Burası AZƏRBAYCANDIR... BƏYLƏR! - Sahiblənməliyik...
Tarix: 7-08-2019, 15:08 | Çap et
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun bir qrup əməkdaşı Rusiya Federasiyasının Dərbənd şəhərində elmi ezamiyyətdə olub. Tarix İnstitutu Dərbənddəki Nizami parkının son durumu ilə bağlı açıqlama yayıb. Azvision.az həmin açıqlamanı təqdim edir:
“Dərbənddə mühüm quruculuq işləri gedir. Bu insanı sevindirir. Hiss olunur ki, şəhərin gözəl park salma ənənələri var. Şair Süleyman Stalski adına park buna nümunədir. Dərbəndin cənub səddi boyunca salınmış bu parkla tanış olduqca insanın ruhu təzələnir, Süleyman Stalskinin xatirəsinə bu cür hörmət bəslənməsi hər kəsi sevindirir. Parkdakı yaşıllıq, bəzək otları və kollarının xüsusi formalar əsasında qurulması, bütövlükdə yaşıllaşdırma işləri, uşaqların, ahılların istirahəti üçün təşkil olunmuş guşələr, fəvvarələr son dərəcə maraqlıdır və yüksək peşəkarlıqla yaradılıb. İnsan bu parkdan ayrılmaq istəmir.
Sonra alimlər insanların parka keçmək üçün istifadə etdiyi keçid ilə maraqlanaraq cənub səddinin qarşı tərəfinə keçiblər. Ucsuz-bucaqsız, kollu-koslu bir sahə insanda təəccüb hissi doğurur. Cənub divarının bu tərəfində gözəl, abad park, digər tərəfində isə baxımsız, kollu-koslu sahə. Alimlər bu hissə ilə də maraqlanıblar. Məlum olub ki, bu sahə 1994-cü ildə salınmış Nizami Gəncəvi adına parkdır və sonra sanki xüsusi məqsədlə dağıdılıb. Parkın son durumu dahi mütəfəkkirin ruhuna başa düşülməsi çətin olan bir hörmətsizlikdir. Parkın giriş qapısı Heydər Əliyev küçəsində, “Qırxlar” qala qapısının yaxınlığındadır. Əlbəttə, bu olduqca ibrətamiz cəhətdir ki, Heydər Əliyev küçəsindən Nizami parkına qapılar açılır. Böyük mütəfəkkirin heykəli qarşısında bəzək üçün ayrılmış xüsusi quruluşlu yerlərdə isə bəzək kolları yoxdur. 6 hektarlıq parkı gəzdikcə əmin olursan ki, burada nə vaxtsa gözəl bir park, istirahət guşələri, gəzinti yerləri və hərəkət cığırları olub. Onların hamısı sökülmüş və dağıdılmış vəziyyətdədir. Alimlər 6 hektarlıq Nizami parkının bu vəziyyətə salınmasının səbəbləri və parkın keçmiş vəziyyəti ilə maraqlanıblar. Dərbəndlilər bildiriblər ki, şəhərin mərkəzində olan bu geniş sahədə çoxlarının gözü var və bu sahəni xüsusi məqsədlə bu hala salırlar. Parkın əvvəlki vəziyyəti ilə maraqlandıqda məlum oldu ki, bir neçə il əvvəl burada çox gözəl istirahət mərkəzi olub – Dahi Nizamiyə layiq! Yaşıllıqlar, buradakı qədim ağaclar insanları valeh edib. Verilən məlumata görə, bütün yaşıllıqlar, ağaclar bir neçə günün içində məhv edilib. Parkın abadlaşdırılması üçün nəzərdə tutulan tikinti materialları tökülüb qalıb. Mühəndislər və parkın yaşıllaşdırılmasında iştirak edən işçilər, mütəxəssislər üçün nəzərdə tutulan müvəqqəti tikinti parkın bir küncündə atılıb qalıb.
Əlbəttə, bu acınacaqlı vəziyyət dahi Nizamiyə Dərbənddə olan münasibətlə bağlı deyil. Bu şəhərin mərkəzində olan Nizami parkında müəyyən qüvvələrin gözünün olması ilə bağlıdır. Müəyyən edilib ki, parkın qala divarına bitişik hissəsində müəyyən tikinti işlərinin görülməsinə də cəhd edilib. Lakin, tikinti sahəsində qədim qəbirlər aşkar edildiyi üçün, xüsusilə Dərbəndin qədir-qiymətini bilən həssas insanların kütləvi etirazı nəticəsində tikinti-qazıntı işləri dayandırılıb. Lakin, parkın abadlaşdırılmasına da başlanmayıb. Reallıq belədir: qədim Dərbəndin cənub səddinin bir tərəfində abad, göz oxşayan Süleyman Stalski parkı, o biri tərəfində isə vaxtilə dərbəndlilərin sevdiyi, lakin indi viran qalmış Nizami parkı. Səddin bir tərəfində insan quruculuq işlərindən vəcdə gəlir, o biri tərəfində isə kol-kos basmış 6 hektarlıq sahə buradakı hər kəsi düşündürür. Görəsən dünyanın hər yerində tədqiq olunan, sevilən dahi Nizami Gəncəviyə bu münasibət nə üçün belədir?”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|