Nazirin buralardan xəbəri varmı? - İDDİA
Tarix: 19-11-2019, 12:46 | Çap et
Dünən Aktualinfo.org-un Şəki Regional Mədəniyyət İdarəsinin fəaliyyətindəki qanun pozuntuları ilə bağlı dərc olunmuş “Şəki Reğional Mədəniyyət İdarəsi 200000 manatı harada və necə yandırdı?” başlıqlı məqalədə göstərilənlərə münasıbət olaraq Şəki Regional Mədəniyyət İdarəsinin müdiri Mirvari Zeynalova redaksiyanın elektron poçtuna cavab məktubu göndərib. Sözügedən cavab məktubunda Mirvari Zeynalova qeyd edir ki,
18 noyabr 2019-cu il tarixdə Şəki Regional Mədəniyyət İdarəsinin elektron poçtuna ünvanladığınız müvafiq sərlövhəli “yazı” ilə əlaqədar aşağıdakıları bildiririk:
Haqqında bəhs edilən məsələ ilə bağlı ajiotaj yaradan bəzi saytların yaydıqları reallıqdan uzaq informasiyalarla bağlı tərəfimizdən aidiyyatı qurumlara təfərrüatı ilə məlumat verilmişdir.
Təkrarən qeyd etməyi lazım bilirik ki, “Qarabulaq MMC”-nin LOT-2 üzrə qalib olduğu 101811,51 manat məbləğində yanacağın növü odun qırıntısıdır və həcmi 2909 m3-dir.
Məlumat üçün bildiririk ki, hazırda Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində 375 mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Az sayda mədəni-maarif müəssisələri istisna olmaqla və Şəki Regional Mədəniyyət İdarəsinin inzibati binası da daxil olmaqla, mədəniyyət obyektlərinin qızdırılması məqsədilə 512 odun sobasından istifadə olunur.
Sonda, Sizə bir zərb-məsəli xatırlarmaq istərdiik: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Məsələ bu qədər sadə və bəsitdir. Hesab edirik ki, regionumuza gəlsəniz və real vəziyyətlə yerində tanış olsanız, bizə haqq qazandıracaqsınız.
Qeyd etmək istərdik ki, kələfin ucunu elə Mirvari Zeynalovanın özü açıb. Maraqlıdır “Qarabukaq”MMC odun qırıntısının kubunu neçəyə alıb? Burada düstur həll etmək lazım gəlmir. Məntiq var 101811.51 manata 2909 kubmetr ağac harada görsənib? Bir kubmetri 35 manata odun qırıntısını”Qarabulaq” MMC hansı ağılla satın alıb? Qeyd edək ki hazırda Şəkidə, qara bazarda odun qırıntısının kubmetri 15 manatdır. 101811.51 manata isə 15 manatdan 6787 kubmetr odun yanacağı və yaxud da qırıntısı almaq olar. Bu da Mirvari Zeynalovanın göstərdiyi 2909 kubmetrdən az qala üç dəfə çox edir. Bu məsələnin birinci tərəfi. Keçək ikinci qaranlıq məsələyə. Mirvari Zeynalova sanki uşaq başı aldadırmış kimi cavab verir ki, Şəki Regional Mədəniyyət İdarəsinin inzibati binası da daxil olmaqla istifadələrində 512 odun sobası var. Mirvari xanıma bildirmək istərdik ki,bunu Mədəniyyət naziri Əbülfəs Qarayevə desəniz inanar. Çünki o odun sobası yandırmayıb. Amma rəhbər xanımın diqqətinə çatdırmaq istəyirik ki, Şəkidə,dağ kəndində bir ailənin, bütün günü yandırmaq şərtilə bir qışı yaza çıxarmasına 10 kubmetr odun yanacağı kifayət edir. Yuxarıda qeyd etdiyimiz kimi, kübmetri 15 manatdan alınarsa bu 700 ailənin bir qış istifadə edə biləcəyi odun yanacağı deməkdir. Hərçənd, çox sifarış verdikdə odun qırıntısını qiyməti 15 deyil, 13 yaxud 12 manata da almaq mümkündür. Bəs görəsən Şəki regional Mədəniyyət İdarəsinin istifadəsində olan 512 odun sobası nə vaxtlar qızdırılır? Ötən yazıda da qeyd etdiyimiz kimi,kənd klub,kitabxana və mədəniyyət evlərinin əksəriyyətinin qapısı günlərlə açılmır. Gün ərzində 5-6 saat açılan klub və kitabxanalarda isə ay ərzində 1-2 kubmetr odun yandırmaq olmaz.. 512 odun sobası isə iş saatlarında tam qızdırılsa belə, qış ayları ərzində 2000 kubmetr odun yanacağı ancaq istifadəı olunar. Odur ki,Mirvari xanım,siz Mədəniyyət naziri Əbulfəs Qarayevi aldada bilərsiniz,bizi yox…Bu 2018 ci il üçün alınmış və artıq “yandırılmış”odunmu, pulmu deyək bilmirik, bəs 2019-cu il üçün alınmış 100975 manatlıq odun yanacağı haradadır? Maraqlıdır bu il odunun kubmetri neçəyə alınıb?Qiymətlər qalxmayıb ki?
Odur ki,Şəki Regional Mədəniyyət İdarəsinin odun yanacağının satınalması məqsədi ilə elan etdiyi tenderin qalibi olan “Qarabulaq ” MMC -nin fəaliyyətinin araşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi təcili addımlar atmalıdır. “Qarabulaq ” MMC həqiqətən də Yunusov Şahin Şamil oğluna məxsusdur,yoxsa onun arxasında hansısa yüksək çinli məmur dayanır? Azərbaycan Respublikasının Hesablama Palatası isə Şəki Regional Mədəniyyət İdarəsində bir neçə il əvvəl apardığı yoxlamaları davam etdirməlidir. Çünki Şəki Refional Mədəniyyət İdarəsinin bərk inventar, avadanlıq,digər maşın və avadanlıqların satınalmaları üçün elan etdiyi tenderlərdə də şübhə doğuran məqamlar kifayət qədərdir. 23.04 2019 cu ildə Şəki Regional Mədəniyyət İdarəsinin elan etdiyi Bərk inventar, avadanlıq, digər maşın və avadanlıqların satınalması üçün elan olunmuş 125800 manatlıq tenderin qalibi “İnpeks N” MMC daha sonra digər maşın və avadanlıqlar üçün 50260 manatlıq və yumşaq inventarlar üçün isə 53055 manatlıq tenderin qalibi olub. Ümumilikdə 229115 manatlıq avadanlıqların alınması üzrə keçirilmiş tenderdə də şübhəli məqamlar olmamış deyil. Bu barədə növbəti yazımızda
Qeyd edək ki, hələ 2010-cu ildə Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Şəki şəhər Mədəniyyət və Turizm şöbəsində dövlət büdcəsinin və yerli xərclərdən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyətinin audit yoxlaması nəticəsində şöbənin məsul vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməsi, rəsmi sənədlərə saxta məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi və sair ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə kassadan nağd pul vəsaitlərin əsassız olaraq silinməsi faktları aşkarlamışdı. Bu barədə həmin dövrdə mətbuata Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilmişdi.. Faktın araşdırılması zamanı ödəniş cədvəllərində yekun məbləğin artırılması, əmək haqqı cədvəllərində işçilərə əsassız olaraq artıq hesablanmış vəsait hesabına yaranmış vəsaitin bir hissəsinin şöbənin işçilərinin, eləcə də kənar şəxslərin adlarına açılmış əmanət hesablarına, digər hissəsinin isə şöbənin strukturlarında işləməyən kənar şəxslərin və şöbənin müxtəlif strukturunda çalışan işçilərin adına saxta açılmış bankomat kartlarına ödənilməklə 1 milyon 394 min 75 manat məbləğində pul vəsaitinin hesabdan çıxarılması, müavinət alanların ödəniş cədvəllərində sayı artırılmaqla 80 min 661 manat vəsaitin əsassız olaraq kassadan silinməsi və xüsusi vəsait üzrə yığılan 7 min 103 manat məbləğində nağd pulun kassaya mədaxil olunmaması (ümumilikdə 1 milyon 481 min 840 manat) aşkar edildiyi bu gün Şəkidə hamıya məlumdur. Dövlət vəsaitini mənimsəyənlərin hazırda cəzalarını çəkdikləri də heç kimə sirr deyil. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|