki, kifayət qədər iri məbləğli satınalmalarda iştirak edib. Lakin onların böyük əksəriyyəti ictimaiyyətdən gizlədilib. Məsələn 12.04 2019-cu ildə Siyəzən Rayon İHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinin “Yolların əsaslı təmiri”, “Şəhərin abadlaşdırılması” və “Mənzil fondunun əsaslı təmiri” işlərinin satınalınması ilə əlaqədar dərc edilmiş açıq tender müsabiqəsində “Tikinti Təmir RR” MMC qalib elan olunmuş və müvafiq satınalma müqavilələri bağlanmışdır. Amma ayrılmış vəsait barədə heç bir məlumat göstərilməmişdir.
Dövlət satınlmalarının rəsmi elektron portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi MMC açıq tenderlərdə iştirak edərək qalib olmuş,müvafiq qurumlarla satınalma müqavilələri bağlamışdır. Bu MMC-nin dövlət sifarişlərini yerinə yetirməyə maddi-texniki bazasının,işçi qüvvəsinin olub olmaması artıq maraqlı deyil. Maraqlı olan odur ki,Şabran rayonunun 20-25 evlik bir kənd sakinin adına yaradılmış bu MMC-nin arxasında kimlər durur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin MMC-nin mövcud olan borcunu ödətdirməməkdə maraqlı olması isə daha maraqlıədır.
Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
|