Azercell-in Müştəri Xidmətləri və Səyyar Müştəri Xidmətləri işini fasiləsiz davam etdirir
Tarix: 26-08-2020, 14:47 | Çap et
 DİA.AZ: - COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiqi dövründə də “Azercell Telekom” MMC abunəçilərinə ofislərdə və səyyar şəkildə fasiləsiz xidmət göstərib. Ağır və gərgin iş rejiminə baxmayaraq, şirkətin Müştəri Xidmət Mərkəzləri həm müştərilərin, həm də əməkdaşların səhhətinin qorunması məqsədilə lazımi qoruyucu tədbirlər görərək maksimal təhlükəsiz şəraitdə öz fəaliyyətini davam etdirib.
DİA.AZ xəbər verir ki, Azercell Müştəri Xidmətləri tərəfindən bu ilin ilk 7 ayında xidmət göstərilən müştərilərin sayı Bakıda 220.000-dən artıq, regionlarda isə 180.000-ə yaxın olub.
Ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə alaraq, Azercell öz abunəçilərinə ev şəraitindən ayrılmaması və kütləvi insan axınının mövcud olduğu yerlərə getməməsi üçün alternativ xidmət kanalları təqdim edib. Belə ki, pandemiya dönəmində Azercell-in Mobil Müştəri Xidmətləri tərəfindən abunəçinin istəyinə uyğun olaraq ona birbaşa yaşadığı ünvanda xidmət göstərilib. 5 ay ərzində (1 Mart- 31 İyul 2020) Azercell Mobil Müştəri Xidmət Mərkəzinə 700-ə yaxın müraciət daxil olub. Onlardan 300-dən çoxu 65 yaşdan yuxarı olan abunəçilər təşkil edib ki, bu kateqoriyadan olan vətəndaşlara bütün ölkə boyu Azercell tərəfindən pulsuz xidmət göstərilib.
Qeyd edək ki, sərt karantin rejiminin tətbiq olunduğu müddətdə Azercell Müştəri Xidmət ofisləri xüsusi rejimdə işlədiklərindən, abunəçilərin məsafəli qalması və daha təhlükəsiz şəraitdə xidmət göstərilməsi üçün bəzi hallarda elektron növbə tətbiq olunmayıb. Buna görə həmin dövrdə Müştəri Xidmət Mərkəzlərində qəbul edilən və xidmət göstərilən real abunəçi sayı qeyd olunandan qat-qat çoxdur.
Azercell-in Bakı və bölgələrdə çalışan Müştəri Xidmətləri Mərkəzlərində pandemiyanın ilk günlərindən bu günə qədər zəruri tədbirlər görülür. Xidmət işçiləri və müştərilərin istifadəsi üçün içində antiseptik gel olan dozatorlar quraşdırılıb. Yalnız Müştəri Xidmət Mərkəzlərində deyil, ümumiyyətlə Azercellə məxsus olan ofislərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılır, ofislərə girişdə hərarət kontaktsız rəqəmsal termometrlə ölçülür. Müştərilərlə təmasda olan əməkdaşlara, səyyar xidmət də daxil olmaqla, qoruyucu maskalar və əlcəklər təqdim edilir.
COVID-19 virusunun yayılmasının qarşısının alınması, əməkdaşların və müştərilərin sağlamlığının qorunması məqsədilə bir sıra Müştəri xidmətləri (Q. Qarayev pr. 81, B. Bağırova 2, H.Z. Tağıyev 26A
ünvanlarında yerləşən) ofislərində masaüstü şüşə arakəsmələr qoyulub. B. Bağırova 2 ünvanında yerləşən xidmət mərkəzinin önündə isə küçədə növbə gözləyən abunəçiləri gündən qorumaq üçün tent quraşdırılıb.
Azercell Telekom hər bir şəraitdə müştərilərinə ən yüksək səviyyədə xidmət göstərməyə hazırdır. Lakin abunəçilərin sağlamlığının qorunması məqsədilə distant xidmət kanallarına – Azercell-in çoxfunksional “Kabinetim” tətbiqindən və Onlayn Müştəri Xidmətlərindən - yararlanmaq, yalnız zəruri hallarda Müştəri Xidmət Mərkəzlərinə müraciət etməsi tövsiyyə olunur.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|