Prezident “əhalini incitməyin” deyir, “Azəristilik” isə... - Özbaşınalıq, yoxsa?..
Tarix: 20-11-2019, 15:28 | Çap et
Azərbaycanda hər il noyabrın 15-i tarixini gözləyənlər böyük xəyal qırıqlığı yaşayırlar. “Qafqazinfo” xəbər verir ki, dövlət tərəfindən istiliyin veriləcəyi, evlərinin, övladlarının, yaşlı valideynlərinin isinəcəyi ümidi ilə yaşayanların arzusu hər il demək olar ki, puç olur. Fakt olaraq, təkcə son 3 ilə nəzər salsaq, deyə bilmərik ki, 15-i tarixindən etibarən paytaxt Bakıda “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanaları normal rejimdə işə düşüb.
Baxmayaraq ki, hər il qurum qışa hazırlıq mövsümünün yaydan başladığını elan edir və əhalini tam əmin edir ki, hər şey qaydasındadır. Elə son olaraq “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev noyabrın 14-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, sistem mövsümə hazırdır və noyabrın 15-dən etibarən gücləndirilmiş iş rejiminə keçiriləcək, bütün qazanxanalar tam işə başlayacaq.
Noyabrın 15-si isə məlum oldu ki, ASC-nin “Azəriqaz” a 29 milyon manatdan çox borcu var və buna görə də “Azəriqaz” qazanxanalara qaz vermir. Deyilən gündən iki gün keçdi, Bakı istiliksiz qaldı, bundan sonra hər iki qurumun aralarında gəldiyi razılığa əsasən qazanxanalara qaz verildi.
Bu məqamda maraqlı olan addım “Azəriqaz” ın “Azəristiliktəchizat” ASC-yə etdiyi “sürpriz”oldu. Çünki onsuz da “Azəristiliktəchizat” “Azəriqaz”a borclu olduğunu etiraf etmişdi. Öz aralarında razılaşa bilmədiklərinə görə, iki gün balansda olan binalara istilik verilmədi. Sözügedən problem əhaliyə də yansıdı. Daha sonra isə dedilər ki, borc dövlət tərəfindən tənzimlənəcək.
Deyək ki, hər hansı imkanlı şəxslərin öz evini şəxsi vəsaiti hesabına istiliklə təmin etməyə gücü çatır. Bəs, imkansız şəxslər neyləsin?! Əminliklə onu demək olar ki, hər kəsin yaşayış səviyyəsi xərclərini qarşılamağa imkan versəydi, heç kim “Azəristiliktəchizat” a möhtac qalmaq istəməzdi.
Ölkə başçısı da son zamanlar bir-birinin ardınca etdiyi müxtəlif çıxışlarda əsas diqqəti əhalinin incidilməməsinin üzərinə çəkib. Amma görünən odur ki, bəzi qurumlar hələ də bundan dərs çıxarmaq istəmir.
Təkcə “Qafqazinfo”ya noyabrın 15-dən etibarən oxuculardan paytaxtın müxtəlif ərazilərindən istiliyin verilməməsi ilə bağlı çoxsaylı şikayətlər daxil olub. Bizə verilən ünvanları “Azəristiliktəchizat”a atsaq da, onlar yenidən bizimlə əlaqə yaradaraq problemlərinin həll olunmadıqlarını qeyd ediblər. Axı, bizim işimiz ünvanların siyahısını sözügedən quruma atmaq deyil. Əhalini də ona görə başa düşürük ki, onlar “Azəristiliktəchizat” ASC-nin “Qaynar Xətti”nə düşə bilmirlər. Bəs, belə olanda evləri isinməyənlər nə etməlidir?
Yenidən bu sualla qurumun Abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyevə müraciət etdik. R. Əliyev bildirib ki, noyabrın 15-dən etibarən qurum olaraq istiliklə bağlı problemlər yaşayan vətəndaşlara müraciət ediblər: “Vətəndaşlar bizə müraciət etsin ki, biz gedib ünvanlarda dəqiq araşdıraq. Dünən bir neçə televiziya kanallarında da müraciətlər etmişəm. Gün ərzində “Qaynar Xətt”ə çoxsaylı müraciətlər daxil olur. Əgər kimsə xəttə düşə bilmirsə, qurumun elektron poçtuna, feysbuk səhifəsinə mənzildəki problemlə bağlı müraciət edə bilər. İndiyə kimi vətəndaşlardan daxil olan müraciətlərin təhlili onu göstərir ki, problemlər mənzildaxilidir. Bəziləri radiatoru bağlı saxlayıb. Yuxarı mərtəbədə olanlar radiaotorun havasını çıxarmalıdırlar. Çünki cihazlara hava düşərsə, onu çıxartmaq lazımdır. 3850 mənzildir. Bizim əməkdaşlar hamısı eyni anda çatdıra bilmir. Bu məsələləri də yaydan etmək mümkün deyil. Çünki istilik veriləndən sonra bu problemlər ortaya çıxır”.
Milli Məclisin deputatı Çingiz Qənizadə “Qafqazinfo”ya bildirib ki, əslində qış fəslinə qədər bütün təchizat qurumları öz işlərini görüb bitirməlidir: “Hardasa problemlər varsa, vaxtında aradan qaldırılmalı, təmir işləri görülməlidir. Hansı qurumlara borcları yaranıbsa, o silinməlidir. Noyabrın 15-nə kimi start vəziyyətində olmalı idilər. Əgər 15-də istiliyin verilməsi prosesi zamanı artıq nələrsə üzə çıxırsa, bu kifayət qədər qışa hazırlığın olmaması ilə bağlıdır. Amma burada da obyektiv və subyektiv səbəblər var. Sovet dövründə tikilmiş binaların istilik sistemində müəyyən problemlər olur. Bəziləri istismara yararsız olur, təbii ki onu dəyişmək üçün vəsait lazımdır. Bunların hamısı üçün də “Azəristiliktəchizat”ın müəyyən vəsaiti olmalıdır. Əgər quruma ayrılmış vəsait görülməli işin xərcindən azdırsa bununla bağlı məsələ qaldırılmaldır. Büdcədən əlavə vəsaitlər ayrılmalıdır ki, problem yaşanmasın. Hər qurum istəyər ki, neqativ hallarda adı hallanmasın. Borc məsələsi ortaya çıxdı. Qazı satan qurum təbii ki, pulunu istəməlidir və haqlıdır. İşlədilən qaza görə də pul ödənilməlidir. Hər ikisi də dövlət qurumlarıdır. Əgər “Azəristiliktəchizat”ın borcu ödəməyə pulu yoxdursa, vaxtında məsələni qaldırmalıydı. Həmin borcun bağlanması ilə bağlı vəsaiti dövlətdən istəməli idi ki, insanlar əziyyət çəkməsin. Bütün hallarda iş operativ, əlaqəli qurulmalıdır”.
İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Qafqazinfo”ya bildirib ki, yaranan çətinlik idarəetmə problemi ilə bağlıdır: “Dövlət şirkətlərinin idarə olunmasında ciddi qüsurlar var. Bu, həm şəffaflıq, həm effektiv idarəetmə, həm də ayrılan vəsaitin doğru xərclənməsi ilə bağlıdır. Belə olan halda, dövlət şirkətləri arasında olan problemli münasibətlərdən əziyyət çəkən də vətəndaş olur. “Azəriqaz”la “Azəristiliktəchizat” ASC arasında borc varsa vətəndaş bundan əziyyət çəkməməlidir. Dövlət özü qurumlarının effektiv idarə olunması ilə bağlı qərarlar qəbul etməlidir. Bütün dövlət şirkətlərinə büdcədən dotasiya da ayrılır. Həmin dotasiya hesabına ən azı borcların qarşılıqlı silinməsi məsələsi həll oluna bilər.
Ümumiyyətlə isə, istehlakçı şirkətin dövlətin nəzarətində qalması şərtiylə, paylayıcı şirkətlərin ya qismən ya da tam özəlləşdirilməsi məsələsi nəhayət ki öz həllini tapmalıdır. İllərdir bununla bağlı söhbətlər gedir. Ancaq əməli addımlar atılmır. “Azəristiliktəchizat” ASC-nin paylayıcı şirkət kimi dövlətin nəzarətində qalmasının heç bir əhəmiyyəti yoxdur. Onu uzunmüddətli icarəyə vermək ya da özəlləşdirməyə çıxartmaq olar. Paylayıcı şirkətlər dövlətlə müqavilə bağlasalar, dövlətin də maddi yükü azalar.Vətəndaş da həmin şirkətləri öz öhdəliklərini yerinə yetirmədiyi halda məhkəmələrə verməklə öz haqlarını bərpa edə bilərlər. İndi bu yol da vətəndaşlar üçün bağlıdır. Dövlət şirkətlərini məhkəməyə verməyin mənası yoxdur. Bunlar tipik müqavilələrdir və burada məsuliyyət vətəndaşın üzərindədir. Fors-major situasiyalarda məsuliyyət vətəndaşın üzərinə düşür, qurumların isə məsuliyyəti yoxdur”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|