Penitensiar Xidmət yüksək vəzifəli şəxsin qohumu ilə nəyin “prinsipini” aparır? - Məhkumun bacısı nazirə müraciət etdi
Tarix: 24-07-2019, 15:38 | Çap et
Vətəndaş Məmmədova Zeynab Məmməd qızı Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova ünvanladığı şikayət ərizəsinin bir nüsxəsini də Azinforum.az saytına göndərib və mövzunun ictimailəşməsini istəyib. Həmin şikayəti olduğu kimi dərc edirik:
“Hörmətli Fikrət müəllim!
Məlumat üçün bildirirəm ki, qardaşım Qalib Məmməd oğlu Məmmədbəyliyə 9 (doqquz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasının 8 il 5 ayını çəkmiş və hal-hazırda 9 ay 26 günü qalmışdır.
Bakı Apellyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli qərarına əsasən qardaşım Qalibin cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, Ali Məhkəmənin 10.04.2019-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
Qardaşım Məmmədbəyli Qalib əvvəlcə cəzasını 6 saylı cəzaçəkmə müəssisəsində çəkmiş, 06.12.2018-ci il tarixdən hal-hazıradək cəzasını Penitensiar Xidmətin 14 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəzasını çəkməkdə davam edir.
Qardaşım Qalib hər iki Cəzaçəkmə Müəssisəsində cəzasını çəkdiyi müddət ərzində müsbət, nümunəvi davranışı ilə digər məhkumlardan seçilmiş, daxili nizam-intizam qaydalarına ciddi riayət etmiş, xaraktercə səmimi olmuş, keçirilən ictimai və tərbiyəvi tədbirlərdə fəallıq göstərmiş, davranışlarında səmimi olmuşdur.
Qeyd olunan müsbət xüsusiyyətlərinə görə 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən onun barəsində 6 dəfə, 14 saylı MTCM-də isə 2 dəfə həvəsləndirmə tədbirləri tətbiq edilmişdir.
Bundan başqa bildirirəm ki, qardaşım Qalibin qan təzyiqinin gözlənilmədən yüksək artımla qalxıb-düşməsi səhhətində bir sıra ciddi problemlər yaratmış, ona – “Ürəyin işemik xəstəliyi; aterosklerotik-kardioskleroz; Hipertoniya xəstəliyi 2-ci mərhələ; Xroniki xolesistit; Sol böyrəyin kistası; sidikturşulu diatez; Boyun fəqərələrinin osteoxondrozu, sağ tərəfin çiyin-bazu pleksiti; Nevrasteniya” diaqnozları təyin edilmişdir. Qardaşım Qalib 2018-ci ildə ürəyindən ağır əməliyyat keçirmiş, onun ürəyinə stend qoyulmuşdur.
Lakin bütün bu qeyd olunanlara baxmayaraq 14 saylı Cəza Çəkmə Müəssisənin rəhbərliyi tərəfindən 2019-cu ilin may ayından başlayaraq qardaşım Qalibə qarşı qanunsuz hərəkətlərə yol verilməyə, digər məhbuslara münasibətdə ona qarşı ayrı-seçkiliyə yol verilmişdir. Belə ki, müəssisədə 100-dən məhbusun cəza çəkməsinə, müəssisədə qalmağa normal şəraitin olmamasına, məhbuslara yemək verilməməsinə baxmayaraq qardaşım Qalib müəssisənin rəhbərliyi tərəfindən orada saxlanılmış, saxlanıldığı müddət ərzində ona yemək verilməmiş, yatmağa, yuyunmağa şərait yardılmamışdır.
Qardaşım bir neçə gün onu orada saxladıqdan sonra qeyd olunanlara dözməyərək səhhəti pisləşmiş, təcili tibbi yardım maşını ilə “Ege” Hospitala köçürülmüş, bir müddət müalicə aldıqdan sonra, Kardiologiya İnstitutunda stasionar qaydada müalicəsinə davam etdirmişdir. Həkimlərin diaqnozuna görə qardaşım infarkt keçirmişdir.17 iyul 2019-cu il tarixdə 14 saylı MTCM-nin əməkdaşları qardaşım Qalibi Kardiologiya İnstitundan müəssisəyə gətirərək qanunsuz olaraq onu karsa salmış, bir daha ona qarşı ayrı-seçkiliyə yol verməklə onu heç bir şəraiti olmayan otaqda saxlamaqla ona işgəncə verirlər. Hal-hazırda müəssisədə heç bir məhkum saxlanılmaqla yanaşı orada məhkumların saxlanılması üçün heç bir şərait belə mövcud deyildir.
Hörmətli Fikrət müəllim!
14 saylı MTCM-nin əməkdaşları qardaşım Qalibə qarşı edilən bütün bu qanunsuz hərəkətləri Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun göstəriş ilə etdiyini bildirirlər. Bizə həmçinin bildirirlər ki, Qalibin başına gətirilən bu oyunların kökündə onun yüksək çinli məmurlarla qohum olması göstərilir. Dolayısı ilə bizdən tələb edilir ki, həmin vəzifəli şəxslər zəng vurub Qalibin xahişini etsinlər. Biz başa düşə bilmirik, qanunların qardaşım barədə yüngülləşdirici tədirlərin həyata keçirilməsinə yol verdiyi halda, niyə onun xahişini kimsə etməlidir? Artıq bu gün (24 iyul 2019-cu il-red) saat 12:00-da Abşeron rayon Məhkəməsində qardaşımın işinə baxılacaqdır və işin gedişatından da belə görürük ki, onu yenidən Cəzaçəkmə Müəssisəsinə göndərəcəklər.
Yuxarıda qeyd olunanları nəzərə alaraq qardaşım Qalib Məmmədbəyliyə qarşı qanunsuz hərəkətlərə son qoyulmasına dair aidiyyəti üzrə müvafiq göstərişlər verməyinizi və məsələ ilə əlaqədar məni qəbul etməyinizi Sizdən xahiş edirəm”.
DİA.AZ olaraq, yazıda adları keçən qurumların da mövqeyini dinləməyə hazır olduğumuzu bəyan edirik. \\Azinforum.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|