"Demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir" .....                     Kolleclərə direktor müavinləri təyin olunub .....                     "Bu kafe haqqında tədbir görülsün" .....                     Rafiq Məmmədov Bakı həbsxanasında .....                     “Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi .....                     Azərbaycanda əsgərlik yaşı artırılır? .....                     Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? .....                     Bıçaqlanan Vidadi İsgəndərlinin qardaşı danışdı .....                     Sədərək gömrüyündə ÖZBAŞINALIQ... .....                     General keçmiş partiya sədrinin oğlunu işdən çıxardı .....                     İordaniyadan Azərbaycana qarşı təəssüf doğuran ADDIM .....                     Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı ÜZƏ ÇIXDI .....                     Vətəndaş cəmiyyəti sosial şəbəkələrdə fəal olmalıdır .....                     İki həftə əvvəl pulunu ödəyib, amma xeyri yoxdur... .....                     “12-ci imam” yenidən məhkəmə qarşısına çıxarılır .....                     Ruslar bütün istiqamətlərdə irəliləyir .....                     Mişustin Paşinyanı YOLA GƏTİRƏ BİLƏCƏK? .....                     Paşinyan ötən il Əliyevlə hansı məxfi müqaviləni imzalayıb? .....                     Vidadi İsgəndərli bıçaqlanıb, vəziyyəti ağırdır .....                     "Sədr demişdi ki, “s” hərfinin tələffüzündə problem var" .....                     Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb .....                     Pezeşkian Qərbi yalan danışmaqda ittiham edib .....                     Azərbaycanda su təchizatı tenderlərini kimlər udur? .....                     ETSN-in rüşvətə görə tutulan sabiq vəzifəli şəxslərdən .....                     Ucar sakini yerli hakimdən İnam Kərimova ŞİKAYƏT ETDİ .....                     “VMR Estetik” klinikasında mədəsini kiçiltmək istədi... CANINDAN OLDU .....                     Rasim Məmmədovun şikayətinə .....                     Həsən Nəsrullahın əmisi oğlu “Hizbullah”ın yeni lideri olub? .....                     Sabiq polis rəisinə ağır İTKİ .....                     Fazil Mustafaya qarşı sui-qəsd etməkdə təqsirləndirilən şəxslər .....                     Müharibə olmasaydı, Rusiya tənəzzül edəcəkdi .....                     İcra Hakimiyyəti 19 milyon manatlıq kommunal təyinatlı texnikalar alır .....                     Adil Vəliyev deyəsən, tənbehlərdən nəticə çıxarmır... .....                     Makronun adamları Bakıda istintaqa cəlb olunub: Şok yeniliklər .....                     Netanyahu İsrailin Yaxın Şərqdə güc balansını dəyişdiyini bəyan edib .....                     "Əvvəlcədən hüquqi yardım almağa çalışın, yoxsa..." .....                     Xaçmaz sakini ACINACAQLI DURUMA .....                     İran gərginlik içində: Zəngəzur mövqeyini dəyişəcək? .....                     Ərdoğana qarşı onu rəqib çıxara bilərlər .....                     DSMF onların pulunu NİYƏ VERMİR? .....                 

Nədən həbslər də məmurlara ƏNGƏL OLMUR... - “Məmurlar bir-biriylə qohumluq əlaqələri quraraq cinayətkar şəbəkə yaradıblar”
Tarix: 11-05-2021, 11:40 | Çap et
Nədən həbslər də məmurlara ƏNGƏL OLMUR...
Son dövrlər Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ön planda durur. Prezident İlham Əliyev 2018-ci ilin aprelindən sonra keçirdiyi görüşlərin və söylədiyi nitqlərin hər birində rüşvətxorluq və korrupsiyaya qarşı barışmaz mübarizə aparılacağını önə çəkib. Hətta dövlət başçısı son vaxtlar ayrı-ayrı vəzifələrə təyin etdiyi məmurlara tapşırıqlar verərkən, onları şəffaf və təmiz işləməyə, rüşvətxorluq və korrupsiyadan uzaq olmağa, eyni zamanda sahibkarları incitməməyə çağırıb. Buna əməl etməyənləri işdən çıxarmaqla kifayətlənməyəcəyini və onların cəzalandırılacağını bildirib.

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun törətdiyi əməllər göstərdi ki, davamlı olaraq icra başçılarının və digər məmurların həbsinə baxmayaraq, hələ də icra başçıları “at oynadır”. Bu mənada, korrupsiyaya yol verən məmurların işdən çıxarılması və həbsi davam etdirilməlidir.

Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev də hesab edir ki, məmurlara qarşı aparılan bu cür tədbirlər davamlı olmalıdır ki, köklü nəticələr əldə olunsun. O, qanunsuz əməllərlə məşğul olan məmurları daxili düşmənlər adlandırıb: “Son vaxtlar ictimaiyyətdə yayılan informasiyalardan hiss olunur ki, dövlət məmurları korrupsiya əməllərinə qurşanıb. Onlar rüşvətxorluqla məşğul olurlar. Bu cür məlumatların yayılması əvvəl-axır öz nəticəsini verməli idi. Əvvəlki çıxışlarımda da bildirmişəm ki, cinayətlər iki cür baş verir: gizli və açıq şəraitdə. Bu məmurlar o qədər azğınlaşmışdılar ki, cinayətləri açıq şəkildə törədirdilər. Buna da mütləq qaydada reaksiya verilməli idi. Məmurların qanunsuzluqlarının aşkar edilməsiylə bağlı əməliyyat tədbirləri həyata keçirildi. Əməliyyatları iki hüquq-mühafizə orqanı həyata keçirir: Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Təhlükəsizlik Xidməti. Bu günə qədər çox sayda məmur iş başında həbs edilib. Çünki onlar azğınlaşmış şəraitdə açıq cinayətlərə gedirdilər. Bu cür tədbirlər davamlı olarsa, öz nəticəsini verəcək. Davamlı olmalıdır ki, köklü nəticələrini görə bilək. Hələ ki, az nəticə verir. Çünki bir neçəsi tutulub. Bu o demək deyil ki, yerdə qalan yüksək titullu məmurlar bu cür işlərlə məşğul olmurlar. Onlar tutulan məmurlardan da ağırlaşdırıcı formada qanunsuz əməllərlə məşğuldurlar. Cinayət məcəlləsində cinayətlərin təsnifatı var: vəzifə cinayətləri, şəxsiyyət əleyhinə olan cinayətlər, ictimai təhülkəsizlik əleyhinə olan cinayətlər və s. Məmurların əməlləri də vəzifə cinayətlərinə aid edilir. Həbslər davam olarsa, bir az da yaxşı nəticələrini görə bilərik. Çox güman ki, proses davamlı olacaq. Bu adamlar daxili düşmənlərdir. Xarici düşmənimiz də ermənilərdir. Daxili düşmənlər xarici düşmənlərdən qat-qat təhlükəlidir. Çünki xarici düşmənlə üz-üzəyik, onlara qarşı ordumuz, kəşfiyyatımız və əks-kəşfiyyatımız tədbir görür. Lazım olanda, müharibə ilə başlarını əzirik. Amma daxili düşmənlər isə daha təhlüəkəlidir. Onlara qarşı mübarizə aparmağın özü də biraz çətinlik törədir. Çox təhüləkli adamlardır. Tək amalları pul, varlanmaq və külli miqdarda pul ələ keçirtməkdir. Bu baxımdan, onları daxili düşmənlər adlandırıram. Ermənilər Ağdam rayonunu yerlə-yeksan edib, yaşayış evlərini dağıdıb. İcra başçıları isə rayonun infrastruktutunu darmadağın ediblər”.

Sabiq polis rəisi onu da qeyd edib ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri insanlarda ruh yüksəkliyi yaradıb: “Bəzi icra başçıları vəzifədən kənarlaşdırılıb. Lakin prokurorluq orqanlarına geniş səlahiyyət verilib. Onlar vəzifədən kənarlaşdırılan məmurların vəzifədə olduğu müddətdəki fəaliyyətini tam araşdırıb, qanunsuzluqları aşkar edə bilərlər. Əhmədli qəsəbəsində çox sayda faktlar var. Ərazilərin çoxu qanunsuz şəkildə satılıb. Valideynlər azyaşlı uşaqlarını məktəbə aparanda piyada keçidindən deyil, maşın yolundan istifadə edir. Bu cür faktlara görə deyirəm ki, onlar ermənidən qat-qat təhlükəlidir. Hüquq-mühafizə orqanlarının məmurlarla bağlı apardıqları işi alqışlayıram. Əvvəllər icra strukturlarına qarşı heç bir mübarizə aparılmayıb. Bu baxımdan, isanlarda elə bir düşüncə yaranırdı ki, guya bunlar toxunulmazdır. İnsanlar da bu cür reallıqla barışmalı olurdu. Nəticədə qanunlara qarşı da ruh düşkünlüyü əmələ gəlirdi. Daha sonra isə bu cür əməliyyat tədbirlərinin olması insanlarda ruh yüksəkliyi yaratdı”.

Mahmud Hacıyev həbs edilən məmurların törətdikləri cinayətləri dövləti cinayətlər adlandırıb: “Hüquq-mühafizə orqanları qanunla onlara verilmiş səlahiyyətlərdən istifadə edib, qanunsuz əməllərlə məşğul olan məmurları məsuliyyətə cəlb edirlər. Onların həbsinin davamlı olmasını istəyirəm. Düşünürəm ki, bu cür məmurların törətdikləri cinayətlər dövləti cinayətlərdir. Çünki onlar dövləti məhv edirlər. Nəticədə, dövləti hörmətdən salırlar. Ən əsası da qanunları saymır və tabe olmamağa çalışırlar. Məsələn, Çində bu cür əməllərə yol verən məmurlar güllələnir. Buna görə də Çin iqtisadi baxımdan inkişaf etmiş dövlətdir. Yəni ki, onlar güllələnməyə layiq məmurlardır. Məsələn, Ağstafanın həsb edilən keçmiş icra başçısının əməliyyat videosu yayılmışdı. Qarnını qaşıyaraq müavininə deyir ki, hansısa iş adamı bizim haqqımızı niyə göndərmir. Maraqlıdır ki, davamlı olaraq icra başçıların həbs edilməsinə baxmayaraq, digərləri bundan örnək götürmür. Sonuncu dəfə Şəmkirin icra başçısının törətdiyi əməllər buna bariz nümunədir. Sanki rüşvətxorluq onların qanına işləyib. Bu yaxında mediada oxuyuram ki, Pirallahı rayonun icra başçısı Vətən müharibəsində yaralanmış qaziyə deyir ki, sənə süpürgə verim Pirallahı rayon mərkəzinin küçələrini süpür. Görün, bu icra başçısının tərbiyəsini… İcra başçısı bu sözləri 44 gün Vətən müharibəsində can qoyan, 3 ordenlə təltif olunan, Şuşanın azad olunmasında qəhrəmanlıq göstərmiş zabitə deyir. Sizcə, bu icra başçısında mədəniyyət deyilən bir şey varmı?..”

Hüquqşünas bildirib ki, məmurlar bir-biriylə qohumluq əlaqələri quraraq, cinayətkar şəbəkə yaradıblar: “Digər tərəfdən, məmurların bir-biriylə qohumluq əlaqələri var. Sanki, cinayətkar şəbəkə yaradıblar. Onlar qohumluq əlaqələrini cinayətkar şəbəkəni yaratmaq üçün qururlar. Sözügedən məmurlarda nə Vətənə, nə də torpağa sevgi hissləri var. Onların beyni yalnız bir istiqamətdə işləyir, külli miqdarda pul yığmaq, varlanmaq. Hüquq-mühafizə orqanları prosesə gec başlasalar da, amma yaxşı başladılar. Ümid edirik ki, əməliyyat tədbirləri davam edəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir" - İTTİHAM VAR...
Bu gün, 11:19
Kolleclərə direktor müavinləri təyin olunub - ADLAR
Bu gün, 11:16
"Bu kafe haqqında tədbir görülsün" - ETİRAZ
Bu gün, 11:14
Rafiq Məmmədov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:11
“Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi
Bu gün, 11:07
Azərbaycanda əsgərlik yaşı artırılır? - GƏLİŞMƏ
Bu gün, 10:58
Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? - POLİS ARAŞDIRMAYA BAŞLADI
Bu gün, 10:53
Bıçaqlanan Vidadi İsgəndərlinin qardaşı danışdı - Hadisənin detalları
Bu gün, 10:49
Sədərək gömrüyündə ÖZBAŞINALIQ... - Məmura olar, sıravi vətəndaşa yox...
Bu gün, 10:44
General keçmiş partiya sədrinin oğlunu işdən çıxardı - AÇIQLAMA
Bu gün, 10:39
İordaniyadan Azərbaycana qarşı təəssüf doğuran ADDIM - BU NƏDİ BELƏ?!
Bu gün, 10:36
Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı ÜZƏ ÇIXDI - suallardan yayındı...
Bu gün, 10:33
Vətəndaş cəmiyyəti sosial şəbəkələrdə fəal olmalıdır - Novella Cəfəroğlu
Bu gün, 10:31
İki həftə əvvəl pulunu ödəyib, amma xeyri yoxdur... - GİLEY
Bu gün, 10:29
“12-ci imam” yenidən məhkəmə qarşısına çıxarılır
Bu gün, 10:22
Ruslar bütün istiqamətlərdə irəliləyir – Müharibə böyük şəhərlərə yaxınlaşır
Bu gün, 10:18
Mişustin Paşinyanı YOLA GƏTİRƏ BİLƏCƏK? - AKTUAL
Bu gün, 10:14
Paşinyan ötən il Əliyevlə hansı məxfi müqaviləni imzalayıb? - Sensasion iddia
Bu gün, 10:07
Vidadi İsgəndərli bıçaqlanıb, vəziyyəti ağırdır - Qənimət Zahid
Bu gün, 10:05
"Sədr demişdi ki, “s” hərfinin tələffüzündə problem var"
Bu gün, 10:03
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
Bu gün, 10:00
Pezeşkian Qərbi yalan danışmaqda ittiham edib
Bu gün, 09:47
Azərbaycanda su təchizatı tenderlərini kimlər udur? - İLGİNC
Bu gün, 09:43
ETSN-in rüşvətə görə tutulan sabiq vəzifəli şəxslərdən XƏBƏR VAR
Bu gün, 09:37
Ucar sakini yerli hakimdən İnam Kərimova ŞİKAYƏT ETDİ - MÜRACİƏT
Bu gün, 09:35
“VMR Estetik” klinikasında mədəsini kiçiltmək istədi... CANINDAN OLDU - TƏFƏRRÜAT
Bu gün, 09:27
Rasim Məmmədovun şikayətinə bu tarixdə BAXILACAQ
Bu gün, 09:20
Həsən Nəsrullahın əmisi oğlu “Hizbullah”ın yeni lideri olub?
Bu gün, 09:19
Sabiq polis rəisinə ağır İTKİ
Bu gün, 09:15
Fazil Mustafaya qarşı sui-qəsd etməkdə təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısında
Bu gün, 09:14
Müharibə olmasaydı, Rusiya tənəzzül edəcəkdi - “Biznes İnsayder”
Bu gün, 09:05
İcra Hakimiyyəti 19 milyon manatlıq kommunal təyinatlı texnikalar alır - SİYAHI
Bu gün, 09:02
Adil Vəliyev deyəsən, tənbehlərdən nəticə çıxarmır... - FAKT BUDUR!
Bu gün, 08:59
Makronun adamları Bakıda istintaqa cəlb olunub: Şok yeniliklər - Britaniya mətbuatı
Bu gün, 08:50
Netanyahu İsrailin Yaxın Şərqdə güc balansını dəyişdiyini bəyan edib
Bu gün, 08:47
"Əvvəlcədən hüquqi yardım almağa çalışın, yoxsa..." - ÇAĞIRIŞ
Bu gün, 08:41
Xaçmaz sakini ACINACAQLI DURUMA - KÖMƏK İSTƏDİ...
Bu gün, 08:36
İran gərginlik içində: Zəngəzur mövqeyini dəyişəcək? - YOXSA YENƏ...
Bu gün, 08:24
Ərdoğana qarşı onu rəqib çıxara bilərlər - ÖZÜ AÇIQLADI
Bu gün, 08:20
DSMF onların pulunu NİYƏ VERMİR? - Neftçilər NARAZILIQ EDİR
Bu gün, 08:18
Ölkənin gələcək müqəddəratını müəyyən edən seçkilər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:10
Naxçıvan təhsilində yeni pulyığma yeri - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:08
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 00:05
"Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" - Əməkdar artist
Bu gün, 00:04
Ermənilərin puça uğrayan daha bir ümidi... - GƏLİŞMƏ
Bu gün, 00:02
Sertifikatlaşdırma prosesi bizə LAZIMDIRMI?
Dünən, 21:48
DİN-dən xəbərdarlıq: - Nələrə diqqət etməlisiniz?
Dünən, 21:44
İctimai nəqliyyatda köklü islahatlar baş verəcək - YENİ PLAN qapıda...
Dünən, 20:04
Rusiyadakı azərbaycanlıları nə gözləyir? - NƏ BAŞ VERİR?
Dünən, 19:58
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - TƏFƏRRÜAT
Dünən, 19:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru